• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

11-03-2025, 11:00

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi küçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsi uğrunda mübarizə gedir. Bəzi işbazlar ərazini hasara alaraq ticarət məgsədi ilə qanunsuz tikinti işləri aparmağa cəhd edirlər. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti artıq neçə müddətdir ki, sözügedən ərazidə qanunsuz tikinti işləri aparılmasına cəhd edənlər barədə susqunluq nümayiş etdirir, lazımı tədbirlər görmür. Burada Bakı şəhər İcra Hakimiyyətinin də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də hərəkətsizliyi açıq aydın görsənir.

Ərazini hasara alaraq qanunsuz tikinti işləri aparmağa cəhd edənlərə və Suraxanı İcra Hakimiyyətinin başçı Adil Əliyevin adamlarına birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan, ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası Fərziyev Güləli Şahüseyn oğlundan başqa kimsə DUR demir.

Xatırladaq ki, ötən yazımızda Adil Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Yeni Suraxanı qəsəbəsi Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində yenə qanunsuz tikinti işlərinə başlanılması barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Adil Əliyev başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Burada məqsəd qanunsuz tikililərin aşkar edilərək dayandırılıması deyil, qanunsuz tikintilərin başqa yollarla leqallaşdırılmasıdır.

Bütün bu özbaşınalığın qarşısında duran Birinci Qarabag müharibəsi əlili, ehtiyyatda olan kapitan Fərziyev Güləli Şahüseyn (ikinci Qarabağ müharibəsində qazi olan kapitan Fərzəliyev Xəyyamın atası) oglu redaksiyamıza müraciət edərək bildirir ki, hələ İlham Əliyev ilk dəfə Prezident seçiləndən sonra şəhər gəzintisi zamanı onun göstərişi ilə Nizami rayonunda sökülən obyektimin əvəzinə Yeni Suraxanıda mənə torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsində ailəmin dolanması üçün ticarət məqsədi ilə obyekt tikdirmiş, bu illər ərzində qazandığımın çoxunu obyektin saxlanmasına və inkişaf etməsinə xərcləmişəm. Bir neçə gün əvvəl obyektin damında olarkən 25 nəfərə yaxın kikboksçu gələrək, heç bir səbəb göstərmədən məndən obyektin sökülməsini tələb edib, döydülər, damdan atmaqla hədələdilər. Mən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin qəbuluna getdim. Məni qəbul etmədi. Sonra tədbirlərin birində Heydər Əliyevin heykəlinə gül qoyub qayıdanda Adil Əliyevdən xahiş etdim ki, məni qəbul etsin. İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri Mütəllim müəllimin iştirakı ilə məni qəbul edən Adil Əliyevə məni niyə döydürdüyünü soruşdum. Adil Əliyev məndən obyektin ikinci mərtəbəsini istədi və şikayətlərimi dayandırmasam mənim üçün pis olacağını söylədi.

Müharibə əlili Güləli Fərzəliyevin sözlərinə görə mübahisə yuxarıda qeyd etdiyimiz, Samir Əliyev mərkəzi kucə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində tikinti işlərinin aparılması ilə bağlı şikayətlərim olub. O, bildirdi ki, bu torpaq sahəsində uşaqların və yaşlıların asudə vaxtlarını keçirməsi üçün  kiçik bir park salmaq, 316 saylı orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək olar. Məhz bu məqsədlə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişik. Həmin torpaq sahəsi məktəbə gələn valideyn və uşagların rahat hərəkət etməsi üçün mənim tərəfimdən abadlaşdırılmışdır. Bir sahibkar və qazi kimi mən dövlətə və xalqımıza xidmət etməyi düşünürdüm. Ağaclar əkmişdim, su olmadığından artezian quyusu qazmışdım və həmən ağaclara qulıluq edirdim, hətta vedrələrlə ağaclara su verirdim ki, inkişaf etsinlər. Arzularım və istəklərim puça dönüb. Mən həmin əraziyə beş-altı yüz maşın torpaq daşıtdırmışdım. Bu ərazidə balalarımızın istirahəti üçün icazə vermirlər, amma ticarət məqsədi ilə tikilən obyektə icazə verirlər. Əvvəlki İcra başçısının vaxtında da tikinti aparmaq istəyirdilər. Çoxsaylı müraciətlərdən sonra tikinti işləri dayandı. Adil Əliyev Suraxanıya İcra başçısı təyin edildikdən sonra işbazlar bu sahəyə yenə ayaq açdılar.

Aktualinfo.org bir daha xatırladır ki, sözügedən ərazidə qanunsuz tikinti işlərinin aparılmasına bir neçə il əvvəl toxunmuşdu. Bir daha qeyd etmək istərdik ki, tikintiyə sənədləri hansı dövlət qurumunun, Suraxanı rayonu İcra Hakimiyyətinin yoxsa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verməsinin bəlli olmadığını qeyd etmiş, əslində isə tikintiyə icazənin adıçəkilən qurumların birgə rəyi əsasında verildiyini oxucuların diqqətinə çatdırmışdıq. Onu da əlavə etmişdik ki, tikinti işləri sözügedən ərazidə istismar müddəti bitmiş neft quyularının üstündə aparılır. SOCAR-ın ərazisində tikintiyə icazənin hansı qurum tərəfindən verildiyinə aydınlıq gətirilməsini istəmişdik.
Sözügedən məqalədə göstərilən ərazidə tikinti işlərinin aparılmasına münasıbət bildirən SOCAR Təhlükəsizlik İdarəsinin rəsmisi redaksiyanın əməkdaşına zəng edərək bildirmişdi ki, həmin ərazinin SOCAR-a heç bir aidiyyatı yoxdur. Ərazi ola bilsin ki, əvvəllər Neft Şirkətinə məxsus olub. Lakin orada çoxsaylı evlər və məktəb tikildiyindən qurum rəsmisinin sözlərinə görə, ərazi artıq İcra Hakimiyyətinin balansına verilib.
Qeyd etdiyimiz kimi ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı ticarət obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır. Bunu ötən yazılarda da qeyd etmişdik və bir daha xatırladırıq ki, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək; müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək; müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa vəzifələrinə aiddir. Lakin proseslərin gedişindən də göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə işbazların  qanunsuz tikinti işi aparmasına YOX demir.

Aktualinfo.org

Məqaləyə dair foto materiallar:
Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi

Oxunub: 87
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-03-2025, 09:42

Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir?- Fotofakt [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-01-2025, 11:59

Yeni Suraxanıda, 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə göz dikən kimlərdi –FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-01-2025, 17:18

Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

8-07-2024, 14:47

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

25-05-2023, 10:07

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Bugün, 09:00
Nemət Pənahov vəfat etdi
Bugün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
3-10-2026, 19:16
Metroda halı pisləşən kişi öldü
3-10-2026, 19:15
Kaşpirovski vəfat etdi
Son xəbərlər
  • Bugün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Bugün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Bugün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Bugün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə