• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bayram Səfərov: Zəfər seçkisi - yeni bir tarixin başlanğıcı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-01-2024, 14:29

Bayram Səfərov: Zəfər seçkisi - yeni bir tarixin başlanğıcı


Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov -Tarixin yaddaşı çox möhkəmdir. O yaxşını, yamanı unutmur və insanları daim düşünməyə, öz əməllərinə qiymət verməyə vadar edir. Tarixin dərslərindən ibrət götürənlər, insanlığa xidmət edənlər isə yanılmırlar, həyatlarına yeni bir məna verirlər, xoşbəxt ömür yaşayırlar. Keçmişini unudanlar, nəslinin-kökünün tarixindən, əzab- əziyyətindən, keçdiyi yoldan xəbərsiz olanlar isə yanılırlar, büdrəyib yıxılır, yarı yolda qalırlar.

Ədalət zəfər çaldı!

Ulu Öndər Heydər Əliyev həmişə xalqına öz tarixini öyrənməyi, sevməyi, təbliğ etməyi, hörmətlə yanaşmağı tövsiyə edirdi. O, tarixin ən müdrik müəllim olduğunu xatırlatmaqla bərabər, həm də vurğulayırdı: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Bayram Səfərov: Zəfər seçkisi - yeni bir tarixin başlanğıcı

Unudulmaz rəhbərimiz bu sözləri xatırladarkən, əlbəttə ki, uzun illər Azərbaycan xalqının başına gətirilən müsibətləri, haqqımızın tapdalanmasını, hüquqlarımızın pozulmasını nəzərdə tuturdu. O həm də böyük ümid və inamla bildirirdi ki, gec-tez haqq-ədalət qalib gələcək, tarix hər şeyi öz yerinə qoyacaq və xalqımız suverenliyini tam bərpa edəcəkdir. Ümummilli Liderimizin uzaqgörənliklə söylədiyi fikirlər, ümid və inamı artıq həqiqətə çevrilib. Artıq Azərbaycan suverenliyini tam bərpa edib, düşmən bütün ərazilərimizdən çıxarılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasi gedişləri və cəsarəti, ordumuzun qüdrəti, yenilməzliyi, xalqımızın birliyi və qəhrəmanlığı sayəsində işğalçı, separatçı qüvvələr məhv edilib. Xalqımızın qəhrəmanlıq tarixinə yeni və heç zaman unudulmayan qızıl səhifə - qürur, əzəmət, ölməz amal və ləyaqət səhifəsi yazılıb. Bu 200 ildə itirilən torpaqlarımızın yenidən qaytarılması, nisgilli qəlblərin, həsrət baxışların sevincə qovuşması, şəhidlərin ruhunun sevinməsi, qazilərin yaralarının sağalması, ata-baba yurdlarının bükülmüş bellərinin dikəlməsi, ayağa qalxması deməkdir.

Firavan həyat, xoşbəxt gələcək

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırda işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, bərpa-quruculuq işləri görülür, çox mühüm layihələr, proqramlar, tədbirlər həyata keçirilir. Bu günə kimi ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait sərf edilib. Çəkilən yollar, salınan körpülər, tunellər, istifadəyə verilən beynəlxalq əhəmiyyətli hava limanları, tikilən yaşayış binaları, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları, açılan iş yerləri, quraşdırılan elektrik stansiyaları işğaldan azad olunan ərazilərin xoşbəxt gələcəyindən, insanların firavan həyatından xəbər verir. Artıq Füzuli, Zəngilan, Laçın rayonlarının sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar. Bu il Şuşa, Ağdam, Kəlbəcərdən olan insanlarda doğma torpaqlara köç edəcəklər.

İqtisadi inkişaf milli güc amilidir

Tarixi Zəfər məhz öz gücünə və qüdrətinə, xalqına arxalanan, ordusuna güvənən, qətiyyətlə, səbir və təmkinlə irəliləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılmışdır. Dövlətimizin başçısı çıxışlarında, bəyanatlarında daha böyük uğurların anonsunu verir, dünyanı sülhə, əmin-amanlığa, dostluğa səsləyir və Azərbaycanın sürətli inkişafına əmin olduğunu bildirir. Bu əminliyin, inamın səbəbləri məlumdur. Çünki hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan dövlətlərdən biridir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə Azərbaycan sosial-iqtisadi, siyasi sahələrdə böyük nəticələrə nail olmuşdur.

İqtisadiyyatımızın inkişafında aqrar sektorun, turizmin və nəqliyyatın əhəmiyyətli payı vardır. Aqrar sahədə həyata keçirilən mühüm tədbirlər, vergi yükünün azaldılması, güzəştli maliyyə vəsaitlərinin ayrılması, subsidiyaların verilməsi, sahibkarlığın inkişafına dəstək, əkinçilik mədəniyyətinin yüksəlməsi istehsalda yaxşı nəticələr vermişdir. Hazırda kənd təsərrüfatının mühüm sahələrində ildən-ilə artımlar müşahidə olunmaqdadır. Yeni texnologiyaların tətbiq olunması, qabaqcıl təcrübələrə istinad edilməsi, kadrların təkmilləşdirilməsi və əkinçilik mədəniyyətinin yüksəldilməsi öz faydasını verməkdədir.

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.

İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

“Sözümüz imzamızdır!”

Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.

Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.

İlham Əliyev hər bir vətəndaşın dayağıdır!

Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.

Prezident məhz xalqın ona bəslənilən ümidlərinin, sonsuz məhəbbətinin daha aydın, firavan həyata, inkişafa nur saçan arzularının ifadəsidir. Bu, yeni bir tarixin başlanğıcı, Heydər Əliyev ideyalarından güc alan və cənab İlham Əliyev tərəfindən aydınlığa, xoşbəxtliyə, sülh və əmin-amanlığa istiqamətlənən yoldur. Yolumuz uğurlu olsun!

Oxunub: 113
Paylaş:
Digər xəbərlər

---

21-11-2023, 15:26

Bayram Səfərov: “Tarixi Qələbə və Zəfərlər Partiyası” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

10-11-2023, 09:00

Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

10-11-2023, 08:53

Salyanda “8 Noyabr - Zəfər Günü” münasibətilə bədii-musiqili bayram konserti keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-11-2023, 10:04

2023-cü il “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzularında toplantı keçirilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

13-10-2023, 11:07

Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə YAP Salyan rayon təşkilatında “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:13
55 minlik dələduzluq edən "vəkil" TUTULDU
Dün, 18:12
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
Dün, 17:37
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
14-10-2026, 08:49
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
Son xəbərlər
  • Dün, 18:13
    55 minlik dələduzluq edən "vəkil" TUTULDU
  • Dün, 18:12
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • Dün, 06:11
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • 28-10-2026, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
  • 15-10-2026, 10:50
    Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
  • 15-10-2026, 10:50
    FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
  • 15-10-2026, 10:49
    Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
  • 15-10-2026, 10:49
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:15
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:14
    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
  • 14-10-2026, 08:49
    Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
  • 14-10-2026, 08:49
    Bu yollar bağlı olacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə