• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Bizə çatanda xəncəri götürüb düşür komandanın üstünə” - Zaur Axundov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İdman

21-04-2026, 12:13

"Bizə çatanda xəncəri götürüb düşür komandanın üstünə” - Zaur Axundov


“Növbəti mövsümlə bağlı bir məsələni açıqlayım. Naxçıvan Futbol Federasiyasında qalıb-qalmayacağım, kluba himayədarlıq edib-etməyəcəyim sual altındadır”.

“Gundelikxeber.org” xəbər verir ki, bunu Futbolxeber.az-a Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

O, “Araz-Naxçıvan”ın durumundan, özünün federasiyadakı gələcəyindən danışıb: “Bilirsiniz ki, bu klubu biz yaratmışıq. Maliyyəni də hər zaman biz ayırmışıq. 2023-cü ildə “Araz-Naxçıvan” Premyer Liqaya yüksələndə mən dəstək gözləyirdim. Xüsusən də naxçıvanlı iş adamlarından. Çünki klub yarım milyona yaxın əhalisi olan Naxçıvanı təmsil edir. Qısa zamanda kiçik büdcə ilə Elmar Baxşıyevin rəhbərliyi altında bürünc medal qazandı, UEFA Konfrans Liqasında “Aris” kimi klubu mübarizədən kənarlaşdırdı. Təəssüf ki, komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi. Kiməsə zəng vurub demək ki, kluba pul ayırın, bu, mənim xasiyyətimə yaddır. Dövlət tərəfindən, AFFA tərəfindən hər kluba dəstək var. Lakin təkcə həmin maliyyə vəsaiti ilə iddialı klub yaratmaq qeyri-mümkündür. Belə də sadəcə liqada qalmaq uğrunda mübarizə apara bilərsən. Mən isə belə şeyə öyrəşməmişəm.
Z.Axundov Ceyhun Sultanovun “Araz-Naxçıvan”ın prezidenti olacağını təsdiqləyib: “Bəli, mənim belə bir qərarım var idi. Lakin indiki məqamda gözləmə mövqeyindəyəm. Klubun gələcək taleyi ilə bağlı Naxçıvan rəhbərliyi ilə də, AFFA rəhbərliyi ilə də söhbətimiz olacaq. Dediyim kimi, mən tək qalmışam və belədə “Araz-Naxçıvan”ın iddialı olması bir qədər çətindir”.

Federasiya prezidenti Premyer Liqadakı qalmaqallı hakim qərarlarına və “Turan Tovuz”un prezidenti Ehtiram Quliyevin “Zirə”yə 0:2 uduzduqdan sonra referilərlə bağlı sərt çıxışına da münasibət bildirib: “Ehtiram bəyə hörmətlə yanaşıram, futbolu sevən adamdır, yatırımlar edir. Hakim səhvləri də futbolun ayrılmaz tərkib hissəsinə çevrilib. Ona qalsa, bizim də oyunlarımızda dəfələrlə hakim səhvləri olub. Təbii ki, bu səhvlər nəticəyə təsir edir. 2-3 tur qabaq bizim də narazı qaldığımız məqamlar var idi. Oyun zamanı bir qədər çılğın oluruq. Lakin sonradan vəziyyətin təhlilinə baxarkən gördük ki, bəli, hakim düzgün qərar vermişdi.

Yeri gəlmişkən, onu da deyim ki, mən bütün futbol verilişlərinə baxıram. Bilmədiyim məqamları öyrənirəm, maraqlı təhlillər edirlər. Mən həmişə jurnalistlərə hörmətlə yanaşıram. Elə olur ki, təhlillərdən nəsə öyrənirəm, bunu da özüm üçün normal sayıram. Amma “İdman” kanalında Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov nədənsə daim “Araz-Naxçıvan” haqqında mənfi fikirlər səsləndirir. Xaqani müəllimlə çoxdan tanışıq, hələ o, hakim olan vaxtlardan. Görəndə özündən də soruşacağam, sadəcə mənə maraqlıdır, son 6 ayda hər bazar ertəsi o ancaq “Araz-Naxçıvan”ın əleyhinə danışır. Bilmirəm niyə?

Digər komandalardan danışırlar, “Araz-Naxçıvan”a çatanda başlayırlar ki, xaosdur, bilinmir nə komandadır, buna futbol ictimaiyyəti də baxır axı. Niyə komanda haqqında mənfi rəy yaratmağa çalışırlar? Əgər Xaqani Məmmədovun Azərbaycan futboluna canı yanırsa, əksinə, dəstək olsun, Naxçıvan stadionundan danışsın. Bəlkə, nəyəsə faydası oldu. Bütün komandaları təhlil edirlər, növbə “Araz-Naxçıvan”a çatanda Xaqani müəllim xəncəri götürüb düşür komandanın üstünə (gülür). Verilişə futbolçular da baxır. Qərəzi hakimlərdən çox Xaqani Məmmədovun bu cür açıqlamalarında görürəm. Keçən dəfə Tərlah Əhmədovla birgə danışırlar... Tərlan Əhmədov yaxın keçmişə nəzər salsaydı, inanmıram elə sözlər deyərdi. Çox şeyləri açıqlamaq olmur. Belə olmaz da... Komanda udanda da mənfi fikirlər səsləndirirlər, uduzanda da. “Komandanın içində xaos var” deyirlər. Belə maraqlıdırsa, futbolu ürəkdən sevirlərsə, Xaqani Məmmədov gəlib məndən soruşsun, vəziyyətlə maraqlansın. Fritz Stuçlik də getdi, hamı da getdi, indi düşüb “Araz Naxçıvan”ın üstünə”.

Oxunub: 35
Paylaş:
Digər xəbərlər

İdman

31-01-2026, 16:47

Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / İdman

31-07-2025, 09:20

AFFA-nın güzəşt yalanı - ARAŞDIRMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-10-2024, 15:39

“Kiməsə desən, səni bu pəncərədən aşağı atacağam“ - Dəhşətli hadisənin baş verdiyi məktəbdən görüntülər... Valideynlər və şagirdlər QORXU İÇİNDƏDİR - FOTO/VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

13-08-2024, 09:17

Xanlar Fətiyev barəsindəki SKANDALLAR: Dövlət rəhbərliyinə vəd verib "YALANÇI" çıxdı, maaşlar gecikdirdi, "Kəpəz"i "kor" qoydu + XARİCDƏKİ BİZNESİ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

2-12-2023, 15:09

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Ulu Öndərin müdrik siyasəti uğurlu inkişafa aparan yol” mövzusunda Salyan RİH-də konfrans keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Bugün, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Bugün, 09:46
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
Bugün, 09:29
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Dün, 19:09
Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
Dün, 19:09
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Dün, 14:30
Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Son xəbərlər
  • Bugün, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • Bugün, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Bugün, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • Bugün, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • Bugün, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • Bugün, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • Bugün, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • Bugün, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Bugün, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Bugün, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dün, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • Dün, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • Dün, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • Dün, 14:29
    Xəzərdə təlimlər zamanı 9 hərbçi öldü
  • Dün, 14:29
    Bakıda 51 minlik kombi aparatları oğurlandı
  • Dün, 14:28
    "Alatoranlığ"ın aktyoru ata oldu
  • Dün, 14:27
    Nuri Əhmədov vəfat etdi
  • Dün, 14:26
    "Zeynəb Xanlarova İtaliyada dincəlir" - Foto
  • Dün, 14:26
    Metroda iş saatı uzadılacaq
  • Dün, 14:25
    Rəqsanə İsmayılovaya ağır itki
  • Dün, 14:24
    Bu miqrantlar 20 il gəlir vergisi verməyəcək
  • Dün, 14:24
    Formula-1 “Sea Breeze”də keçirilə bilər
  • 22-09-2026, 14:00
    Cansunu bu serialda görəcəksiniz
  • 22-09-2026, 13:00
    COVID-19-dan sonra Elnurda travma yaranıb
  • 22-09-2026, 12:00
    Bu universitetlərdə dərslər onlayn keçiriləcək
  • 22-09-2026, 11:00
    Ramiz Həsənoğlu əməliyyat olundu
  • 22-09-2026, 10:00
    "Taşacak bu deniz"də 3 aktyor birdən
  • 22-09-2026, 08:02
    Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
  • 22-09-2026, 08:01
    Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
  • 21-09-2026, 21:46
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:05
    Bakıda evdən kirayəçinin meyiti tapıldı
  • 21-09-2026, 21:04
    74 yaşlı ovçu qadını maralla səhv salıb güllələdi
  • 21-09-2026, 21:03
    Məktəbli formaları ilə bağlı QƏRAR VERİLDİ
  • 21-09-2026, 21:02
    Sərnişinlərə ŞAD XƏBƏR: Bakının mərkəzində zolaqlar yaradıldı
  • 21-09-2026, 21:01
    "Parlamaq əsalətdəndir, sonradan satın alınmaz"
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə