• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Avropa İttifaqının “Meta” ilə söz savaşı - Kimdir haqlı? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-07-2025, 19:14

Avropa İttifaqının “Meta” ilə söz savaşı - Kimdir haqlı?

Fransa sosial şəbəkələr üzərində senzura ənənəsi yaradıb.

Avropa İttifaqı ərazisində sosial şəbəkə platformaları üzərində senzuranın tətbiqi rəsmi qaydada 2018-ci ildə üzə çıxıb. Əvvəllər də bu sahədə təşəbbüslər olub. 2018-ci ilin ayırıcı xətt kimi götürülməsinin səbəbi senzuranın rəsmiləşdirilməsi, hüquqi formaya salınmasıdır. Həmin il Fransa hökuməti “onlayn mühitdə dezinformasiyaya qarşı mübarizə tədbirləri”ni önə çəkərək, “Yalan məlumatlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif”i (Təkliflər paketini) müzakirəyə çıxarıb. Nəticə bu olub ki, Milli Assambleya 2018-ci ilin dekabr ayında “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı Qanun” qəbul edib.

Yeni qanuna əsasən, ölkədə informasiya dövriyyəsinə aidiyyəti olan bütün qanunlar yeniləşdirilib, dezinformasiya ilə mübarizə tədbirlərinə uyğunlaşdırılıb. Dəyişikliklər “Rabitə haqqında 1986-cı il tarixli Qanun”u, “Audiovizual yayım haqqında Qanun”u,  “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli Qanun”u,  “Seçki Məcəlləsi”ni və digər hüquqi aktları əhatə edib. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələri dəyişdirələrək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, seçki prosesi dövründə dezinformasiya xarakterli məlumatların yayılması qadağan edilib. Qadağaları pozanlar üçün ciddi cəza növləri - 1 illik həbs cəzası, yaxud, 75.000 avro məbləğində cərimə tətbiq edilib.

“İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında Qanun” sosial şəbəkə platformalarını da əhatə edir. Sosial şəbəkə platformaları, internet axtarış sistemləri, xəbər portalları və digər onlayn informasiya resursları “yalan məlumatlar”ın yayılmasının qarşısını almaq üçün mexanizmlər qurmaq üzrə məsuliyyət daşıyırlar. Sistem administratorları, xidmət təminatçıları üzərində öhdəlik yaradılır ki, saxta hesab olunan məlumatları nəzarətdə saxlasınlar, bu yöndə müvafiq dövlət orqanlarını xəbərdar etsinlər.

2020-ci ilin may ayında qəbul edilmiş “Nifrət nitqi haqqında Qanun” da sosial şəbəkə platformaları qarşısında öhdəliklər yaradır. Prinsipləri pozan siosial şəbəkə platformaları 1,25 milyon avroya (1,36 milyon dollar) qədər cərimələnə bilərlər.

Fransa hakimiyyətinin təşəbbüsü ilə ortaya çıxmış bu qanunlar zahirən cəlbedici görünə, informasiya çirkliliyindən müdafiə üçün tərtib edilmiş addımlar kimi dəyərləndirilə bilər. Amma durum fərqlidir. Analitik mərkəzlər iddia edirdilər ki, “İnformasiya manipulyasiyasına  qarşı mübarizə Qanunu” Fransada demokratiya və  ifadə azadlığı üçün birbaşa təhlükədir: “Qanuna zahirən zəruri görünən maddələrlə yanaşı, ifadə azadlığını pozan, senzuranın tətbiqinə yol açan prinsiplər də daxil edilib”.  “Euronews” yazır ki,  Fransa parlamenti hakimlərə seçki kampaniyaları zamanı “saxta xəbərləri” operativ şəkildə silmək üçün səlahiyyət verməklə tənqidi səsləri susdurmağa şərait yaradır: “Çünki, ani məqamda saxta xəbəri tənqidi fikirdən  fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir. Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də Makron hökumətinə qarşı yönəlmiş tənqidi fikirlər dövriyyədən  çıxarılsın”. Analitik mərkəzlərin hesabatlarından görünür ki, Makron hökumətinə qarşı yönəlmiş minlərlə tənqidi fikir “dezinformasiya” adı altında yerli seqmentlərdən silinib.

Almaniyanın “Feysbuk Aktı” niyə tənqid olunur?

Almaniyada 2017-ci ildə qəbul edilmiş, 2018-ci ilin yanvar ayında qüvvəyə minmiş “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu”  (NetzDG) sadələşdirilmiş formada “Şəbəkə Mühafizəsi Aktı”, yaxud, “Feysbuk Aktı” adlandırılır. Preambula hissəsində qeyd edilir ki, o, saxta xəbərlərlə, nifrət nitqi və dezinformasiya ilə mübarizə aparmaq məqsədi daşıyır.

“Şəbəkə Mühafizəsi Aktı” istifadəçilərinin sayı 2 milyon nəfərə çatmış bütün sosial şəbəkə platformalarına tətbiq edilir. Əsas tələbi budur ki, istifadəçi sayı qeyd edilən həddə çatmış platformalar Almaniyada öz ofislərini açmalı, müraciətlər/şikayətlər üçün əlçatan olmalı, saxta xəbərin qarşısını almaq üçün çevik mexanizmlər tətbiq etməlidirlər.

Qanun “saxta xəbərə qarşı mübarizə tədbirləri” adı altında sosial şəbəkə platformalarının provayderləri qarşısında ciddi öhdəliklər yaradır. Onlar şikayətləri dərhal yoxlamalı, şikayət doğuran  məzmunu 24 saat ərzində silməli, saxta olduğu mübahisə doğuran xəbərləri isə ən azı 7 gün ərzində bloklamalı, mübahisə bitdikdən sonra silinb-silinməməsinə qərar verməlidirlər.

Bu qaydaları pozanlar pozuntunun tipinə uyğun olaraq  500 min Avrodan 50 milyon Avroya qədər məbləğdə cərimə oluna bilərlər. Məlumat üçün bildirək ki, 2019-cu ilin iyul ayında Feysbuk “qeyri-qanuni məzmunla bağlı şikayətlərə çevik reaksiya vermədiyi üçün”  Almaniya Federal Ədliyyə İdarəsi tərəfindən 2 milyon avro məbləğində cərimələnib. Ədliyyə İdarəsi bildirib ki, Feysbuk öz istifadəçilərinin  paylaşımlarında  icma standartlarının pozulmasına dair hesabatları tərtib etməyib.

Federal Ədliyyə İdarəsi sosial şəbəkələrdə yayılmış hansı xəbərləri saxta hesab edir? Şikayətin haqlı-haqsız olmasını bilmədən şübhəli xəbərlərin 24 saat ərzində silinməsi, yaxud, ən azı 7 gün ərzində bloklaması nə  anlam daşıyır? Problemlərin kökü bu məqamdan başlayır. Məlumat üçün bildirək ki, əksər beynəlxalq təşkilatlar Almaniyada tətbiq edilən qanun barədə tənqidi fikirlər səsləndiriblər.

Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Repartyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olmasına məhkəmə qərar verməlidir. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti inzibati icra qurumuna-Ədliyyə İdarəsinə həvalə edir. Həmin idarə də öz səlahiyyətlərindən istifadə edərək, Feysbuk və Quqldan saxta olub-olmaması mübahisə doğuran məzmunu bloklamağı tələb edir, tənqidi səsləri batırır, ifadə azadlığını “hüquqi yolla” pozur.

Avropa İttifaqı da sosial şəbəkələrə senzura tətbiq edir

Fransa və Almaniyanın yaratdığı president bu dövlətlərin dominant mövqe tutduqları Avropa İttifiqına da sirayət edib. Son 5 il ərzində İttifaq ərazisində onlayn informasiya resursları üzərində senzuranı hədəfləyən çoxsaylı qanunlar qüvvəyə minib. Bu sırada “Avropa Media Azadlığı Aktı” (EMFA),  Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı” (DSA) və “Rəqəmsal Bazarlar Aktı”  (DMA) ön sırada dayanır.

Avropa İttifaqının “Rəqəmsal Xidmətlər Aktı” (DSA) Avropa Parlamentində 2022-ci il iyulun  5-də təsdiq olunub. 4 oktyabr 2022-ci il tarixdə Avropa Şurası tərəfindən də rəsmən qəbul edilib. 2022-ci ilin noyabr ayından tətbiqinə başlanılıb. O, Aİ daxilində fəaliyyət göstərən onlayn platforma və xidmətləri, sosial media şəbəkələrini, onlayn bazarları və digər vasitəçilik xidmətlərini əhatə edir. Rəsmi bəyannamədə deyilir ki, DSA Avropa İttifaqı məkanında daha təhlükəsiz, şəffaf və hesabatlı onlayn mühit yaratmaq üçün nəzərdə tutulub.

“Rəqəmsal Bazarlar Aktı” (DMA) da bu qəbildəndir. Onun rəsmi əhatə dairəsi  onlayn axtarış sistemləri,  tətbiq bazarları,  mesajlaşma xidmətləri və digər bu kimi xidmətlər göstərən böyük rəqəmsal platformaları əhatə edir. Rəsmi bəyannaməyə görə, DMA bu müstəvidə tənzimlə missiyasını yerinə yetirir.

Amma əsl reallıqlar başqadır. Adlarında “media azadlığı”, “ifadə azadlığı”, “xidmət” sözlərinin olması ictimai rəyi çaşdırmaq üçündür. Məzmun və hədəf başqadır. Bu aktlar onlayn informasiya resursları, sosial şəbəkə platformaları üzərində nəzarət, media termini ilə desək,  senzura üçün hüquqi yol açır.

Avropa Komissiyası həmin aktlara istinad edərək, bu ay “Apple” və “Meta” şirkətlərini müvafiq olaraq 500 milyon avro və 200 milyon avro məbləğində cərimələyib. Rəsmi açıqlamada qeyd edilir ki, bu şirkətlər “Rəqəmsal Bazarlar Qanunu” (DMA) pozublar. Amma məsələ bu qədər sadə deyil.  Problem heç də rəqabət mühitinin qorunması, yaxud, istifadəçi hüquqlarının müdafiəsi ilə bağlı deyil. Analitik mərkəzlər qeyd edirlər ki, bu cərimələrin arxasında dərin və narahatedici bir tendensiya – Avropada söz azadlığına, informasiya mühitinə nəzarət, ən əsası, sosial şəbəkə öplatformalarına məhdudiyyət tətbiq etmək meyilləri dayanır. İfadə azadlığı kontekstindən yanaşsaq, Avropa Komissiyasının bu qərarı Avropanın illərlə başqa ölkələrə təlqin etdiyi “insan haqları” və “demokratik dəyərlər”ə ziddir.

Amerika Birləşmiş Ştatları Avropa İttifaqının “Apple” və “Meta” şirkətlərini cərimələmək qərarını  demokratiyaya zərbə, senzura tətbiq etmək cəhdi kimi qiymətləndirib. Vaşinqton Avropa İttifaqı məkanında sosial şəbəkələrə məhdudiyyətlər qoyulmasından narazılığını ifadə edib. Dövlət Departamenti bəyanat yayaraq, Avropanı “tənqidi fikirlərə görə kütləvi məsuliyyət” tətbiq etməkdə qınayıb.

Amerika tərəfi sosial şəbəkələri  cərimələmək üçün hüquqi zəmin yaradan “Rəqəmsal Xidmətlər Aktı”nı da ayrıca tənqid edib. Onu sosial şəbəkələr üzərində “Senzura Aktı” kimi dəyərləndirib.

Qeyd olunur ki, “Meta”nın cərimələnməsi bu şirkət qarşısında  “şəxsi məlumatların istifadəsinə razılıq vermək”  və ya əks təqdirdə cərimələr ödəməklə razılaşmaq  məcburiyyəti yaradır. Belə yanaşma, istifadəçinin öz platformasında azad seçim və ifadə azadlığı hüququnu təhdid edir. Avropa İttifaqı “bazar rəqabətini tənzimləmək” adı altında faktiki olaraq sosial media müstəvisində söz və ifadə azadlığına müdaxilə edir.

Paradoksal yanaşma

Çox maraqlıdır, Azərbaycanda bənzər qanunlar qəbul edilsəydi, cərimələr tətbiq olunsaydı, görəsən Avropa Parlamenti və ya Avropa Şurası necə davranardı? Ölkəmizə qarşı hansı hədyanlar yağdırardı, hansı ruhda qətnamələr qəbul edərdi? Sual əslində ritorikdir. Heç şübhə yoxdur ki, Qərbdə məskunlaşan “beynəlxalq təşkilatlar”, “hüquq müdafiəçiləri”, ən əsası Qərb mediası belə halda “Azərbaycanı ifadə azadlığını pozamqda”, “sosial şəbəkələrə senzura tətbiq etməkdə” ittiham edərdilər.

Amma bu gün səsləri batıb.  Nə Avropa Parlamenti, nə Avropa Şurası, nə də “Amnesty International”, “Human Rights Watch” və   “Freedom House” üzə çıxmır. “Sərhədsiz Repartyorlar” bəyanat vermir. Çünki iki od arasında qalıblar. Qarşı duran tərəflərin hər ikisi - həm ABŞ, həm də Avropa İttifaqı - qrant verən, pullu sifariş edən donorlardırlar. Bu gün tərəflərdən birini dəstəkləmək, ya Avropa İttifaqını, ya da ABŞ-ni haqlı saymaq bu təşkilatları bitirər, “Amnesty International”,  “Human Rights Watch”, və ya  “Freedom House” təşkilatının sonunu gətirər.   

Yaranmış nümunə  demokratiyadan, söz və ifadə azadlığından dəm vuran Avropa  ölkələrinin, həmçinin, bu dövlətlərin peyki qismində çıxış edən “beynəlxalq təşkilatlar”ın mahiyyətini açır.

Əgər Avropa həqiqətən də söz və fikir azadlığının bayraqdarı olmaq istəyirsə, ilk növbədə öz daxilində fərqli yanaşmaları, fikir plüralizmini təmin etməli, demokratiyaya sadiqliyini nümayiş etdirməlidir. Sosial şəbəkələr üzərində güc tətbiqindən çəkinməlidir. Əks halda, Avropa özü söz azadlığına qarşı tətbiq etdiyi məhdudiyyətlərin simvoluna çevriləcək.(Qafqazinfo.az)

Müşfiq Ələsgərli

Oxunub: 49
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-07-2025, 06:44

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-03-2025, 14:38

Azərbaycanda yeni informasiya sistemi yaradılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

22-07-2024, 08:56

Bu gün Milli Mətbuat Günümüzdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

20-06-2024, 13:00

Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırdılar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-01-2024, 13:43

Hərbçilərlə bağlı qanun yenidən DƏYİŞİR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Sabah 30 dərəcə isti olacaq
Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Hadisə
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
20-04-2026, 17:44
SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİR
Son xəbərlər
  • Dün, 17:48
    Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
  • Dün, 17:18
    Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Dün, 16:39
    Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • Dün, 16:15
    Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
  • Dün, 13:06
    Sabah 30 dərəcə isti olacaq
  • Dün, 12:57
    Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
  • Dün, 12:48
    Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • Dün, 12:26
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • Dün, 12:09
    Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
  • Dün, 11:36
    WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb
  • Dün, 10:58
    “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
  • Dün, 10:33
    Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
  • Dün, 10:20
    "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
  • Dün, 09:58
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • Dün, 09:44
    Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...
  • Dün, 09:18
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • Dün, 09:08
    “Ege Hospital” körpənin müayinəsindən imtina etdi: 350 manatım yoxdur, uşağımı öldürürlər….
  • Dün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 13-05-2026, 19:18
    Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb
  • 13-05-2026, 18:57
    CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir
  • 13-05-2026, 18:10
    Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
  • 13-05-2026, 17:42
    Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
  • 13-05-2026, 17:16
    Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • 13-05-2026, 12:29
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • 13-05-2026, 11:04
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • 12-05-2026, 18:35
    Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb
  • 12-05-2026, 18:25
    Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
  • 12-05-2026, 18:07
    Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib
  • 12-05-2026, 17:31
    Azərbaycanda elektron siqaretlərin reklamı qadağan edilib
  • 12-05-2026, 16:55
    Cəbrayılda siqaret istehsal ediləcək
  • 6-05-2026, 12:48
    Təhməzlinin "kürü" oyunu - Zatən illərdir bazarda saxta kürü satılır...
  • 6-05-2026, 12:13
    İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
  • 6-05-2026, 11:38
    Qarabağdakı tikinti-quruculuq işlərini axsadan "Leysan amili" - ARAŞDIRMA
  • 6-05-2026, 11:16
    “Medicare Hospitalı” necə işləyir? - Lisenziyasız tibbi biabırçılıq
  • 6-05-2026, 10:33
    "Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə