“Bu ilin 10 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib”.
“Gundelikxeber.org” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır:
“Nəticədə, qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır, heyvanlar tələf olur. Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir”.