• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-02-2025, 19:13

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...

Son zamanlar Gəncədə sahibsiz küçə itləri sakinlərin qorxulu kabusuna çevrilib. Hara gedirsənsə, o ərazilərdə onlarla itlər sürü şəklində gəzirlər. Hava qaraldıqdan sonra isə onlar qorxulu olur və yoldan keçən insalara hücum edirlər. Təkcə bu faktı demək kifayətdir ki, TƏBİB-in məlumatına görə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına 2024-cü ildə it dişləmə səbəbilə 1 673 müraciət daxil olub. Bu ilin yanvar ayının 29-na qədər isə 162 müraciət qeydə alınıb.

Təsəvvür edirsinizmi?

Bu o deməkdir ki, orta hesabla hər gün 5-6 Gəncə sakinini sahibsiz itlər dişləyir. Bu təbii ki, olduqca böyük rəqəmdir və həyəcan təbilinin çalınması üçün yetərli səbəbdir. Statistikanın belə bir yüksək həddə olduğu dövrdə küçə itlərilə məşğul olan yeganə qurum da yanvar ayından fəaliyyətini dayandırıb. Söhbət 2023-ci ildə Gəncə İctimai İştirakçılıq Məclisinin ideya və təşəbbüsü, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz Bələdiyyəsi və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dəstəyi ilə, Gəncə-Samux yolu, Atabəylər prospektində sahibsiz itlər üçün fəaliyyətə başlayan “Yuva” sığınacağından gedir.

Bu sığınacaq o qədər böyük olmasa da, ilkin mərhələdə Gəncə İctimai İştirakçılıq Məclisinin ideya və təşəbbüsü ilə pilot layihə olaraq formalaşdırıldı. Əsas məqsəd Gəncədə olan sahibsiz küçə itlərinin saxlanılması, qısırlaşdırılması, quduzluğa qarşı peyvəndlənməsi və nəticədə xüsusi birkalarla küçələrə buraxılması idi. Ən azından Gəncə sakinləri birkalı iləri görəndə rahat olurdular ki, bu itlər onlara hücum etməyəcək, onları dişləməyəcək.

Qeyd edək ki, bu il yanvarın 7-də “Yuva” sığınacağı maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb, heyvanlar isə küçəyə buraxılıb.

Sığınacaq rəhbəri Yaqub Abbasov bu məsələdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini günahlandıraraq, qurum tərəfindən 4 aya yaxındır nə işçilərin maaşlarının, nə də heyvanlar üçün lazım olan məhsulların verildiyini deyib:

“Mən könüllü olaraq çalışırdım. Lakin ştatda olan 5 işçi var idi ki, onlar müəyyən məvaciblər alırdılar. Artıq 4 aydır ki, sığınacağa bir manat da pul daxil olmur. Heyvanların 4 ay ərzində yeməyini də, lazım olan dərmanları da borcla almışıq. Mağaza və aptek sahibləri də borcun ödənilməsini tələb edir. MKTİB maliyyələşməni dayandırdığından büdcəmizdə bir qəpik də vəsait yoxdur. Ona görə də fəaliyyətmizi dayandırdıq” - deyə sığınacağın rəhbərliyi şikayətlənib.

Ünvanına ittihamlar səsləndirilən dövlət qurumunun cavabı özünü gecikdirmədi. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, içtimai əsaslarla və ianə hesabına formalaşdırılan “Yuva” adlı sığınacağa ilkin olaraq dəstək məqsədilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 1 ildən çox maddi və texniki yardım göstərilib.

Amma rəsmi olaraq Gəncə şəhər MKTİB-nin “Yuva” adı ilə fəaliyyət göstərən sığınacaqda işçilərin əməkhaqqının davamlı ödənilməsi, orada saxlanılan heyvanlara yemək, qısırlaşdırma əməliyyatına narkoz və digər tibbi vasitələr alınması üçün heç bir öhdəliyi olmayıb”.

Açıqlamadan məlum olur ki, “Yuva”-nı yaradan zaman müvəqqəti olaraq dövlət qurumu olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən dəstək olmaları xahiş olunub.

Bəs görəsən bu sığınacaq necə ərsəyə gəlib və yaradılanda hansı maliyyə mənbəyinə əsaslanıb? Davamlı necə idarə olunmağı planlaşdırıb?

Bu suallara cavab almaq üçün Gəncə İctimai İştirakçılıq Məclisinin rəhbəri Müzadil Həsənovla əlaqə saxladıq.

Bizim.Media-nın suallarına cavab olaraq M. Həsənov bildirib ki, “Yuva” sığınacağı 2023-cü ildə həqiqətən də Gəncə İctimai İştirakçılıq Məclisinin ideya və təşəbbüsü ilə yaradılıb.

O zaman Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də bu ideyanı dəstəklədi və Gəncə-Samux yolunda, Atabəylər prospektində təxminən 50-60 sahibsiz küçə itləri üçün normal şəraiti olan sığınacaq pilot layihə olaraq yaradıldı:

“Şəhərdə olan sahibsiz küçə itləri problemini aradan qaldırmaq üçün dəstək və pilot layihə kimi “Yuva” nı yaratdıq. Təbii ki, bununla Gəncə kimi böyük bir şəhərin küçə itləri probleminin həll olunmayacağını hər kəs bilirdi. Çalışdıq ki, sığınacağın vasitəsilə insanların diqqətini küçə itləri probleminə yönəldək. Dünya təcrübəsinə arxalanaraq sahibsiz küçə itlərinin zərərsizləşdirilməsi deyil, sivil və sığınacaqda bütün qaydalara riayət etməklə problemi həll etmək yolu seçdik.

İlkin mərhələdə maliyyə dəstəyi baxımından Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi də bu ideyanı dəstəklədi. Ümid edirdik ki, Gəncədə heyvansevənlər, bu sahədə çalışan qeyri-hökumət təşkilatları, iş adamları bu sığınacağa köməklik edəcəklər. Düzdür, bəzi iş adamları az da olsa, xırda yardımlar etdilər. Əsas maliyyə köməkliyini Gəncə şəhər MKTİB edib. Lakin bu qurumun da maliyyə öhdəliyi olmadığından sığınacaq fəaliyyətini dayandırıb.

Pilot layihə olsa da, burada yetərincə böyük işlər görüldü. Fəaliyyət göstərdiyi dövrdə orta hesabla 800-ə yaxın sahibsiz küçə iti saxlanılaraq həkimlər tərəfindən müayinə və müalicə olundu, qısırlaşdırıldı, quduqzluğa qarşı və digər vacib peyvəndlər olundu. Bu işlərdə Azərbaycan Aqrar Universitetinin müəllim və tələbə heyətinin də dəstəyini xüsusi vurğulamalıyam.

Qısırlaşdırılaraq peyvəndlənən itlər xüsusi birkalandı və onlar artıq cəmiyyət üçün heç bir qorxu, təhlükə yaratmırlar. Bu, gələcəkdə sahibsiz küçə heyvanları üçün nəzərdə tutulacaq böyük bir sığınacağın əsasını qoymaq məqsədilə həyata keçirilən bir pilot layihə idi. Biz bu müddətdə layihəyə dəstək olan bütün dövlət və özəl qurumlara, bəzi iş adamlarına minnətdarlığımızı bildiririk”- deyə Müzadil Həsənov əlavə edib.

Bəs bu sığınacağın taleyi necə olacaq?

Bu gün Gəncədə it dişləməsi halları günü -gündən artdığı bir zamanda belə bir vacib layihənin fəaliyyətinin dayandırılması nə dərəcədə məqsədəuyğundur? sualına M. Həsənov belə cavab verib:

“”Yuva”-nın fəaliyyətinin dayandırılması maliyyə problemi ilə əlaqədardır. Dünya praktikasında belə sığınacaqlara heyvansevər, bələdiyyələr, iş adamları, şəhərdə fəaliyyət göstərən restoranlar, ictimayyət yardımçı olur. Könüllülər gündəlik qrafiklərə uyğun belə sığınacaqlarda heyvanlara təmənnasız xidmətlər göstərirlər. Təəssüflər olsun ki, bizdə bu kimi dəstəklər hələlik nəzərə çarpmır. Ümid edirik ki, yeni bələdiyyə üzvləri öz fəaliyyətləri çərçivəsində sahibsiz küçə heyvanlarına diqqət və qayğının artırılması, sığınacaqların yaradılması, onların genişləndirilməsi məsələlərinə diqqətlərini artıracaqlar.

Bundan başqa, həm də bütün ictimaiyyət sahibsiz küçə heyvanları məsələsinə biganə qalmamalıdırlar. Əgər belə olarsa, biz hamılıqla əl -ələ verib küçə heyvanlarının quduzlaşmasının, durmadan saylarının artmasının, insanlara qarşı təhlükə mənbəyinə çevrilməyinin qarşısını ala bilərik”.

Müzadil Həsənov onu da qeyd edib ki, Gəncədə böyük sahibsiz heyvanlar sığınacağının yaradılması üzərində iş gedir. Təxminən 1000 heyvanın saxlanılması və onlara xidmət göstərilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu məsələdə aidiyyəti qurumlar, ən əsası isə bələdiyyələrin bu məsələdə dəstək olacağına ümid edirik.

Bizim.Media

Oxunub: 54
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-09-2024, 10:14

“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-04-2024, 13:57

Gəncə şəhər stadionunun təməli qoyulub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-12-2023, 09:48

Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

4-10-2023, 10:04

Gəncə terrorundan 3 il ötdü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

21-09-2023, 12:01

Gəncədə çökmə təhlükəsi ilə üzləşən ticarət mərkəzindən insanlar təxliyə edildilər - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
3-10-2026, 19:16
Metroda halı pisləşən kişi öldü
3-10-2026, 19:15
Kaşpirovski vəfat etdi
3-10-2026, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
3-10-2026, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə