
Bakının Nəsimi rayonu ərazisində vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub.
Lent.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.