• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Təranə Hacıyeva: İlham Əliyev bacardı! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-11-2023, 11:56

Təranə Hacıyeva: İlham Əliyev bacardı!



Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Tərtər rayon Borsunlu bələdiyyəsinin sədri Təranə Hacıyeva barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Tərtər rayon Borsunlu bələdiyyəsinin sədri Təranə Hacıyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Təranə Hacıyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Təranə Hacıyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Tərtər rayon Borsunlu bələdiyyəsinin sədri Təranə Hacıyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tərtər rayon Borsunlu bələdiyyəsinin sədri Təranə Hacıyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Təranə Hacıyeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Təranə Hacıyeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Təranə Hacıyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Təranə Hacıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Təranə Hacıyeva özünü doğruldub. Bizdə hörmətli Təranə Hacıyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Tərtər rayon Borsunlu bələdiyyəsinin sədri Təranə Hacıyeva - Uzun illər idi ki, hiyləğər və məkirli ermənilərin müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız nəhayət ki, 3 il bundan öncə öz haqq savaşına qalxaraq, 30 il işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etdi və möhtəşəm qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. 

Ermənistanın vaxtaşırı törətdiyi bəd əməllərin davamı olaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta­rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.

Təranə Hacıyeva: İlham Əliyev bacardı!


İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı.  Bir sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rola malik oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu. Ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Vətən müharibəmizdə fərdi qəhrəmanlıq qrup və kollektiv qəhrəmanlığını doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirdi.

Şübhəsiz ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyevin müdrikliyi və uğurlu siyasəti ilə Azərbaycan bu qələbəyə addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.

Təranə Hacıyeva: İlham Əliyev bacardı!


Yeri gəlmişkən, müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

Hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.

Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.

 Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşa əməliyyatı çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.

Təranə Hacıyeva: İlham Əliyev bacardı!


Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrildi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik”.

Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi  və

böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi oldu.

Təranə Hacıyeva: İlham Əliyev bacardı!


Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır.  Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi.

Təranə Hacıyeva: İlham Əliyev bacardı!


Qədirbilən xalqımız bu gün Möhtəşəm Qələbənin 3-cü ildönümünün sevincli günlərini yaşayır və  ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycanlı ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

Oxunub: 83
Paylaş:
Digər xəbərlər

---

9-10-2023, 14:06

Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-09-2023, 11:52

Ziyəddin Quliyev şəhid ailələrinə xüsusi diqqət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-09-2023, 12:48

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əli Əliyevin diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-09-2023, 12:42

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan insan Hacı Eldayaq Huseynov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...
Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!
İşçilər maaşını ala bilmir: “Azəriqaz” isə bunun səbəbini açıqlamır - NARAZILIQ VAR...
Hadisə
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
21-02-2026, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
Son xəbərlər
  • Bugün, 18:19
    Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
  • Bugün, 18:01
    Yoldaş Hətəmovun XUDMANİ TENDER ORTAQLIĞI... - İLGİNC FAKTLAR...
  • Bugün, 16:49
    Prezident Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxsləri təltif edib - SİYAHI
  • Bugün, 16:27
    Qaradağda ŞIDIRĞI ALVER GEDİR: Köhnə başçının aqibəti dərs olmadı? - BU NƏDİ BELƏ?
  • Bugün, 15:28
    Suraxanı İH-də kimdir rəhbər: Adil Əliyev, yoxsa Mais Məmmədov? - İLGİNC İDDİALAR
  • Bugün, 14:44
    GƏNCƏ SƏHİYYƏSİNDƏ KORRUPSİYA ŞƏBƏKƏSİ - Qanunsuzluq, qohumbazlıq və özbaşınalığın pik həddi!
  • Bugün, 13:33
    İşçilər maaşını ala bilmir: “Azəriqaz” isə bunun səbəbini açıqlamır - NARAZILIQ VAR...
  • Bugün, 12:24
    Sabirabadda Təhsil "Mafiyası": Direktor Murad Dəmirovun Qanunsuzluqlarına Kim "Yaşıl İşıq" Yandırır? -FOTOFAKT
  • Bugün, 11:46
    Saleh Məmmədov 1 milyard mənimsəyib? - Zəngi açsa da, suallardan yayındı
  • Bugün, 11:03
    Rusiyada məktəbli sinif rəhbərini bıçaqladı
  • Dün, 19:11
    “Kontakt Home” köhnə məhsullar satır – “Şeş-Qoşa” layihəsi ifşa edildi – FOTO
  • Dün, 17:42
    Mətanət Əfəndiyeva Tibbi Bərpa İnstitutundan çıxarılsa da, heç də az iz qoymayıb
  • Dün, 17:09
    İçərişəhərdə yeraltı keçidlər “ticarət obyektinə” çevrilib – ictimai məkanlar kimlərin nəzarətindədir?
  • Dün, 16:27
    Keşlədə kollektor üzərində tikilən evə Rafiq Quliyev "icazə" verib? - Yüzlərlə evə ziyan vuran günahkar kimdir?
  • Dün, 15:45
    Təhsil adı altında qurulan sistem: Sumqayıt 23 nömrəli məktəbdə baş verənlər
  • Dün, 15:12
    Keçmiş deputatdan adı milyardlıq yeyintidə hallanan Saleh Məmmədova ATMACA... - "Vədədir…"
  • Dün, 14:49
    Ziya Məmmədovun qalmaqallı qohumuna yüksək vəzifə VERİLDİ
  • Dün, 13:11
    Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə NƏ İŞLƏR ÇEVİRİR?.. - İcazə verin, şübhələnək...
  • Dün, 12:33
    7 ton əlvan metal yoxa çıxıb: Rəşad Borçiyevin işi araşdırılır
  • Dün, 11:58
    Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir
  • Dün, 11:26
    Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi - İLGİNC FAKTLAR...
  • Dün, 10:40
    İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
  • Dün, 10:20
    Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI...
  • Dün, 09:28
    Maxinasiya ustası registrator və podoloq rolunda - Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • Dün, 09:08
    Mingəçevir Dövlət Universitetində milyonluq tender - Rektor Azər Eminov kiminlə razılıb?
  • 4-04-2026, 16:06
    İcbari Tibbi Sığorta dövlətə hansı zərbəni vurdu?
  • 4-04-2026, 15:28
    Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib
  • 4-04-2026, 15:00
    Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?
  • 4-04-2026, 14:17
    Sevindik Hətəmov Hacıqabulluları sevindirə bilmədi... VİDEO
  • 4-04-2026, 14:08
    Sabunçu Tibb Mərkəzi - Ümid yeri yoxsa, “Qəssabxana”? - Əlin cibində olsa şansın var...
  • 4-04-2026, 13:34
    Beynəlxalq Bank vətəndaşları intihar həddinə çatdırır - 10 ildən zonra zəng... VİDEO
  • 4-04-2026, 12:23
    Sumqayıt xəstəxanasında insident - Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?
  • 4-04-2026, 11:45
    Masallını səhrlaşdıran məmurlar kimlərdir? - FOTOLAR
  • 4-04-2026, 10:47
    Nazir postunu istirsələr də şirkətləri hələ də qazanır - 13 min manatlıq sifariş
  • 4-04-2026, 10:26
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə