• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağda fransızsayağı siyasi şou - ZİBİLƏ DÜŞMÜŞÜK [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 15:00

Qarabağda fransızsayağı siyasi şou - ZİBİLƏ DÜŞMÜŞÜK


“Biz, xüsusən də Laçın dəhlizi ətrafında qəbuledilməz humanitar vəziyyətlə üzləşirik. Fransanın rolu humanitar yardım üçün təzyiqi saxlamaqdır və biz bu istiqamətdə əlimizdən gələni edirik. Xüsusilə, biz Dağlıq Qarabağa ərzaq və dərmanların çatdırılması və oraya sərbəst girişin təmin edilməsi üçün təşəbbüslər göstərməyə davam edirik. Bundan əlavə, bu gün Ermənistan həm də öz sərhədləri ilə təhdid altındadır”.


Bu fikirləri Fransa prezidenti Emmanuel Makron avqustun 24-də “Le Point”qəzetinə müsahibəsində deyib.

Bundan əvvəl məşhur “Le Fiqaro” qəzeti yazmışdı ki, Fransa Qarabağda humanitar vəziyyətə dair yeni qətnamə layihəsi hazırlayıb, BMT Təhlükəsizlk Şurasına (TŞ) qətdim etmək niyyətindədir. Qəzet rəsmi mənbələrə əsaslanıb Fransa hökumətinin Qarabağ ertmənilərinə humanitar yardım göndərəcəyini də xəbər vermişdi. Bu da prezident Makronun 4 gün əvvəlki müsahibəsində ifadə olunub.

Dünən məlum oldu ki, 29-30 avqust tarixlərində Paris və Strasburq merləri Ermənistanla şərti sərhədə daha bir humanitar yardımla dolu maşın göndərəcəklər.

Beləliklə, Fransa BMT TŞ-nın 16 avqustda baş tutmuş müzakirələrin fiaskoya uğraması ilə razılaşmaq niyyətində deyil. Şəxsən ölkə prezidenti Makron qollarını çırmayıb, Azərbaycana qarşı fəaliyyətə keçib. Rəsmi Parisin bu hikkəsinin səbəbi, əlbəttə, təkcə erməni lobbisinin fəaliyyəti, Fransa-Ermənistan müttəfiqliyindən doğan təəssübkeşlik deyil. Fransa regiondakı maraqlarını reallaşdırmağa çalışır və başqa konfiqurasiyalarda ona uyğun şərait olmadığını başa düşür. Azərbaycan-Türkiyə tandemi, regionda əsas iqtisadi və siyasi oyunçulardan olan Böyük Britaniyanın hər iki müsəlman ölkəsi ilə dərin əlaqələri, ABŞ-ın bu güc bloku ilə sıxlaşan münasibətləri Fransaya başqa seçim imkanı qoymur.

Regiondakı İran və Rusiya kimi oyunçularla birlikdə hərəkət etmək də obyektiv, subyektiv səbəblərdən çətindir. Bəzi hallarda ortaq siyasəti gerçəkləşdirmək mümkün olsa da, regionda mövqelərini möhkəmləndirməyə çalışan Moskva ilə Tehranın fərqli maraqlarını uzlaşdırmaq mümkün olmur.

Ona görə də rəsmi Paris zəifləmiş, geosiyasi dalanda olan Ermənistana süni nəfəs verib onu dirçəltməyə, öz maraqlarını onun üzərindən həyata keçirməyə çalışır və bu zaman Azərbaycanla toqquşur. Bu toqquşma isə Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarını təhlükə altına atır. Fransa hökuməti müxtəlif variasiyalarla İttifaqın siyasətini zərbə altında qoyur və onun sülh platformasına etimadı zədələyir. Necə ki, artıq Bakıda Brüssel prosesinə o qədər də ciddi baxmırlar, ötən həftə prezident İlham Əliyev regiona səfərə gələn Belçika XİN başçısını qəbul etməkdən imtina etməsi bu etimadsızlığın təzahürüdür.

Makronun yuxarıda qeyd olunan müsahibəsində yer alan fikirlər birtərəfli, qərəzli, reallıqdan uzaqdır. Prezident açıq şəkildə Ermənistan hakimiyyətini, onun Qarabağdakı destruktiv fəaliyyətini dəstəkləyir. Dövlət başçısı bölgədəki qanunsuz silahlı dəstələrin mövcudluğunu, onu himayə edən Rusiyanın sülhü sabotaj siyasətini pisləməkdən yayınır və Azərbaycanı Qarabağda humanitar böhran yaratmaqda suçlayır. Makron vurğuladığı böhranın səbəblərinə diqqət çəkmək istəmir, baxmayaraq ki, Xankəndidə əvvəlcə siyasi böhran yaranıb, bunu tətikləyən başlıca qüvvə Rusiya-separatçılar ittifaqıdır. Üstəlik, Ermənistanın qondarma rejimə iqtisadi, siyasi dəstəyi, destablizasiyanın başlıca mənbəyidir.

Fransa prezidenti aydınlaşdırmaq istəmir ki, tələb olunduğu kimi Azərbaycan öz ərazilərinə nəzarətsiz giriş-çıxışa icazə verməsi beynəlxalq hüquqda yer alıbmı? Yaxud, tez-tez istinad etdiyi 10 noyabr bəyanatı hansı hüquqi qüvvəyə malikdir, onu beynəlxalq hüququn bir norması kimi təqdim etmək əslində anormallıq deyilmi?

Siyasi kontekstə baxdıqda, 10 noyabr bəyanatı Fransanın da yer aldığı anti-Rusiya koalisiyasının bölgədə maraqlarına təhlükədir. Bu bəyanat Kremlin Azərbaycana ciddi təzyiqləri nəticəsində qəbul edilib, onu ölkə parlamenti təsdiqləməyib. Sənəd, sadəcə, müharibənin dayanması, atəşkəs rejimin yaradılmasını ehtiva edir, ona əsaslanıb Azərbaycan ərazilərində Rusiya dəstəkli hərbi xuntanı legitimləşdirmək cəhdi nonsendir.

Qərbin regionda əsas marağı Rusiyanın Cənubi Qafqazı tərk etməsi, bölgənin Avropaya iqtisadi, siyasi inteqrasiyasının təmin olunmasıdır. Fransa hökuməti regionun ən güclü ölkəsi Azərbaycana qarşı sərt mövqe sərgiləməklə Qərbin strategiyasını sabotaj edir, dolayısı ilə Rusiya və İranın maraqlarına xidmət edir.

Bəs Fransanın son addımları – BMT TŞ qətnamə təqdim etməsi, Qarabağa yeni humanitar yardım göndərməsi Azərbaycanın maraqlarına necə təsir edə bilər?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Report”a müsahibəsində deyib ki, Fransa rəsmilərinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərə humanitar yardım göndəriləcəyi ilə bağlı açıqlamaları Ermənistanın başlatdığı şounun davamıdır.

“Humanitar yardımın göndərilməsi ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır. Ancaq belə bir addım görmürük. Ona görə də bu, bir şoudur”, – BMTM sədri söyləyib. O hesab edir ki, hazırda əsas ciddi məsələ BMT Təhlükəsizlik Şurasında atıla biləcək addımlardır. Ona görə də Azərbaycan ayıq-sayıq olmalıdır:

“Bəli, Azərbaycan əleyhinə qətnamə qəbul edilməsi üçün üç dəfə cəhd göstərdilər, heç nəyə nail olmadılar. Amma bu o demək deyil ki, Azərbaycan arxayınlaşmalıdır. Təhlükəsizlik Şurasında növbəti təxribat ola bilər və bu ciddi məsələdir. Orada hansısa məsələnin müzakirə olunması belə ciddi məsələdir, biz mütləq şəkildə əks tədbirlər görməliyik. Fikrimcə, ən təhlükəli məqam məhz Təhlükəsizlik Şurasında Azərbaycana qarşı diplomatik addımın atılmasıdır. Burada ən pis nəticə qətnamənin qəbuludur. Hansısa bir bəyanatın verilməsi də yaxşı olmaz”.

F.Şəfiyev yaxın bir-iki ayda Azərbaycan əleyhinə hansısa bəyanatın veriləcəyini gözləmədiyini bildirib. O vurğulayıb ki, Fransa əvvəlcə bu istiqamətdə müəyyən hazırlıqlar görməlidir:

“BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu üçün doqquz ölkə Fransanı dəstəkləməli və beş daimi üzv buna etiraz etməməlidir. Ona görə də Fransa qətnamə və ya hər hansı bəyanatın qəbul olunması üçün Rusiya ilə birlikdə işləməli, ortaq mövqeyə gəlməlidir. Bu, çətin görünür, amma tam istisna etmirəm”.

Politoloq Fərhad Məmmədov isə bildirib ki, Fransanın məqsədi indiki mərhələdə Qarabağ erməniləri mövzusu olmadan ərazi bütövlüyü prinsipinə əsaslanan sülh danışıqları prosesini dayandırmaq, Qarabağ erməniləri mövzusunu dolaşıq vəziyyətdə saxlamaqdır.

Ekspert bildirir ki, Paris öz məqsədlərinə çatmaq üçün müxtəlif koalisiyalar təşkil edir:

“- Aİ institutları vasitəsi ilə Avropa vasitəçiliyinin məzmununun dəyişdirilməsi, Brüssel formatının beştərəfli formatla əvəzlənməsi. Bunun üçün Şarl Mişelin vasitəçiliyinin dayandırılması və ya marginallaşdırılmasına ehtiyac var. Yəni Aİ Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə olunur;

– Qarabağ mövzusunda Rusiya ilə əməkdaşlıq. Burada maraqların tam üst-üstə düşməsi faktı var, fransızlar bu kontekstdə Laçın yolundakı Rusiya sülhməramlıları üçün nəsə istəyə bilərlər;

– İran – burada fransızları Tehranın bilavasitə Ermənistana dəstək verməsi qane edir. Amma Qarabağ mövzusunda iranlılar susur;

– Hindistan – fransızlar Ermənistana müasir hind silahlarının verilməsini təşkil edə bildilər”.

F.Məmmədov hesab edir ki, Fransanı bu məkrli fəaliyyətindən BMT TŞ səviyyəsində Birləşmiş Ştatlar, Avropa Birliyi daxilində Almaniya çəkindirər bilər:

“Düşünürəm ki, ABŞ indiki mərhələdə Fransadan “pis” polis kimi istifadə edir, özləri isə Azərbaycana münasibətdə “yaxşı” polis kimi göstərmək istəyirlər. Almaniya və Aİ-nin Mərkəzi Asiyada 100 milyard avroluq potensial marağı var və Fransanın şıltaqlığına dəstək vermək bu maraqları riskə atmaq bahasına başa gələ bilər”.

Azərbaycan nə edə bilər? Ekspert deyir ki, Bakı artıq “yerdə” çox iş görüb və şərti sərhəddə yük maşınların qalması bu üstünlüyün göstəricisidir: “Gözləmə mövqeyi hərəkətsizlik demək deyil. Başa düşmək lazımdır ki, Azərbaycan bir çox addımlar ilə irəlidədir və rəqiblərinin nəyə qadir olduğunu görə bilir. Bununla yanaşı, növbəti addımlar üçün hazırlıq işləri aparılır. Bakı məsələni necə qaldıracağını bilir. Fransa ilə münasibətlər ona görə kəsilmədi ki, real qarşıdurma zamanı ona təqdim olunacaq nəsə olsun…”
Pressklub.az

Oxunub: 99
Paylaş:
Digər xəbərlər

Siyasət

30-08-2023, 16:00

Qosqoca Afrikada uduzan Fransanın absurd Güney Qafqaz TRİUMUF - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-08-2023, 10:06

Azərbaycan Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-08-2023, 16:00

Fransa Azərbaycana müharibə elan etdi! - Tarix: 30 avqust 2023, saat 10.00 [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-07-2023, 14:22

“Humanitar yardım” adı altında QƏRƏZ: - Ermənistan NİYƏ DİRƏŞİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

16-06-2023, 13:24

Makron və Rəisinin 90 dəqiqəlik danışığı – ŞOK DETAL MƏLUM OLDU [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
 “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
Hadisə
Bugün, 16:36
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
Son xəbərlər
  • Bugün, 17:09
    Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
  • Bugün, 16:36
    Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
  • Bugün, 15:26
    Məşhur aktyor çəkildiyi serialdan qovuldu
  • Bugün, 14:14
    AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
  • Bugün, 12:01
    "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
  • Bugün, 10:54
     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
  • Bugün, 10:05
    Kasparov beynəlxalq axtarışa verildi
  • Dün, 18:26
    CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
  • Dün, 17:51
    “Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
  • Dün, 17:10
    Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
  • Dün, 16:35
    Ağstafa sakinləri icra başçısı haqda hansı fikirdədir? - Torpaq satışı və...
  • Dün, 16:00
    AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
  • Dün, 15:14
    Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
  • Dün, 13:18
    Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Dün, 12:21
    "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
  • Dün, 11:47
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • Dün, 11:34
    Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
  • Dün, 10:50
    Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi...
  • Dün, 10:09
    Leysan Məmmədovun himayədarlıq mexanizmi: 70 milyonluq Ərkəsöyün övlad hədiyyəsi
  • Dün, 09:23
    “Laser Beauty Clinic” - Nigar Rüfəti himayə edən kimdir?
  • 21-05-2026, 18:54
    Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti Kəlbəcərdə işçilərin maaşını vermir?
  • 21-05-2026, 18:24
    Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
  • 21-05-2026, 18:05
    Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
  • 21-05-2026, 17:44
    “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
  • 21-05-2026, 17:05
    Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
  • 21-05-2026, 16:23
    "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
  • 21-05-2026, 15:33
    Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
  • 21-05-2026, 13:41
    Azure Residencedə Böyük QALMAQAL: Məhkəmə Oyunları, Qanunsuzluq İddiaları və Sakinlərin Həyatını Təhlükəyə Atan Qərarlar!
  • 21-05-2026, 11:33
    Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
  • 21-05-2026, 10:19
    Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
  • 21-05-2026, 09:12
    “Azərişıq” Xocalıdakı tenderi icra başçısının qohumuna verib-ARAŞDIRMA
  • 20-05-2026, 18:23
    Bakı–Tbilisi qatar qiymətləri - 40 avro... - Avropada bu qiymətə neçə ölkəyə getmək olar?
  • 20-05-2026, 18:11
    KTN-nin Kürdəmir "sərgüzəştləri" - Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?
  • 20-05-2026, 17:40
    Suraxanıda ağa kimdir - Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir
  • 20-05-2026, 17:10
    Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə