• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarşıya qoyulan məqsədlərə nail olacağıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-04-2024, 09:31

Qarşıya qoyulan məqsədlərə nail olacağıq


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Vəli müəllim keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Vəli müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəli müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vəli müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Vəli müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İş adamı Vəli müəllim - Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən zirvə hadisələri ilə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunan nəticələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə mühüm uğurların - strateji nailiyyətlərin qazanılmasında öz ifadəsini tapır. Bunların sırasında Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz həmrəyliyini - milli mübarizə ruhunu əks etdirən qələbələri isə xüsusi vurğulamaq gərəkdir. Aprel döyüşləri də bu kontekstdə mühüm yer tutur.

Azərbaycan məkrli planları iflasa uğratdı

2016-cı ildə baş verən Aprel döyüşləri Azərbaycanın siyasi iradəsini - Ermənistanın işğalçı və bəzi güc mərkəzlərinin ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi.

Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq müstəvidə münaqişənin ədalətli həlli ilə bağlı mövqeləri neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi Ermənistanın və onun havadarlarının çirkin niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu bir daha göstərdi.

Siyasi mif darmadağın edildi

Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi də dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərməyə başladılar. Yəni Aprel döyüşlərinin nəticələri Ermənistanda “ideoloji əsasları” dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində də önəmli rol oynadı.

4 günlük müharibədən 4 il sonra...

Ən əsası, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Təsadüfi deyil ki, Aprel döyüşlərindən 4 il sonra – 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi: 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpası təmin olundu.

Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğalçılar torpaqlarımızı tərk etməsələr, Azərbaycan Ordusu onların başını əzəcək. Cənab İlham Əliyev sözünün imzası qədər dəyərli - keçərli olduğunu növbəti dəfə sübuta yetirdi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan üçün faktiki kapitulyasiya aktı oldu.

Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir. Yeni reallıqlar fonunda isə hazırda Cənubi Qafqazın geosiyasi gündəliyi ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə yeni əməkdaşlıq platformasının yaradılması.

Yeni reallıqlara əsaslanan mütərəqqi ideya və konstruktiv təşəbbüslərin gerçəkləşdirilməsi Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından asılıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, “bizim mövqeyimiz birmənalıdır, açıqdır”. Postmüharibə dönəmində Azərbaycan ilə Ermənistan məhz rəsmi Bakının beynəlxalq hüquq normalarına əsasən təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Başqa yol və “yol xəritəsi”, yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur.

Üçtərəfli Bəyanatdan üç il sonra...

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa etməklə bir sıra ilklərə imza atıb.

Məlumdur ki, postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyuldu. Daha sonra "domino effekti" ilə yayılan və təbii ki, kənardan idarə olunan mərkəzdanqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq bir çox ölkəni ağuşuna aldı, xalqlara ciddi zərər verdi - dövlətlərə zərbə vurdu. Bu geostrateji arealda separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk məkan da məhz Azərbaycan oldu. Şanlı Qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi müstəvidə - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Belə ki, Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını təmin etməyə nail oldu. Yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq olduq. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir.

Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur

Əlbəttə, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq separatizmi aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün görülən işlər həm Azərbaycan, həm də bütövlükdə region üçün yeni perspektivlər açır.

Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma qeyd etdiyimiz kimi, mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır.

Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində bu reallıqları yarada, uğura çata - strateji zirvələri fəth edə bilmişik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq.

Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, Prezident İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq.

Artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan istənilən təhdidin qarşısını almağa və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Yeni reallıqlardan narahat olan bir sıra qüvvələrin bu gün Azərbaycana və bütövlükdə regiona yönəlik provokasiya cəhdləri – konfrontasiya ssenariləri, sadəcə olaraq, iflasa məhkumdur.

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

---

14-01-2024, 15:59

Dr. Səkinə Hüseynova: Sizin üçün daima yeniliklər axtarışındayıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-09-2023, 13:10

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nərmin Quliyevanın diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-07-2023, 11:19

Şərəfli vəzifəyə yiyələnən Ayaz Mammadov bu işin müqəddəsliyini qoruyub saxlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

12-07-2023, 11:58

Şərəfli vəzifəyə yiyələnən Talıb Talışinski bu işin müqəddəsliyini qoruyub saxlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-05-2023, 12:11

Cəsarət Qasımov öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
"Dominos Pizza"da 5500 manatlıq oğurluq
Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
Hadisə
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
Son xəbərlər
  • Dün, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • Dün, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • Dün, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • Dün, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Dün, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Dün, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Dün, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • Dün, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • Dün, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • Dün, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • Dün, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • Dün, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Dün, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • Dün, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • Dün, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • Dün, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • Dün, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • Dün, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • Dün, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • Dün, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 19-02-2026, 17:56
     Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA
  • 19-02-2026, 17:27
    Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..
  • 19-02-2026, 16:43
    Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
  • 19-02-2026, 16:10
    “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
  • 19-02-2026, 15:36
    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
  • 18-02-2026, 18:48
    "Axios": Trampın səbri tükənir, İranla böyük müharibə ehtimalı 90%-dir
  • 18-02-2026, 18:30
    Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib
  • 18-02-2026, 18:18
    Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
  • 18-02-2026, 17:59
    Prezidentlə Birinci xanım Nəriman Həsənzadəni təbrik etdi
  • 18-02-2026, 17:46
    Məşhur kollecin direktorunun ailəsində ALİMENT QALMAQALI - Milyonluq mülklər, çarəsiz buraxılan azyaşlılar
  • 18-02-2026, 17:23
    “MSDİS Holding”in dövlətə vergi borcu 20 milyon manata yaxınlaşıb
  • 18-02-2026, 16:49
    269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub? - GİLEY
  • 18-02-2026, 16:22
    Xaraba günə qalan YARDIMLI... - Rəsmən sahibsiz qalıb...
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə