• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Sofuyev: Qürur hissi ilə yaşayırıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

3-09-2023, 15:31

İlham Sofuyev: Qürur hissi ilə yaşayırıq


Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru İlham Sofuyev - Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində yerləşir. 1930-cu ildən inzibati ərazi vahidi statusu alan rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarətdir.
Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən 18 may 1992-ci ildə işğal olunmuşdu. İşğal zamanı düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə rayon ərazisinə daxil olmuşdular. Laçın Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Qarabağın dağlıq hissəsi arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. İşğaldan sonra 79.1 min nəfər laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.
İlham Sofuyev: Qürur hissi ilə yaşayırıq

İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmişdir. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Ermənistanın törətdiyi müharibə cinayətləri qeyd olunanlarla bitmir. Belə ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud formada pozmuşdur. Rayon ərazisində coğrafi adlar dəyişdirilmiş, rayonun təbii resursları talan edilmiş və qazanc mənbəyinə çevrilmişdir. Əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti aparılaraq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər törədilmişdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 dəfə Laçın rayonunda səfərdə olmuş, çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Hal hazırda Laçın rayonunda çoxlu sayda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Artıq Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Ümumilikdə isə hava limanları regionun strateji əhəmiyyətini artırmağa xidmət edəcəkdir.
İlham Sofuyev: Qürur hissi ilə yaşayırıq

Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində “Laçın Şəhəri Günü” bayram tədbiri keçirildi. Tədbirdə Prezident İlham Əliyev çıxış edərək tarixi həqiqətləri xatırlatdı və hazırda görülən genişmiqyaslı işlərdən bəs etdi. Ölkə başçısı qeyd etdi ki, Laçının işğala məruz qalması həm laçınlılar, həm bütün Azərbaycan xalqı üçün böyük faciə idi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və ölkəmizin sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Ölkə başçısı bildirdi ki, Azərbaycan ədalətli müharibə aparıb, öz torpağında vuruşub. Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur, ancaq öz torpağımızı da biz heç kimə verən deyilik. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq Qələbəni əldə etmişik və gücümüzü göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz.
Prezident İlham Əliyev xalqımızın bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacağını, insanların öz doğma torpağında qurub-yaradacağını qeyd etdi. Ölkə başçısı bildirdi ki, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır.

Oxunub: 85
Paylaş:
Digər xəbərlər

Siyasət

26-08-2023, 10:00

Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

13-07-2023, 10:12

Bu gün daha 23 ailə Laçın şəhərinə yola salınıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-07-2023, 15:30

Rusiya bir aydır ki, Laçın şəhərini virtual “işğal”da saxlayır - Rəsmi reaksiya yoxdur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

5-06-2023, 10:56

Fərhad Həsənov: Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

1-06-2023, 13:09

Əbülfət Qocayev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
14-10-2026, 08:49
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
14-10-2026, 08:49
Bu yollar bağlı olacaq
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
Son xəbərlər
  • Bugün, 06:11
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • 28-10-2026, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
  • 15-10-2026, 10:50
    Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
  • 15-10-2026, 10:50
    FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
  • 15-10-2026, 10:49
    Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
  • 15-10-2026, 10:49
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:15
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:14
    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
  • 14-10-2026, 08:49
    Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
  • 14-10-2026, 08:49
    Bu yollar bağlı olacaq
  • 14-10-2026, 08:47
    “Bu qərarlara görə illər sonra təşəkkür edəcəksiniz”
  • 14-10-2026, 08:44
    “Mən bunu problem olaraq görmürəm” - Şeyxülislam
  • 14-10-2026, 08:44
    Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb
  • 14-10-2026, 08:43
    Bu ərazilərdə qaz olmayacaq
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə