• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Abşeron A1” MTK-nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-01-2025, 17:54

“Abşeron A1” MTK-nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib


Barəsində çoxsaylı şikayətlərin olduğu MTK-nın sədr müavini hakim qarşısına çıxarılıb. O, özünü sədr kimi təqdim edərək vətəndaşdan 46 min manat alıb. Qarşılığında isə ona mənzil satacağını deyib. Aldadılan vətəndaş pulunu 5 ilin sonunda geri ala bilib.

Musavat.com xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında inşa olunan “Abşeron A1” MTK-da baş verən cinayət hadisəsindən gedir.

Bu, MTK-da baş verən ilk dələduzluq hadisəsi olmayıb.

MTK-nın sədr müavini olmuş Etibar Ağayev Cinayət Məcəlləsinin dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək məhkəmə önünə çıxarılıb. Barəsində şikayətdən sonra həbs edilən, lakin 7 gün həbsdə qalaraq ev dustaqlığına buraxılan Etibar Ağayev 46 minlik dələduzluqda ittiham edilib.

Belə ki, Etibar Ağayev mənzil almaq istəyən Əhməd adlı şəxsi aldatmaqda ittiham edilir. Əhməd adlı şəxs MTK-dan mənzil almaq istəyərkən Etibar Ağayev özünü MTK-nın sədri kimi təqdim edib. Bunda məqsədi Əhmədi mənzil satmaq səlahiyyəti olmasına inandırmaq olub. Belə də olub...

Əhməd ona inanıb və MTK-dan mənzil almaqla bağlı razılaşıblar. Etibar Ağayev MTK-da mənzilini satışa çıxaran əvvəlki müştərilərdən Nəbi ilə danışıb. Çünki MTK-da Əhmədə təklif edə biləcəyi boş mənzil olmayıb. 2014-cü ildə MTK-dan mənzil alan Nəbi evini 46 min manata satmağa razılaşıb. Etibar Ağayev bundan istifadə edərək satışdan qazanc əldə etməyi planlaşdırıb.

“Əhməd və xanımına mənzili göstərdim. 46 min manata razılaşdıq. Sonra Nəbiyə 500 manat beh verdim ki, mənzili başqasına satmasın. Əhməd pulu düzəldəndən sonra mənə zəng etdi. Dedi ki, 34 min düzəldib, 12 mini isə qısa zamanda verəcək. Amma Nəbi fikrini dəyişdi və evi 55 minə satmaq istədiyini dedi, behi də qaytardı. Mən düşündüm ki, Əhməddən 46 min alaram, sonra da Nəbini razı salaram. Əhməd 34 mini verdikdən sonra qalan məbləği hissə-hissə mənə ödədi”, - deyə Etibar Ağayev ifadəsinə əlavə edib.

Mənzilin ilk sahibinin razılığı olmadan Etibar Ağayev yeni müqavilə çap edərək mənzili Əhmədin adına rəsmiləşdirib və ona müqavilə verib. Bir müddət keçəndən sonra Əhməd və xanımı evə baxmağa gələndə mənzilin qapısının dəyişdirildiyini, evdə təmir işləri getdiyini görüblər. Etibar Ağayev də elə bu zaman xəbər tutub ki, Nəbi mənzili başqa adama satıb. Mənzili alan adam da artıq təmirə başlayıb.

Etibar Ağayev bu vəziyyətdən çıxmaq üçün Əhmədə MTK-da başqa bir mənzil təklif edib. Həmin mənzil də boş olmayıb və sahibi Elçin adlı şəxs olub. Həmin mənzilin qapısı olmadığı üçün Etibar Ağayev Əhməd və xanımını inandıra bilib ki, mənzil boşdur və sahibi yoxdur. Bu dəfə də onlara yeni müqavilə verərək vaxt qazanıb.

Etibar Ağayev söyləyib ki, aldığı pulu maddi ehtiyaclarına xərcləyib. Məqsədi Əhmədi aldatmaq olmayıb. Bildirib ki, işdən çıxarıldıqdan sonra da zərərçəkmişin pulunu qaytarmağa gücü çatmayıb.

Zərərçəkmiş tərəf onlara təqdim edilən ikinci evin də başqa şəxsə aid olduğunu biliblər. Şikayətlərdən sonra Etibar Ağayevin MTK-nın sədri olmadığını anlayıblar. Bundan sonra polisə üz tutan zərərçəkmiş tərəf aldadıldığını başa düşüb. Çoxsaylı şikayətlərdən sonra Etibar Ağayev cinayət məsuliyyətə cəlb edilib. İşdən çıxarılan E.Ağayev barəsində dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı dövründə Etibar Ağayev dəymiş ziyanı ödəyib. Buna görə də zərərçəkmiş şəxs ondan şikayətçi olmadığını, bağışladığını bildirib.

Məhkəmənin hökmü ilə Etibar Ağayev barəsində dələduzluq ittihamı ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Abşeron Rayon Məhkəməsi Etibar Ağayev barəsində vəzifə saxtakarlığı maddəsi ilə cəza təyin etməyib. Buna səbəb cəlbetmə müddətinin keçməsi olub. Etibar Ağayev 2019-cu ildən 2022-ci ilədək MTK-da müavin vəzifəsində işləyib. Dələduzluq hadisəsi isə 2021-ci ildə baş verib.

“Abşeron A1” MTK-nı riskli şirkətlərdən hesab etmək olar. Çünki MTK-dan mənzil alan çoxsaylı şəxslərin şikayət və narazılıqları sosial şəbəkələrdə və mediada dərc edilib. Vətəndaşlar müxtəlif yollarla MTK rəhbərliyi və ya digər məsul şəxslər tərəfindən aldadıldıqlarını ictimiləşdiriblər.

Çoxsaylı şikayətlərdə vətəndaşlar MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adını qeyd edirlər. Aldadılanlar arasında yazıçı Rövşən Yerfi (Rövşən Həsənli) də var. O da mənzil almaq üçün müraciət etdiyi “Abşeron A1” MTK tərəfindən aldadılıb. 2020-ci ildə ona satılan mənzilə görə verilən sənədlər saxta olub.

Musavat.com

Oxunub: 36
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-12-2024, 12:19

Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

9-08-2024, 16:21

Eldar Mahmudov və Abbas Abbasovun şəriki Yavər Qurbanov qanun tanımır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

8-08-2024, 15:48

Eldar Mahmudov və Abbas Abbasovun şəriki Yavər Qurbanov qanun tanımır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

10-08-2023, 10:28

Tur adı ilə insanları aldadan qadın tutuldu - 300 min alıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

24-07-2023, 11:23

Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs olundu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Bu jurnalistlərin əməkhaqları artırılıb” - Natiq Məmmədli
"Heç yerdə dövlət həmin uşaqların xərcini özü ödəmir”
"Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik
Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
"Dedi ki, sənə Azərbaycandan çay almışam...” - Şəhid atası
Türkiyədə gecə bank kartlarından pul çıxarmağa - Məhdudiyyət
Hadisə
Bugün, 16:39
Azyaşlıların pornoqrafik videolarını satanlar tutuldu - Kiberpolisdən əməliyyat
Bugün, 13:46
"Aqat”da insanlara camış əti verilirmiş - Fotolar
Bugün, 13:39
Azərbaycanlı jurnalist Türkiyədə qəzada həlak oldu - Foto
Bugün, 11:35
Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü - Foto
10-11-2025, 12:33
Ana və körpəsi doğuş zamanı öldü
10-11-2025, 12:31
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə baş verib
Son xəbərlər
  • Bugün, 16:42
    "Özbəkistan Qarabağın yenidən qurulmasına yardım təşəbbüsünü irəli sürən ilk ölkədir”
  • Bugün, 16:39
    Azyaşlıların pornoqrafik videolarını satanlar tutuldu - Kiberpolisdən əməliyyat
  • Bugün, 16:36
    Prezident Özbəkistan mediasına müsahibə verib
  • Bugün, 16:31
    Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı
  • Bugün, 13:46
    "Aqat”da insanlara camış əti verilirmiş - Fotolar
  • Bugün, 13:44
    "Bu jurnalistlərin əməkhaqları artırılıb” - Natiq Məmmədli
  • Bugün, 13:43
    "Heç yerdə dövlət həmin uşaqların xərcini özü ödəmir”
  • Bugün, 13:41
    "Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Müəllimlər üçün yenilik
  • Bugün, 13:39
    Azərbaycanlı jurnalist Türkiyədə qəzada həlak oldu - Foto
  • Bugün, 13:37
    Türkiyə “C-130” təyyarələrinin uçuşunu dayandırdı
  • Bugün, 12:23
    Yeni başçını kollektivə prezidentin köməkçisi təqdim etdi
  • Bugün, 12:20
    Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olundu - Fotolar
  • Bugün, 11:40
    Ərdoğan Gürcüstan prezidentinə təşəkkür etdi
  • Bugün, 11:37
    Azərbaycanda yüksəkixtisaslı əcnəbilər üçün yeni miqrant portalı işə düşdü
  • Bugün, 11:35
    Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü - Foto
  • Bugün, 11:33
    FHN və ƏƏSMN Birgə Fəaliyyət Planı imzaladı
  • Bugün, 11:32
    Nazirlər Milli Məclisdə
  • Bugün, 11:30
    Bakıda “McDonald’s”ın beynəlxalq EMEA sammitləri keçirilib - Fotolar
  • Bugün, 11:26
    Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
  • Bugün, 11:24
    "Real”ın ulduzu Bakıya gəlməyəcək
  • Bugün, 11:23
    Sol Alexonun alpakaları Heydər Əliyev Mərkəzində
  • Bugün, 11:21
    Prezident qəbul keçirdi - Fotolar
  • Bugün, 11:09
    "Dedi ki, sənə Azərbaycandan çay almışam...” - Şəhid atası
  • Bugün, 11:07
    Neftimiz ucuzlaşdı
  • Dün, 19:01
    Türkiyədə gecə bank kartlarından pul çıxarmağa - Məhdudiyyət
  • Dün, 18:59
    Paşinyan Bakıdakı paraddan danışdı
  • Dün, 18:57
    2 rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  • Dün, 18:56
    Elxan İbrahimov kollektivə təqdim olundu
  • Dün, 15:38
    Onlar üçün həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
  • Dün, 15:35
    "Tələbim odur ki, iş adamlarına şərait yaratsınlar”
  • Dün, 15:33
    "Bəzi məmurlar öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verir”
  • Dün, 15:32
    "Bundan sonra mərkəzdən sizə qanunsuz tapşırıq verilməyəcək”
  • Dün, 15:29
    "Əyri yola gedən hər bir məmur məhkəmədə cavab verməli olur”
  • Dün, 15:28
    Vüqar Novruzov Göygölün icra başçısı oldu
  • Dün, 15:26
    Orxan Mürsəlov Göyçaya icra başçısı göndərildi
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə