Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini 2026-cı ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin bu dəvəti qəbul edib, həmçinin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyə hazırdır.
Y.Uşakov əlavə edib ki, Rusiya Prezidenti və Çin Sədrinin fevralın 4-də videokonfrans formatında söhbəti 1 saat 25 dəqiqə davam edib.