• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Füzuli Pənahov: Heydər Əliyev irsini öyrənirik! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-05-2023, 13:04

Füzuli Pənahov: Heydər Əliyev irsini öyrənirik!


Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Füzuli Pənahovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Füzuli Pənahov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov - “Müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, bütün sahələrdə tərəqqisi, müstəqil dövlət olaraq dünya birliyində yeri və rolunu möhkəmləndirməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycançılıq ideologiyasının müəllifidir. Hakimiyyətinin hər iki dövründə azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya azərbaycanlılarının birliyi Ümummilli Liderin fəaliyyətinin hələ Naxçıvan mərhələsində prioritet məsələ kimi öndə saxlanılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.”

Füzuli Pənahov: Heydər Əliyev irsini öyrənirik!


Füzuli Pənahov Ulu Öndərin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsünə də xüsusi diqqət yönəldib: “Azərbaycan dilinin dövlət statusu qazanması Ulu Öndərin qətiyyətinin nəticəsidir. Ümummilli Lider dövlət dilimizin böyük himayədarıdır. Dahi şəxsiyyət bildurmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi ən böyük nailiyyələrimizdən biridir. Bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin parlaq ifadəsi idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.”

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına xidmət nümunəsidir: “Canından artıq sevdiyi Azərbaycanın daim öndə olması, ən yüksək zirvələri fəth etməsi dahi şəxsiyyətin əsas arzusu idi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı məhz bütün dünya azərbaycanlılarını bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirdi, ölkəmizin daha da qüdrətlənməsinə öz töhfələrini vermələrinə stimul oldu.”

Müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Azərbaycan Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə faciələrdən, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini daimi və sarsılmaz etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.”

Füzuli Pənahov: Heydər Əliyev irsini öyrənirik!


Füzuli Pənahov Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirib: “Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciəti ilə bu yolun davamlılığını, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinin əsasını qoydu. Cənab İlham Əliyevə Özü qədər inandığını bildirən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işlərin Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Axıra çatdırılması nəzərdə tutulan məsələlər sırasında ilk növbədə Qarabağ münaqişəsinin həlli dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çoxəsrlik tariximizin Zəfər səhifəsi yazıldı. Ölkə Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. İki ildən artıqdır ki, ölkəmizin həyatında yeni bir dövr başlayıb. Azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycana hansı sahədən baxsaq Ümummilli Liderin misilsiz xidmətlərini görürük. Dahi şəxsiyyət məhz möhkəm təmələ söykənərək dövlətimizin və xalqımızın gələcəyinin daha da yaxşı olacağına əminliyi əsasında bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”


Füzuli Pənahov: Heydər Əliyev irsini öyrənirik!

Oxunub: 245
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-05-2023, 12:52

Şahin müəllim: Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 11:42

Tahir Məmmədov: Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 11:10

Vaqif İsrafilov: Qəlblərdə əbədiləşən dahi şəxsiyyət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-05-2023, 12:22

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-05-2023, 14:18

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
3-10-2026, 19:16
Metroda halı pisləşən kişi öldü
3-10-2026, 19:15
Kaşpirovski vəfat etdi
3-10-2026, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
3-10-2026, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə