• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ziyəddin Quliyev: Xalqa və Vətənə həsr olunan ömür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-12-2023, 13:18

Ziyəddin Quliyev: Xalqa və Vətənə həsr olunan ömür


"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - “Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman böyük ehtiramla yad edilir. Ulu Öndərimiz Azərbaycan naminə bütün ömrünü fəda etmiş böyük şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyev abidəsi ucaldıb. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib. Dahi şəxsiyyət qətiyyətli siyasəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı”.

Həm sovetlər dönəmində, həm də müstəqillik illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanın yüksəlişi naminə fədakarlıqla çalışıb. Onun rəhbərliyi dövründə respublikamız bütün sahələr üzrə inkişaf edib. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi.

Böyük öndərimiz iyirmi ildir ki, cismən aramızda olmasa da, ideyaları əbədi yaşayır. İllər keçdikcə bu dahi şəxsiyyətin Azərbaycan naminə gördüyü işlərin miqyası daha aydın şəkildə dərk olunur. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları, dünyada yaşayan bütün azərbaycanlılar heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycanın böyük inkişaf epoxasını yaradıb, respublikamızın hərtərəfli intibahını təmin edib. Müstəqil Azərbaycan bu möhkəm əsaslar üzərində daim zirvələrə doğru irəliləyib. Ulu Öndərimizin həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik.

Heydər Əliyevin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirən Heydər Əliyev inamla bildirirdi ki, biz doğma yurd yerlərimizə mütləq qayıdacağıq. Onun bu inamı insanların qəlbində sözün əsl mənasında ümid çırağı yandırırdı. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu Öndərimizin başladığı müqəddəs vəzifəini Onun layiqli davamçısı, Prezident İlham Əliyev məntiqi sonluğa çatdırdı. Heydər Əliyevin arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəflə yerinə yetirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Heydər Əliyevin “Biz Şuşaya mütləq qayıdacağıq” arzusu reallığa çevrildi. 2023-cü ildə qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin vəsiyyətlərinin həyata keçirilməsi istiqamətində növbəti uğurlu addımlar atdı – Qarabağda suverenliyimiz təmin olundu, Xankəndidə, Xocalıda üçrəngli bayrağımız ucaldıldı. Bunlar “Heydər Əliyev İli”nin ən mühüm hadisələridir.

“Azərbaycan xalqı özünün dahi oğlunun növbəti anım gününü belə əlamətdar hadisələr fonunda dərin ehtiramla qeyd edir, qazanılan uğurların əsasında məhz Heydər Əliyev siyasətinin dayandığını aydın dərk edir. Bu gün Ulu Öndərimizin də ruhu şaddır! Çünki Onun qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə daim inkişaf edir, güclənir, yeni-yeni zəfərlər qazanır!”.

Oxunub: 160
Paylaş:
Digər xəbərlər

Siyasət

13-06-2023, 12:52

Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-05-2023, 15:16

İlhamə Abdullayeva: Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-05-2023, 13:51

Namizəd İsmayılov: Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 15:01

Hacı Şahin Hüseynov: Qısa müddətdə Ulu Öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 11:42

Tahir Məmmədov: Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Dün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Dün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Dün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Dün, 09:00
Nemət Pənahov vəfat etdi
Dün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
Son xəbərlər
  • Dün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Dün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Dün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Dün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Dün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Dün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Dün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Dün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Dün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Dün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Dün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Dün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Dün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Dün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə