• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BOŞ QALAN İDMAN KOMPLEKSLƏRİ - Bizə milli idmancılar lazımdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-12-2023, 10:42

BOŞ QALAN İDMAN KOMPLEKSLƏRİ - Bizə milli idmancılar lazımdır


Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir.

Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir Olimpiya İdman komplekslərinin və idman qurğularının böyük rolu olmalıdır. Son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb. Lakin bu sahədə ciddi nöqsanlar da mövcuddur.

Respublikamızın şəhər və rayonlarında 45-dən çox Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlar olmalıdır.

...

Yolunuz hec Salyana düşübmü... Yaxud lap elə Beyləqana, Naxçıvana, Astaraya, Goranboya, Qusara... O yerlərə ki, oralarda milyonlarla maya qoyulmaqla üzü işıldayan idman-olimpiya kompleksləri tikilib. O komplekslərin təntənəli açılışı olub. Kəsilən qırmızı lentlərin AzTV ekranlarında bərq vuran parıltısı YAP-çı deputat Siyavuş Novruzovun incə, duyğulu ruhunu oxşayıb. Köksünü fərəh hissi ilə doldurub. Ürəyini dağa döndərib.

Elə Ağırlıqqaldırma Federasiyasının prezidenti bir necə əcinəbini allah bilir neçə milyon maya qoyub gətirib oğuz elinə ki, dart bala, dart.

Adama də elə bu ağır gəlir ki, 30 ildir YAP hakimiyyəti kimi ağırdan da ağır qurğuşun yükünün altında dözən, dizini də qatlamayan azərbaycanlıların arasından özümüzün bir idmancımızı tapıb yetişdirmək olmazdımı? Onlar guya iki dəfəyə 286 kilonu qaldıra bilməzdi? Qaradağın daş karxanalarında, Bakının qul bazarlarında beş Xristov ağırlığında yükü uf demədən qaldırıb gəzdirə bilən elə şaqqalı, ərdəmli müsəlman balaları var ki... Sadəcə onları axtarıb tapmaq, qayğısına qalmaq, yetişdirmək, vətəni sevdirmək lazımdır.

İdmanda legionerlərin olmasının əleyhinə deyiləm. Dünyanın hər yerində belə praktika var. Amma ta bu qədər ağ eləmək də olmaz ki. Azərbaycan olimpiya millisinin heyətinin yarıdan çoxu gəlmə “azərbaycanlılar”, milliləşdirilmiş idmançılardır. Bir daha deyirəm: özümüzünkülərə nə olub, onların yolunda milyonlar xərclənən əcnəbilərdən nəyi kəmdir?

Hər yerdə olimpiya kompleksləri, hovuzlar tikib ağzına qıfıl vurmaqla deyil e. Monqolustanda camaat heç aftafasına da tökməyə fərli-başlı su tapmır. Səhralıq yerdir. Amma üzgüçüsülük üzrə birinci yeri tutur. Bizimkilər isə... suyu süzülə-süzülə elə ilk gündən evə qayıdır. 55 idmançı arasında ortalarda baş girləmək nə demək?

Velosipedçilərimiz yola çıxandan bir neçə dəqiqə sonra... yarışlardan yoxa çıxır. Ay balam, nəvə oynatmaq yaşına çatmış 38 yaşlı arvadın nə işi var axı böyük fiziki güc sərfi tələb edən olimpiya idman oyunları növündə, konkret olaraq velosiped belində? Çinə baxın də. 16 yaşlı üzgüçüsü olimpiya çempionu olmağı hələ bir qırağa dünya rekordu da müəyyən elədi. Onun yediyi pul, kapital bizimkilərə baxanda bəlkə on qat azdır...

Bilirəm, indi bəziləri etiraz edəcək ki, olimpiadada əsas məsələ qələbə, medallar yox, iştirak etmək faktının özüdür. Çox sarsaq və mənasız arqumentdir. Qətiyyən belə deyil. Ona qalsa, olimpiadalarda iştirak etməyən heç bir dövlət yoxdur. Acından ölən xırda və kasıb dövlətlər, məsələn, Somali, Haiti də orada iştirak edir. Nolsun?!

Bilirəm, indi bəzi iqtidar bülbülləri bu yazdıqlarımızı yenə debilcəsinə “uğuru gözü götürməzlik” adlandıracaq. Yox, idmançılarımıza bir daha, bir daha uğurlar, bol-bol şanslar arzulayırıq. Amma gözlədiyimiz uğur gəlməyəndə bunun səbəbi barədə də yazmalıyıq axı. Azərbaycan idmanın inkişafına xərclənən pulların məbləğinə görə bəlkə də 3-5 ölkədən biridir. Adamı bu pulların boş yerə yanması yandırır axı...

Məsələn elə bölgələrdə tikilən saysız hesabsız Olimpiya İdman Komplekslərini deyirəm. Coxusunun agzı baglıdır 20-25 adam müftə maaş alır.
İşləyənlərin də idmana aidiyyatı olmur. Otaqları, mehmanxanaları "arenda"ya verirlər. İdmandan başqa hər işlə məşgul olub para qazanırlar.

Sözümün canı budur ki, olkədə milli idman yaradılmalıdır. Bölgələrdə bütün idman növləri üzrə məktəblər yaradılmalıdır. İstedadlı gəncləri bu məktəblərə yönəltmək lazımdır. İdmanın bütün növləri üzrə məşqcilər yetişdirilməlidir. Əcnəbilərə verdiyimiz milyonları bu sayə yönətmək lazımdır.

Ədalət.
Azerinform.az

Oxunub: 121
Paylaş:
Digər xəbərlər

Siyasət

20-12-2023, 12:21

Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

27-11-2023, 14:27

İlham Əliyev Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

16-10-2023, 13:46

Prezident Füzuli şəhərində idman kompleksinin təməlini qoyub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət / Video

14-07-2023, 09:55

Polad Həşimovun anasını oğlunun adını daşıyan idman klubuna buraxmayıblar - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-05-2023, 12:42

Xanım rəis təqaüdə göndərildi - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə