
Müğənni Nadir Qafarzadə illər sonra orta məktəbdə ona dərs deyən fizika müəllimi Abbas müəllimi tapıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, müəllimini uzun illər axtardığını bildirib.
“Orta məktəbdə mənə dərs deyən fizika müəllimim Abbas müəllimi tapmışam, illərlə axtardım. Düzdür, bilmirəm, onu vaxtilə incitmişəm, yoxsa nə etmişəm. Əsas odur ki, müəllim bizim üçün müqəddəs bir varlıq idi. Müəllim sənətini çoxları ucuzlaşdırıb, amma mən bunu istəməzdim.
Müəllimlik ilahi bir sənətdir. Müəllim bizi öyrədir, insan kimi formalaşdırır, şəxsiyyət kimi yetişdirir. Hər bir mənada bizə dərs verir. Evdə anamız, məktəbdə isə valideynimiz müəllimlərimiz idi.
Sizi görmək o qədər xoş oldu ki. Məni uşaqlığıma, keçmiş günlərimə apardınız. Məni danlamısınız, bunun üçün darıxıram. Hətta bəlkə əl qaldırmısınız, onun üçün də darıxmışam. Əl qaldırmağın da bir effekti, danlanmağın da ləzzəti var idi.
Allah bütün yaxşı müəllimləri qorusun. Müəllimlik sənəti ilahi sənətdir. Bu sənətin qədrini bilmək lazımdır” deyə, Nadir Qafarzadə deyib.