• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-07-2025, 12:45

İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Bakı şəhər sakini Əliquliyev Ramil Boris oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova və Baş orokuror Kamran Əliyevə müraciət edir:

“Cənab Prezident!

Hörmətli Cənablar!

Mən, Əliquliyev Ramil Boris oğlu, 26 noyabr 2024-cü il tarixində, saat 16:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində iş vaxtı beton istehsalı üçün nəzərdə tutulmuş texnikadan istifadə edən zaman ağır xəsarət alaraq, sol qolumu dibindən itirmişəm. Belə ki, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən - sol III, IV və VI qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri deffekti ilə müşaiyət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası xəsarətləri almışam.

Bədbəxt hadisədən dərhal sonra məni Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hospitalına yerləşdirdilər. Orada əməliyyat olundum və müalicəm bir neçə gün davam etdi.

29 dekabr 2024-cü il tarixində Zəngilan rayon prokuroru, ədliyyə müşaviri Kərimov Qibləli Ağa oğlu tərəfindən Zəngilan rayon Prokurorluğunda AR CM-nin 162-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən II dərəcəli hüquqşünas Teyyub Rəfiyevə həvalə edimişdir. Müstəntiq Teyyub Rəfiyev işi araşdıran zaman yalnız işdə adı çəkilən Nizami adlı şəxsi məsuliyyətə cəlb etmişdir. Belə ki, təkcə sözügedən şəxsin əməllərinə hüquqi qiymət verilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Halbuki, iş materiallarına nəzər salındıqda görünür ki, beton istehsalı üçün nəzərdə tutulmuş texnika istər işləyən, istər də dayanan zaman qoruyucu hissəsi olmamışdır.

Cinayət işi aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsində Gülsarə İmanovanın icraatına daxil olmuşdur. İşi üzrə ittiham tərəfi Nəbiyev Tural Hüseyn oğlu təyin edilmişdir. İttiham tərəfi məhkəmə istintaqında bir dəfə də olsun mənim verdiyim ərizələri və müraciətləri qəbul etmədi. Formal olaraq şirkətin xeyrinə fikirlər səsləndirərək, müraciətlərimin təmin olunmamasını xahiş etdi.

Məhkəmə də öz növbəsində nə mülki iddiamı, nə də günahı olan Fərhad Təhməzovun qohumları Xurşud və Yunis (hər ikisi “Hünər İnşaat” Firmasının vəzifəli şəxsləridir) və onun ətrafında olan vəzifəli şəxslərlə bağlı heç bir tədbir görmədi. Formal olaraq hadisə zamanı işdə olmayan Nizami adlı şəxsə 3.00 0(üç min) manat cərimə cəzası kəsməklə canlarını qurtardılar.

Qeyd edim ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında №01/2025 saylı aktdan da görünür ki, əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərdən biri direktor Nəbiyev Yunisdir. Bundan başqa, həmin aktın 9, 9.1, 9.2, 9.3-cü bəndlərində “yoxdur” sözü qeyd edilmişdir ki, bu da axırıncı dəfə əməyin təhlükəsizliyinə dair keçirilən təlimatın tarixi, giriş təlimatı, ilkin(təkrar) təlimat, biliyin yoxlanılması qeyd edilməmişdir. Bu azmış kimi, şirkətin əməkdaşı Ruhin Nəcəfi adlı şəxs təhlükəsizlik jurnalına köhnə tarixlərə qol çəkməyimi tələb etdi, lakin mən imza etmədim.

Həmin cihazın yalnız istifadə qaydası araşdırılmış, istifadəyə qədər olan müddətdə, həmin cihazın yararlı, yaxud yararsız olması müəyyən olunmayın. O da aydın olmayıb ki, həmin cihazdan fəhlə və operator istifadə edə bilərmi? Buna icazəni kim vermişdir? Həmin aparat Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisinə kimin razılığı ilə yerləşdirilmişdir? Bu və digər suallar “Hünər İnşaat” Firmasının vəzifəli şəxslərinə verilməmişdir.

Qeyd edim ki, “Hünər İnşaat” şirkətinin direktoru Yunis Nəbiyev, operator vəzifəsində çalışan Vüsal Bədəlov və sözügedən şirkətin digər vəzifəli şəxslərinin icazəsi olmasa Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisinə beton istehsalı üçün nəzərdə tutulmuş texnika yerləşdirilə bilməzdi. Əgər həmin texnikanın işləməsinə icazə verilirsə, bu “Hünər İnşaat”ın vəzifəli şəxsləri tərəfindən verilmişdir. Mənə təqdim olunan alqı-satqı müqaviləsinə əsasən, həmin texnikaya cavabdehliyi alqı-satqı müqaviləsi üzrə pul ödənildikdən sonra “Hünət İnşaat” Firmasının öhdəsinə düşür. Burada Nizami adlı şəxsin əməllərinə qədər olan hissə araşdırılmaq əvəzinə, yalnız Nizami adlı şəxs məsuliyyətə cəlb edilmişdir. Mən bununla qəti razı deyiləm.

Mənim başıma gələnlər göz qabağındadır. “Hünər İnşaat”ın vəzifəli şəxsləri həm vəzifə səhlənkarlığına yol vermiş, həm vəzifə səlahiyyətlərini aşaraq bu əməli törətmişlər və hal-hazırda da həmin texnika bugünkü gündə sözügedən ərazidə işləməkdə davam edir. Mənimlə heç kim maraqlanmır, mənə heç bir maddi və mənəvi dəstək göstərilmir. Bu azmış kimi, cinayət işi də düzgün araşdırılmamışdır. Mən özümü öldürmək həddinə çatmışam.

“Cənab Prezident!

Hörmətli Cənablar!

Qeyd edilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Zəngilan Prokurorluğunun böyük köməkçisi Teyyub Rəfiyev, Zəngilan rayon Məhkəməsində cinayət işi üzrə ittiham tərəfindən çıxış edən prokuror Nəbiyev Tural Hüseyn oğlu, Zəngilan rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın, eləcə də Fərhad Təhməzovun qohumları Xurşud və Yunis (hər ikisi “Hünər İnşaat” Firmasının vəzifəli şəxsləridir), şirkətin operator vəzifəsində çalışan əməkdaşı Vüsal Bədəlov, mənə köhnə tarixlə təhlüksəziliklə bağlı təlimat jurnalına qol çəkdirmək istəyən əməkdaş Ruhin Nəcəfi və şirkətin digər vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz.

Onu da qeyd edim ki, bütün dediklərimə dair şahidlərim var. Həmin qəza vaxtı məzuniyyətdə olan şəxsə 3000 min manat cərimə yazılıb. Bu qədər haqsızlıq olmaz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Məsələ ilə bağlı şirkətin rəhbər heyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin suallarımız cavabsız qaldı. Yazıda adı çəkilən şirkətin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR



Oxunub: 61
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-12-2024, 10:24

Ziyafət Əsgərovun qardaşı qızına İTTİHAM - “Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət / Araşdırma

10-12-2024, 17:49

“Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” - Ziyafət Əsgərovun qardaşı qızına qarşı ŞOK İTTİHAMLAR /FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

20-09-2024, 12:31

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-09-2024, 11:20

Qarabağ veteranı əlillik dərəcəsi ala bilmir - GİLEY [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-07-2024, 19:25

Azərbaycanda tanınmış vəkil həyat yoldaşını bıçaqlayaraq ölümcül xəsarət yetirdi (ŞOK OLAY) [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Neyromed klinikasında çek qalmaqalı: “Onsuz da bizdə ƏDV verilmir” – PASİYENT ŞOK İDDİA İRƏLİ SÜRDÜ
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Hadisə
Dün, 09:40
Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
Dün, 09:30
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı
28-08-2026, 10:25
Qubada FACİƏ: 46 yaşlı kişi ev təmir edirdi, yıxılıb öldü
28-08-2026, 10:17
Qubada FACİƏ: 46 yaşlı kişi ev təmir edirdi, yıxılıb öldü
27-08-2026, 17:27
Ratko Mladiç öldü
25-08-2026, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 18:15
    500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır
  • Dün, 17:55
    Qurban Qurbanov Sumqayıtda 3 futbolçunu oynada bilməyəcək
  • Dün, 12:15
    Neyromed klinikasında çek qalmaqalı: “Onsuz da bizdə ƏDV verilmir” – PASİYENT ŞOK İDDİA İRƏLİ SÜRDÜ
  • Dün, 11:05
    Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı
  • Dün, 10:45
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
  • Dün, 10:39
    Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib
  • Dün, 10:26
    Dövlətdən vətəndaşlara pulsuz torpaq - Cəmi bir şərt qoyulur
  • Dün, 09:40
    Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
  • Dün, 09:30
    Xankəndidə “Niva” hərəkətdə olarkən yandı
  • Dün, 09:19
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • 30-08-2026, 21:27
    Tramp Venesuelanın neftinə göz dikdi: 65 milyard barreldən çox ehtiyat ABŞ-nin nəzarətində
  • 30-08-2026, 21:25
    Kremldən üçtərəfli sammitlə bağlı SƏRT ŞƏRT: görüş yalnız...
  • 30-08-2026, 21:23
    Triatlonçu timsahın hücumundan gözünü sıxaraq xilas oldu
  • 30-08-2026, 14:00
    Varlıların yeni ünvanı: 16,5 milyon dollarlıq malikanə Hamptonsu geridə qoymağa iddialıdır
  • 29-08-2026, 18:40
    Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək
  • 29-08-2026, 07:30
    Sahib Süleymanovun başı dərddə - “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır
  • 28-08-2026, 13:39
    Nigar Fərhadın ərini DTX həbs edibmiş
  • 28-08-2026, 12:48
    “Qanun” nəşriyyatının tərcüməçisi dağda öldü
  • 28-08-2026, 12:09
    “Qanun” nəşriyyatının tərcüməçisi dağda öldü
  • 28-08-2026, 11:56
    Universitetə qəbul olanların qeydiyyatı BAŞLADI
  • 28-08-2026, 11:55
    Neftin qiyməti qalxıb
  • 28-08-2026, 11:30
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 11:30
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 11:17
    Bakıda güclü külək nəticəsində 2 qadın xəsarət alıb
  • 28-08-2026, 10:44
    Maksim Qalkin Bakıda
  • 28-08-2026, 10:37
    Maksim Qalkin Bakıda
  • 28-08-2026, 10:32
    III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb
  • 28-08-2026, 10:25
    Qubada FACİƏ: 46 yaşlı kişi ev təmir edirdi, yıxılıb öldü
  • 28-08-2026, 10:17
    Qubada FACİƏ: 46 yaşlı kişi ev təmir edirdi, yıxılıb öldü
  • 28-08-2026, 10:02
    Bəzi rayonlara leysan yağıb, güclü külək əsir
  • 27-08-2026, 17:27
    Ratko Mladiç öldü
  • 27-08-2026, 17:01
    Məşhur musiqi qrupu dağıldı
  • 27-08-2026, 16:17
    Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
  • 27-08-2026, 16:03
    Prezident “Sabah”a 5 milyon ayırdı
  • 27-08-2026, 16:01
    “Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə