• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-07-2025, 17:38

Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “İtlər üçün quru yemin satın alınması” üzrə 17.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 425.685 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 16.07.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə “Fəza-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsində saxlanılan sahibsiz itlər üçün 150 ton quru yem alacaq.

Qeyd edək ki, bu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Ümumiyyətlə “FƏZA-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsindən başqa heç bir qurumun satınalmalarında iştirak etməyib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FƏZA-F” (VÖEN: 2902898611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, SARI-QAYA BAĞLAR MASSİVİ, qanuni təmsilçisi kimi isə Ağayev Fizuli Telman oğlu qeyd olunub.

Dövlət Vergi xidmətinin məlumatlarından da göründüyü kimi “FƏZA-F” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınib. Amma tender bazarına 2022-ci ildə girib və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə 153.520 manat dəyərində Kamaz və Maz markalı avtomobillər üçün ehtiyyat hissələri satıb. Daha sonra MMC Texniki Təmizlik İdarəsinə xüsusi təyinatlı müxtəlif avtonəqliyyat, maşın-mexanizmlərinin təmiri üçün ehtiyat hissələri və sürtgü yağları, texniki məqsədlər üçün emal edilməmiş xam duz, maşın-mexanizmlərə tələb olunan avadanlıqlar və təmir üçün mal materiallar, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələrinə ehtiyat hissələri satıb.

Ümumiyyətlə isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05.03.2022-ci ildən 16.07.2025-ci il qədər ümumi dəyəri 1334625 manat dəyərində 6 satınalma müqaviləsi bağlanılıb.

Daha ətraflı araşdırdıqda məlum oldu ki, Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” MMC arasında bağlanılan müqavilələrdən sözügedən dövlət qurumunun rəhbərinin heç xəbəri olmur. Belə ki, onlar yalnız Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev göstərişlərini yerinə yetirir, ancaq sənədlərə qol çəkirlər. Əldə etdiyimiz məlumatlara görə bu Sanitariya və Texniki Təmizlik İdarəsinə aid deyil. Ümumiyyətlə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda əsas söz sahibi Rəfail Mehraliyevdi və hansı tenderə nə qədər vəsaitin ayrılmasına və hansı şirkətin qalib olacağını əvvəlcədən məhz o müəyyənləşdirir.

Qeyd edək ki, elektron medianın hələ bir neçə il öncə yaydığı məlumatlara görə Rəfael Mehralıyevin əmlaklarının sayı-hesabı bilinmir. Az qala hər ay onun Azərbaycanda və Türkiyədə biznesinin yeni siyahısı təzələnir. Mediada yayılan xəbərlərə istinadən Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt və s.

Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər… Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

Medaida yayılan məlumatlardan da göründüyü kimi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev sayı-hesabı bəlli olmayan mülklərə, var dövlətə sahibdi. Bu imkanları Rəfail Mehraliyev Bakı şəhərinin abadlaşdırılması, təmir tikinti işlərinə ayrılan dövlət vəsaitlərini yaxın şirkətlərinin hesabına köçürməklə əldə edib və etməkdədir. Sahibsiz itlər üçün quru yemin satın alınmasına ayrılan yarım milyon manat yaxın vəsait də onlarda biri, “FƏZA-F” MMC də Rəfail Mehraliyevə məxsus onlarla şirkətin biridir.

Aktualinfo.org
Facebook-da paylaş

Oxunub: 34
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-07-2025, 14:17

Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-07-2025, 11:09

Bakı şəhər İcra Hakimiyyəti it yemi alır -425 min 685 manatlıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-07-2025, 08:43

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-02-2025, 11:12

Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox..... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-02-2025, 09:57

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dövlət Reklam Agentliyi printerlərin icarəsinə 133 xərcləyəcək
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
Hadisə
Bugün, 16:44
Dolu, qar, sel... - Xəbərdarlıq - Yenilənib
Dün, 14:15
Sabirabadda iki gəncin meyiti tapıldı
15-04-2026, 21:08
Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
31-03-2026, 16:36
Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
31-03-2026, 15:24
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
9-03-2026, 15:14
Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
Son xəbərlər
  • Bugün, 18:16
    “Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
  • Bugün, 17:54
    BŞİH-in Təmizlik İdarəsi 162 minə maşın təmir etdirəcək
  • Bugün, 17:19
    Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
  • Bugün, 16:44
    Dolu, qar, sel... - Xəbərdarlıq - Yenilənib
  • Bugün, 16:42
    Prezidentlə xanımı Antalyada tədbirdə iştirak edir
  • Bugün, 16:40
    Hakan Fidan dördtərəfli zirvə görüşünə sədrlik edəcək
  • Bugün, 16:39
    Prezident Şahbaz Şəriflə görüşdü - Fotolar
  • Bugün, 16:15
    Dövlət Reklam Agentliyi printerlərin icarəsinə 133 xərcləyəcək
  • Bugün, 15:27
    Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar ...
  • Bugün, 15:03
    Eldar Əzizovla Zaur Mikayılova sərt xəbərdarlıq edilib? - Təfərrüatlar
  • Bugün, 14:30
    “Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”
  • Bugün, 14:28
    23 dərəcə isti... - Sabahın havası
  • Bugün, 14:26
    Doğuşda zədə alan körpə 5 gün sonra öldü
  • Bugün, 14:07
    Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş - Baş memarın mülkləri
  • Bugün, 13:21
    “OMD” xəstəxanasında direktoru Aynur Poluxovanın əməlləri araşdırıllcaq?
  • Bugün, 12:37
    Bağça müdirəsi İlahə Xuduqızı avtomobilini belə idarə edir…
  • Bugün, 12:00
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Bugün, 11:24
    Azərbaycan XİN-dən Suriyaya təbrik
  • Bugün, 11:23
    Biləcəri sakinlərinin nəzərinə!
  • Bugün, 11:20
    Əliyevlə Şaraa görüşdü - Fotolar
  • Bugün, 09:45
    Artıq Kürdəmirə də qatarla gedə biləcəyik
  • Bugün, 09:42
    Avropada təyyarə yanacağı böhranı - Biletlər bahalaşacaq?
  • Bugün, 09:41
    Atəşkəs ümidləri fonunda neft ucuzlaşdı
  • Bugün, 09:40
    İsrail atəşkəsi pozdu
  • Bugün, 09:39
    Dubayın simvolu bağlanır
  • Bugün, 09:37
    "İran nüvə materialını bizə verməyə razıdır” - Tramp
  • Bugün, 09:36
    Serialdakı sevgi gerçək oldu
  • Bugün, 09:35
    Türkiyədəki faciəyə görə bu seriallar da efirə getmədi
  • Bugün, 09:34
    Ayda nüvə reaktorları qurulacaq
  • Bugün, 01:49
    ZAMANI AŞAN MÜƏLLİM ÖMRÜ
  • Dün, 21:36
    Agentlik sədri onlara vəzifə verdi
  • Dün, 21:35
    445 minlik mənimsəmədə ittiham olunan MMC direktoru ekstradisiya ediləcək
  • Dün, 21:32
    Prezident Ərdoğana başsağlığı verdi
  • Dün, 21:31
    ABŞ qüvvələrini Suriyadan çıxarıb
  • Dün, 18:36
    TKTA 255 nəfərin diplomunu niyə tanımadı?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə