• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elmin Zamanov: Səsimiz cənab İlham Əliyevədir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-01-2024, 11:14

Elmin Zamanov: Səsimiz cənab İlham Əliyevədir!


Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanov - Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik erməni işğalına son qoydu. 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzura nəzarəti bərpa etdi. 2023-cü il oktyabrın 15-də prezidentliyinin 20-ci ilinin tamam olduğu bir gündə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin olunması kimi yaddaşımıza həkk edildi. Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçkiləri qürurvericidir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi və gələcəyə yönələn yeni reallığın ortaya qoyduğu çağrışların uğurla həyata keçirilməsi baxımındam tarixi əhəmiyyət kəsb edir.
Xalqımız möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını əbədi olaraq xatırlayacaq və yüksək qiymətləndirəcəkdir. 7 fevral seçkilərinə gedən yol həm də bu iki qələbə ilə ciddi şəkildə bağlıdır.
Elmin Zamanov: Səsimiz cənab İlham Əliyevədir!

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi olduqca vacib hədəflər gözləyir. Və bu hədəflərə çatmaq da yalnız İlham Əliyev amilindən keçir. Xalqımız hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inamı, etibarı və ehtiyacı tükənməzdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi hesabına qazanıb.
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Bu baxımdan respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. Və demək olar ki, bütün cəmiyyət seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edir.
Seçki təşviqatında son 20 ildə Azərbaycanın əldə etdiyi uğurlara bir daha nəzər salınır, keçdiyimiz yolun keşməkeşləri və uğurları seçicilərin, xüsusilə gənclərin diqqətinə çatdırılır. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi bilməli, xalqımıza tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın ancaq və ancaq İlham Əliyev olduğunu unutmamalıdır. Sevindirici haldır ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, İlham Əliyevi dəstəklədiklərini böyük inamla nümayiş etdirirlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi kimi hakimiyyətinin bütün illərində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla önəmli layihələr həyata keçirilir. Ulu Öndərin layiqli varisi andiçmə zamanı xalqa verdiyi vədlərin hamısını ardıcıl olaraq reallığa çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu qürurverici tarixi hadisə 20 illin təsəvvür olunmaz gərgin, məqsədyönlü fəaliyyətin təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planlarının - Cənubi Qafqazın erməniləşdirilmək siyasətinin birdəfəlik məhv edilməsi demək idi.
Elmin Zamanov: Səsimiz cənab İlham Əliyevədir!

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Bu baxımdan cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olundu. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də görüləcək işlər - qarşıda duran hədəflər və yeni çağırışlar ətraflı şəkildə şərh olundu. Bunlar Azərbaycanı daha da irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq nüfuzunu artırmaq, Qarabağı və Şərqi Zəngəzuru qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, bütün sahələrdə yüksək inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm vəzifələri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o, üzərinə götürə, şərəflə və uğurla yerinə yetirə bilər.
Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaqdır.
Elmin Zamanov: Səsimiz cənab İlham Əliyevədir!

İnanıram ki, qarşıdan gələn prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Bütün Azərbaycan xalqının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcəkdir. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının ifadəsi olacaq.
Prezident seçkilərinə iki həftəyə qədər zaman qalıb. Tam əminəm ki, bu qısa zaman kəsiyini də yüksək əhval-ruhiyyə və coşqu ilə yola salacaq və fevralın 7-də böyük siyasi fəallıq nümayiş etdirib, seçki məntəqələrinə gedəcək və vətəndaşlıq mövqeyimizi ortaya qoymaqla cənab İlham Əliyevə səsimizi verəcəyik. Bu seçimimiz İlham Əliyevə millətimizin vəfa borcunun təntənəsi, uğurlu gələcəyimizə verəcəyimiz töhfə olacaqdır.

Oxunub: 135
Paylaş:
Digər xəbərlər

---

24-01-2024, 11:33

Cabir Hüseynov: Biz cənab İlham Əliyevə səs verəcəyik! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

23-01-2024, 12:02

Əliyar Sərvərov: Səsimiz sözü imzası qədər qüvvətli olan qalib Liderədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-01-2024, 12:00

Qara Allahverdiyev: Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Liderə səs verək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-12-2023, 12:26

Elmin Zamanov: Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edən LİDER [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-10-2023, 10:52

Elmin Zamanov: Tarixi zəfərimizin növbəti təqdimatı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
Hadisə
Dün, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Son xəbərlər
  • Dün, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • Dün, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • Dün, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • Dün, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • Dün, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • Dün, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • Dün, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • Dün, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • Dün, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • Dün, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • Dün, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • Dün, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • Dün, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
  • Dün, 09:09
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
  • 19-08-2026, 18:50
    Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB
  • 19-08-2026, 18:18
    DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib
  • 19-08-2026, 17:40
    "Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır
  • 19-08-2026, 17:10
    Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb
  • 19-08-2026, 16:32
    Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
  • 18-08-2026, 16:53
    Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik
  • 18-08-2026, 16:25
    Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
  • 18-08-2026, 15:43
    Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
  • 18-08-2026, 15:08
    Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
  • 18-08-2026, 14:27
    Sabah dörd şəhər və rayonda qaz olmayacaq
  • 18-08-2026, 13:45
    Bakıda istifadəsiz tikilidə yanğın baş verib
  • 18-08-2026, 13:11
    Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
  • 18-08-2026, 12:33
    İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
  • 18-08-2026, 11:58
    Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
  • 18-08-2026, 11:34
    Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb
  • 18-08-2026, 10:36
    Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
  • 18-08-2026, 09:53
    Ədalət Mədətoğlu vəfat etdi – FOTO
  • 18-08-2026, 09:23
    BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
  • 18-08-2026, 08:59
    Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
  • 17-08-2026, 18:54
    "Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
  • 17-08-2026, 18:04
    Samuxda bir nəfər kanalda batıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə