• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət bizləri “Azərlotoreya” və “Misli” epidemiyasından qorumağı düşünürmü? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

29-01-2026, 13:00

Dövlət bizləri “Azərlotoreya” və “Misli” epidemiyasından qorumağı düşünürmü?

“Azərlotoreya” və “Misli”nin asılıq yaradan reklamlarına qarşı ictimai etiraz böyüyür…
Deputat: “Beynəlxalq təcrübəni nəzərə alaraq, bu sahədə daha sərt tənzimləmə mexanizmləri tətbiq olunmalı, ən azı reklamlar ciddi şəkildə məhdudlaşdırılmalı və ya vaxt aralığına uyğunlaşdırılmalıdır”.
Hazırda ölkənin reklam bazarının əsas hissəsini “Azərlotoreya” və “Misli”nin mərc oyunları və onlayn qumar reklamları təşkil edir və bu da narahatlıq doğurmaya bilməz. Bəlkə də “Azərlotoreya”da və bu biznesin arxasında duran məmurlar hesab edirlər ki, bu normal haldır, amma bu, heç də belə deyil. Çünki bir cəmiyyətdə insanlar başlarını qaldırıb ətraflarına baxdıqları, internet resurslara nəzər saldıqları zaman və televizyaya baxdıqda, radioya qulaq asdıqda ancaq qumar və asan yolla pul qazanmaq üçün şirnikləşdirici reklamlarla üzləşirlərsə, bu cəmiyyətin sağlam olduğunu və normal gələcəyə sahib olduğunu demək mümkün deyil.
Azərbaycanda artıq uzun illərdir ki, alkoqol və tütün məhsullarının reklamı qadağandır və bunu sağlamlığa dəyən ziyanla əlaqələdirir, xüsusi vurğu ilə sağlam cəmiyyətdə alkoqol və tütün məhsullarına yer olmadığını qeyd edirlər. Amma nədənsə mərc oyunları, onlayn qumar masaları ilə bağlı susurlar. Mərc oynlarının və onlayn qumar masalarının nə qədər insanların taleyini kor etdiyini, ocaqları söndürüb ailələri dağıtdığını hamımız bilirik. Bu asılıq narotik asılıq qədər təhlükəlidir və insanlara vurduğu ziyan daha böyükdür. Əgər açıq danışsaq, “Azərlotoreya”nın reklamlarının insanlara vurduğu ziyan alkoqol və tütün məhsullarının vurduğu ziyanla müqayisə olunmaz şəkildə böyükdür və bu təhlükə hər gün hər yerdə rastlaşdığımız müxtəlif tipli reklamlarla böyüdüldüyü halda, buna qarşı heç bir addım atılmır. Bu da təbii ki, narahatlıq və narazılıq yaratmalıdır və yaradır da.
Son günlər məhz bununla bağlı redaksiyamıza olunan zənglərin və müraciətlərin sayı artır. İnsanlar sadəcə maraqla və narahatlıqla soruşurlar ki, hansı səbəbdən dövlət mərc oyunlarının və qumara meylin artırılmasının bu qədər reklam olunmasına imkan verir? Niyə “Misli”nin uşaqlar və yeniyetmələr üçün əsas təhlükəyə çevrilən onlayn qumar masaları və onların reklamı qadağan olunmur? Niyə bu barədə ictimai xadimlər, deputatlar susurlar? Doğrudanmı onlar təhlükənin miqyasını görə bilmirlər?
Etiraf edək ki, artıq “Azərlotoreya” və “Misli”nin mərc oyunları və onlayn qumar reklamları Azərbaycanda epidemiya xarakterini alıb və bu epidemiyaya qarşı “karantin” elan olunmasının vaxtı çoxdan çatıb.
"Azərbaycan Reallığı" xəbər verir ki, milli problemə çevriləcək qədər böyüyən məsələ ilə bağlı bir neçə deputata müraciət edərək, onların mövqeyini öyrənməyə cəhd edilib. Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, adlarını çəkmədiyimiz həmin deputatlardan ancaq Razi Nurullayev bu barədə danışmaq istədi, digərləri isə sualı sadəcə cavablanmaqdan yayındılar
Razi müəllimə isə bu aktual problemlə bağlı danışmaqdan çəkinmədiyinə görə təşəkkür edirik. Qeyd edək ki, deputat Razi Nurullayev də, bizim və çoxlu sayda digər insanların narahatlıqlarını paylaşır. Deputat etiraf edir ki, doğrudan da qumar və mərc oyunlarının reklamı narahatlıq yaradır. Xüsusən bu reklamların yeniyetmələrə və həssas qruplara ünvanlanması narahatlıq doğuran məsələdir və bu qrupların qorunması dövlət üçün proritet məsələ olmalıdır.Razi Nurullayev: “Böyük Britaniyada uşaq və yeniyetmələrin televiziya qarşısında olduğu saatlarda qumar reklamları qadağan edilib, onlayn platformalarda isə yaş yoxlaması mexanizmləri sərtləşdirilib”.
Deputat bildirir ki, İtaliya və İspaniya kimi ölkələrdə isə mərc və onlayn qumar reklamlarına demək olar ki, tam qadağa tətbiq olunub.
“Qumar və mərc oyunlarının reklamı bir çox ölkədə ciddi ictimai narahatlıq doğuran məsələdir. Beynəlxalq təcrübə göstərir ki, dövlətlər bu sahədə əsasən yeniyetmələrin və həssas qrupların qorunmasını prioritet hesab edirlər.
Məsələn, Böyük Britaniyada uşaq və yeniyetmələrin televiziya qarşısında olduğu saatlarda qumar reklamları qadağan edilib, onlayn platformalarda isə yaş yoxlaması mexanizmləri sərtləşdirilib. İtaliya və İspaniya kimi ölkələrdə isə mərc və onlayn qumar reklamlarına demək olar ki, tam qadağa tətbiq olunub, çünki bu fəaliyyət ictimai sağlamlıq və ailə dəyərləri üçün risk kimi qiymətləndirilir.
Avstraliya, Fransa və Almaniyada aparılan araşdırmalar göstərib ki, qumar reklamlarının geniş yayılması yeniyetmələrdə riskli davranışları artırır, erkən yaşda asılılıq formalaşdırır və bu da sonradan sosial və psixoloji problemlərə yol açır. Buna görə də bir çox ölkələrdə reklamın məzmununa, yayımlandığı mühitə və vaxt aralığına ciddi nəzarət edilir”, deyə deputat açıqlamasında bildirib.
Razi Nurullayev qeyd edir ki, bu baxımdan Azərbaycanda mərc oyunları və onlayn qumar platformalarının geniş şəkildə və fasiləsiz reklam olunması cəmiyyətdə haqlı suallar yaradır.
“Bu baxımdan Azərbaycanda alkoqol və tütün məhsullarının reklamı qadağan edildiyi halda, mərc oyunları və onlayn qumar platformalarının geniş şəkildə və fasiləsiz reklam olunması cəmiyyətdə haqlı suallar yaradır. Xüsusilə bu platformalara yeniyetmələrin texniki baxımdan çıxış imkanının olması valideynləri ciddi şəkildə narahat edir”, deyə siyasətçi vurğulayıb.
Dövlət bizləri “Azərlotoreya” və “Misli” epidemiyasından qorumağı düşünürmü?

Razi Nurullayev hesab edir ki, Azərbaycanda mərc oyunları və onlayn qumarla bağlı sərt qadağa və tənzimləmələr tətbiq olunmalı, ən azından uşaq və yeniyetmələrin bu reklamlardan təcrid olunması ilə bağlı dövlət səviyyəsində addımlar atılmalıdır.
Hesab edirəm ki, beynəlxalq təcrübə nəzərə alınaraq, bu sahədə daha sərt tənzimləmə mexanizmləri tətbiq olunmalı, ən azı reklamlar ciddi şəkildə məhdudlaşdırılmalı və ya vaxt aralığına uyğunlaşdırılmalıdır. Məqsəd hansısa sahəni zəiflətmək deyil, cəmiyyətin gələcəyini təşkil edən uşaqları və gəncləri qorumaq, ailə dəyərlərini və sosial sağlamlığı təmin etməkdir”, deyə deputat qeyd edib.
Bizim üçün maraq doğuran məsələ isə odur ki, bəs sualllar doğuran və gələcəyimiz üçün doğrudan təhlükəyə çevrilən bu məsələlərlə kim, ya da kimlər məşğul olmalıdır? Deputatlarmı, parlamentmi, hansısa digər dövlət qurumlarımı? Ümumiyyətlə isə hər gün, hər saat böyüdülən və məcburi şəkildə evimizə, ailəmizə, hamımızın beyninə yeridilən bu epidemiyaya qarşı dövlət nəsə etməyi düşünürmü?(Azerbaycanrealligi.az)

Oxunub: 47
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

10-09-2025, 17:23

Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-08-2025, 12:05

“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" -İLGİNC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-08-2025, 09:28

Qumar oyununu kim reklam edir? -Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

21-05-2025, 10:38

Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

20-11-2024, 13:49

Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
3-10-2026, 19:16
Metroda halı pisləşən kişi öldü
3-10-2026, 19:15
Kaşpirovski vəfat etdi
3-10-2026, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
3-10-2026, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə