• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cəmilə xanım Xanməmmədova: Seçimimiz dəyişməzdir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-01-2024, 15:26

Cəmilə xanım Xanməmmədova: Seçimimiz dəyişməzdir!


Qaradağ rayon 4 saylı Birləşmiş Uşaq Xəstəxanasının Baş həkimi Cəmilə xanım Xanməmmədova - Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

Yeni dövrdə bizi şərəfli işlər gözləyir

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

“Qalib xalqın qalib Lideri”

Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi sayəsində qazanıb. Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı belədir: “Qalib xalqın qalib Lideri”.

Alternativsiz seçim!

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər - seçicilərlə görüşlər keçirilir. Mən də təşviqat qrupunun üzvü kimi seçkiqabağı təşviqat kampaniyasında iştirak edirəm. Onu qeyd edim ki, cənab İlham Əliyevin təşviqatı ilə bağlı tədbirlərdə iştirak etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir.

Seçicilərlə keçirilən görüşlərdə son 20 ildə Azərbaycanın bütün sahələrində əldə edilmiş uğurlara bir daha nəzər salınması, keçdiyimiz yolun, qazanılan uğurların xüsusən gənclərin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məsələdir. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi yaxşı bilməlidir, bizə tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın kim olduğunu unutmamalıdır. Keçirilən seçkiqabağı görüşlər onu deməyə əsas verir ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, namizədimizi dəstəklədiklərini əyani şəkildə nümayiş etdirirlər.

“Dünənə baxmadan sabahı görmək olmaz”

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olunub. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də sabah görüləcək işlər - qarşıda duran vəzifələr ətraflı göstərilib. Bunlar Azərbaycanı daha irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq imicini artırmaq, Qarabağı qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, keçmiş məcburi köçkün vətəndaşlarımızı öz ata-baba yurdlarında daimi məskunlaşdırmaq, bütün sahələrdə tərəqqini təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm məsələləri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o öz üzərinə götürə, şərəflə və müvəffəqiyyətlə yerinə yetirə bilər. Özünün də dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.

Yeni nailiyyətlərə imza atacağıq!

Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaq.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Oxunub: 185
Paylaş:
Digər xəbərlər

---

23-12-2023, 14:13

Çingiz İbadullayev: Tək və Daimi Liderimiz [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-12-2023, 16:26

Rəşad Cəbrayılov: Xalqın bir seçimi var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 11:12

Dilarə Mövlayeva: Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-10-2023, 14:22

Cəmilə Talıbova: Dirçəliş dövrü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-08-2023, 01:52

Xalidə Quliyeva: İnam və səmimiyyət: Mehriban xanım Əliyeva Azərbaycana parlaq nailiyyətlər qazandırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Dün, 19:16
Metroda halı pisləşən kişi öldü
Dün, 19:15
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Dün, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Dün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Dün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Dün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Dün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Dün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Dün, 14:04
    Sabah da yağış yağacaq
  • Dün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Dün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • 1-10-2026, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • 1-10-2026, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə