• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-08-2025, 11:25

Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Leysan Məmmədovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Ona görə yox ki, bu şəxs məsul olduğu vəzifələrdə dövlətinə, millətinə xidmət edib. Xeyr, əksinə Leysan Məmmədov dövlət büdcəsini talamaqla, adı tək “leysan” kimi pul qazanmaqla məşhurdur.

Bu, hansısa iddia, yaxud mediaya sızan məlumatlar deyil, birbaşa Hesablama Palatasının auditi nəticəsində ortaya çıxan faktlardır.

Bir müddət öncə Leysan Məmmədovun “keçmiş” fəaliyyətinə görə istintaq başlandığı və ölkədən çıxışına “stop” qoyulduğu haqda məlumatlar yayılmışdı. Belə ki, Leysan Məmmədov 15 il rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində böyük maxinasiyalara yol verib. Bu, Hesablama Palatasının hesabatlarında da öz əksini tapır. Misal üçün, Hesablama Palatasının 2013-cü il hesabatında qeyd olunur ki, dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində “yeyintilər” olub. Həmin dövrdə Leysan Məmmədovun rəhbərliyi ilə Şəmkir, Hövsan, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Tovuz, İmişli, Sumqayıt, Qəbələ, Astara Olimpiya İdman Kompleksləri, Kür Avarçəkmə müəssisəsi, Səadət Sarayının restavrasiyası, Tofiq Bəhramov adına Stadionun yenidən qurulması, Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Kompleksləri inşa edilib, yaxud komplekslər ərazisində çoxsaylı tikintilər həyata keçirilib. Bu tikintilər zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin mənimslənildiyi haqda açıq mənbələrdə kifayət qədər məlumatlar var.

Gənclər və İdman Nazirliyində dövlət büdcəsini “talayan” Leysan Məmmədov 2025-ci ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru təyin olunub. Onun bu vəzifəyə təyinatı birmənalı qarşılanmadı, çünki “tərcümeyi-halı” maxinasiyalarla zəngin olan Leysan Məmmədovun şəhidlərimizin qanı, qazilərimizin canı hesabına azad olunan torpaqlarda aparılan quruculuq işlərində mənimsəməyə yol verməyəcəyinə zəmanət yoxdur.

Leysan Məmmədovun təyinatından heç bir il keçməyib, lakin artıq o, özünün “zəngin təcrübəsini” Qarabağda da tətbiq etməyə başlayıb. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tender prosesdurlarına müdaxilələrin olması diqqəti bu istiqamətə çəkir.
Qarabağda milyonluq tender maxinasiyası: Leysan Məmmədov yenə “iş başındadır” — VİDEO/FOTO

Redaksiyamıza daxil olan məlumata görə, 2025-ci ilin 23 və 31 yanvar tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərfindən elan olunmuş tenderlərdə ümumi olaraq, 27 təchizatçı şirkət iştirak etsə də nəticə dəyişməyib. Belə ki, Tender “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13-cü maddəsinə əsasən “SMTS” MMC nin qalib olunması ilə yekunlaşıb. Mahiyyət etibarı ilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tədbiq edilsin, lakin bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir.

Tenderdə iştirak edən və qalib elan olunan istənilən təchizatçı yerli istehsal olan mal-materiallarından istifadə edir. Çünki kommersiya baxımından təchizatçı üçün sərfəlidir. Bu tenderlərdə də büdcəyə qənaət prinsipini əsas götürərək, daha münasib qiymət təklifi ilə çıxış edən təchizatçılar olub.

Misal üçün, “SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1 vә 2­-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikintisi işlәri üçün 36 586 240.32 manat, 5 və 6-cı məhəllələr üzrə 36 536 755.81 manat, 7 və 8-ci məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq “KÖRPÜ­BİNA­TİKİNTİ” MMC 33442792.68, 33336108.46 manat və “ AZӘRSUTӘCHİZATTİKİNTİ AÇIQ SӘHMDAR CӘMİYYӘTİ 23799994.34 manat qiymət təklifi verib. Göründüyü kimi, 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub. Halbuki, bu vəsaitlə əlavə olaraq, onlarla fərdi yaşayış mənzilləri inşa edilə bilərdi.

Azərbaycanın inşaat sektorunda kifayət qədər təcrübəyə malik olan “KÖRPÜ­BİNA­TİKİNTİ” MMC kimi təşkilatların hüquqlarının pozulması gizli sövdələşmələrin olması şübhələrinə yol açır. Bununla yanaşı, tenderdə iştirak edən 26 təchizatçının hüquqlarının pozulması da növbəti tenderlərin şəffaf keçiriləcəyinə inamsızlıq yaradır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədov olması tenderlərin qeyri-şəffaflığına və gizli sövdələşmələrə olan şübhələri daha da artırır.

Axı Leysan Məmmədov məhz korrupsiya və maxinasiyalarına görə tanınıb. Hətta, Hesablama Palatasının korrpsiya faktlarına görə onun istintaqa cəlb edilməsi tövsiyəsi ilə çıxış etdiyi haqda məlumatlar var. Belə bir şəxsin şəhid və qazilərimizin qanı-canı hesabına azad olunan ərazilərdə eyni əməllərini davam etdirməsi həqiqətən də ürək ağrıdan haldır.

Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tədbiq etməkdədir. Özü dövlət büdcəsini talayır, oğlu Elnur Məmmədov isə əyləncə mərkəzlərində harınlıqla məşğuldur. Elnur Leysan oğlu Məmmədovun “Sea Breeze”da saldığı davanın üzərindən çox vaxt keçməyib. Bununla bağlı məhkəmə prosesi də aparılıb. Dövlət büdcəsini talayan və milyonlarla vəsaiti mənimsəyən Leysan Məmmədov kimi məmurun oğlunun harınlığı o qədər də təəccüblü deyil, çünki Leysan Məmmədov bütün qanunsuzluqlarına, korrupsiya əməllərinə görə cəzasız qalmasından istifadə edir.

Məlumatlara görə, azad olunmuş ərazilərdə Leysan Məmmədovun rəhbərliyi ilə tenderlər saxtalaşdırılır. Belə ki, “Dövlət Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 maddəsinə istinadən dövlət büdcəsindən əlavə vəsaitlərin alınması üçün süni istifadə edərək, həm öz kapitallarını artırır, həm də oğurladıqları vəsaiti qanuniləşdirirlər. Baş verən tender prosedurlarında Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinə əsasən təkrar törədilməklə küllü miqdarda mənimsəmə və israf etmə, eyni zamanda 308-2-ci maddəsinə əsasən “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması hallarına yol verildiyinə əsaslı şübhələr var.

Bütün bu faktlar əsas verir ki, 2024-2025-ci illər ərzində keçirilmiş sözügedən tenderlər araşdırılmalı və hüquqi qiymət verilməlidir. Eyni zamanda, güzəşt tətbiqi prosesinin hüquqi əsaslarla yoxlanılmalı və hər bir təchizatçının təklif qiymətləri araşdırılmalıdır.

Vaqif Hüseynli
Demokrat.az

Oxunub: 67
Paylaş:
Digər xəbərlər

Gündəm / Bölgə

21-06-2024, 19:24

Qubada çay məcrasından çıxdı: kəndi su basdı - Foto [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

4-10-2023, 16:00

Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

2-08-2023, 13:08

Hava kəskin dəyişəcək - Güclü külək, leysan, dolu... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-07-2023, 12:17

ABŞ-də leysan yağışları daşqınlara səbəb oldu: ölən və itkin düşənlər var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

1-07-2023, 09:33

Kürdəmirdə yağan leysan bəzi fəsadlar törədib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Bugün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Bugün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Bugün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Bugün, 09:00
Nemət Pənahov vəfat etdi
Bugün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
Son xəbərlər
  • Bugün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Bugün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Bugün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Bugün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Bugün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Bugün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Bugün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Bugün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Bugün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Bugün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Bugün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Bugün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Bugün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Bugün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə