• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İntiqam müəllim: Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-12-2023, 13:12

İntiqam müəllim: Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir


Azərişıq Biləcəri ETSS Enerji İstismar Şöbəsinin rəisi İntiqam müəllim - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir. Artıq üç ildir ki, azad olunan torpaqlarımız tarixi sahiblərinə qovuşaraq dağıntılardan quruculuq mərhələsinə keçdikləri üçün sevinclidirlər. 44 günlük Vətən müharibəsinin gedişi dövründə Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qazandığı uğurlar dünyanı heyrətləndirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
İntiqam müəllim: Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir

Dövlət başçısı İlham Əliyevin İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri hər üç dövrün - 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə mərhələsinin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbə oldu. Cənab İlham Əliyev Azərbaycanın Qələbə qazanacağına böyük inamla yanaşaraq gələcəkdə hansı işlərin görüləcəyinin anonsunu da vermişdi.

Son üç ildə Azərbaycanın həyatında başlanan yeni dövr həmin hədəflərin reallığa çevrilməsi istiqamətində atılan addımların təqdimatıdır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilir. Qürurvericidir ki, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın keçdiyi inkişaf yolunun, qazandığı uğurların fonunda daha çox diqqət bu gün quruculuq meydanına çevrilən işğaldan azad edilmiş ərazilərimizə yönəldilir. Son illərdə ADA Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar və forumlar bu istiqamətdə görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlərdə iştirak edən cənab İlham Əliyev həm çıxışı, həm də ünvanlanan suallara cavabları ilə Azərbaycan həqiqətlərinə diqqəti yönəldir, dövlətimizin müstəqil siyasətinin uğurlarından qürurla bəhs edir. Dekabrın 6-da Prezident İlham Əliyevin iştirakı, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum da bu baxımdan xüsusi diqqət çəkdi.

“Böyük yenidənqurma layihəsinə başlamazdan əvvəl göstəriş verdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu aparaq. O, çap edildi və biz onu daxili istifadəmiz üçün hazırladıq. Çünki istəyirdik bilək ki, nə qədər insan qayıtmağı planlaşdırır. Biz aydın şəkildə anlayırdıq ki, 30 il keçib və deportasiya edilmiş əksər insan, əfsuslar olsun ki, dünyasını dəyişib. Qalırdı uşaqlar və gənc nəsil. Onlar həmin yerləri heç vaxt görməyiblər və keçmiş məcburi köçkünlərin çoxunun iş yerləri var idi. Beləliklə, biz bilməli idik və mən məmnun oldum ki, gözlədiyim kimi tam əksəriyyət qayıtmaq istədiyini dedi” bildirən cənab İlham Əliyev vurğuladı ki, onlar üçün yaradılan şərait yaxşı olmalı idi. Onlar qayıtdılar. Qayıdanlar təkcə orada vaxtilə yaşayan insanlar deyil: “Bəli, həmin insanları başa düşmək olar. Onların xüsusi hissləri var. Hətta uşaqlar və nəvələr də gəldilər. Bir sözlə, deyərdim ki, bu, çox mühüm mənəvi və psixoloji amil idi, çünki bunlarsız, biz orada nə edirik edək, onun təsiri sıfır olacaq. Buna görə, vacib olan odur ki, onlar qayıtmaq istəyirlər. O ki qaldı onların haraya qayıtmasına, yəqin ki, siz bunu dünən mənim nümayəndələrimdən Zəngilanda şəhərləri, ekoloji vəziyyəti necə planlaşdırdığımız barədə eşitdiniz. Həmin yerlər tam şəkildə ekoloji, yaşıl enerji zonası olacaq və əlbəttə ki, məşğulluq təmin ediləcək.”
İntiqam müəllim: Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir

Azad edilmiş ərazilərdə yeni idarəçilik modeli sınaqdan keçirilir. Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu vaxta qədər dörd nümayəndə fəaliyyət göstərir. Cənab İlham Əliyev onların sayının daha çox olacağını bildirir. Bu, tamamilə yeni idarəçilik üsuludur. Hədəfdə bu müsbət təcrübənin ölkənin digər bölgələrində də tətbiqi planlaşdırıır. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti, bütün bunlar tətbiq ediləcək: “Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq.”

Göründüyü kimi, iqtisadi imkanlarımızın genişliyi yeni-yeni hədəflərə yol açır. Hazırda yalnız işğaldan azad edilən bölgələrimiz deyil, bütün rayonlar sağlam rəqabət şəraitində uğurlu inkişaf dövrünü yaşayır. 30 illik işğal dövründə ən yüksək tribunalardan səsləndirilən çağırışlarımız arasında “Biz bu torpaqlara qayıdacağıq” xüsusi yer tuturdu ki, bu gün onun sevincini, qürurunu yaşayırıq. Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə uğurla inkişaf etdi, tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi məhz bu uğurlarımızın təqdimatı oldu.

Adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazan Ali Baş Komandan İlham Əliyevin hazırda Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Son üç ildə Böyük Qayıdışa doğru atılan atılan addımların miqyası ölçüyəgəlməzdir. Azərbaycan bugünümüzün reallıqlarına söykənərək qarşıdakı dövrün hədəflərinə zamanında və yüksək səviyyədə nail olmaq üçün səylərini daha da artırır.

Oxunub: 161
Paylaş:
Digər xəbərlər

Dünya

3-11-2023, 11:03

Qazaxıstan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-09-2023, 12:47

Gəray müəllim: Tarixi anlar yaşanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-05-2023, 15:07

Dünya liderləri İlham Əliyevi təbrik edirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-05-2023, 13:58

Gürcüstan prezidenti İlham Əliyevi təbrik etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-05-2023, 11:47

Şahin Xurşudov: Güclü və dəmir iradəli şəxsiyyət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 13:29
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
6-10-2026, 18:04
Sumqayıtda güclü yanğın oldu
6-10-2026, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
6-10-2026, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
6-10-2026, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Son xəbərlər
  • Dün, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • Dün, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • Dün, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • Dün, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • Dün, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • Dün, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • 7-10-2026, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • 7-10-2026, 11:20
    Neftin qiyməti düşüb
  • 7-10-2026, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • 7-10-2026, 10:30
    Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək
  • 7-10-2026, 10:10
    Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
  • 7-10-2026, 09:59
    Azərbaycanda yağıntılı hava müşahidə olunur
  • 7-10-2026, 09:58
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 7-10-2026, 09:27
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 6-10-2026, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • 6-10-2026, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • 6-10-2026, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • 6-10-2026, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • 6-10-2026, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • 6-10-2026, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • 6-10-2026, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə