• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "səfər qrantları"nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

18-02-2026, 12:24

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "səfər qrantları"nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?

Dövlət vəsaitini idarə edən bir publik hüquqi şəxsin hesabat bölməsinin boş olması təsadüf sayıla bilməz. Bu, ya məsuliyyətsizlikdir, ya da şüurlu gizlətmə

Son illər vətəndaş cəmiyyətinin inkişafı adı altında milyonlarla dövlət vəsaiti xərclənir. Bu vəsaitlərin əsas operatorlarından biri də publik hüquqi şəxs kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Qurumun üzərinə düşən əsas öhdəlik isə sadə və aydındır: qanunçuluq, şəffaflıq və cəmiyyət qarşısında hesabatlılıq. Lakin mövcud faktlar göstərir ki, kağız üzərində yazılan prinsiplərlə real fəaliyyət arasında ciddi uçurum var.

Əvvəlki araşdırmalarımızda Agentliyin qrant siyasətində şəffaflıq problemlərinə toxunmuşduq. Qrantların bölüşdürülməsində rəfiqəlik, tanışlıq və yaxınlıq faktorlarının rol oynadığına dair ciddi faktlar təqdim etmişdik. Tenderlərin hansı şirkətlərə və hansı şərtlərlə verilməsi məsələsi də ictimaiyyət üçün açıq deyil. Lakin bu dəfə diqqətimizi daha az müzakirə olunan, amma kifayət qədər böyük maliyyə tutumuna malik olan bir istiqamətə – səfər qrantı müsabiqəsinə yönəltdik.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "səfər qrantları"nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?

Araşdırmalarımızla məlum olur ki, bu günə qədər Agentlik hər hansı il üzrə kimlərə və hansı məbləğdə səfər qrantı verildiyini sistemli şəkildə açıqlamayıb. Məsələni dəqiqləşdirmək üçün qurumun rəsmi saytına baxdıq və ortaya çıxan mənzərə sadəcə təəccüb doğurmadı, həm də narahatlıq yaratdı: nəinki səfər qrantları, ümumiyyətlə Agentliyin fəaliyyətinə dair hesabatlar bölməsi faktiki olaraq boşdur. Dövlət vəsaitini idarə edən bir publik hüquqi şəxsin hesabat bölməsinin boş olması təsadüf sayıla bilməz. Bu, ya məsuliyyətsizlikdir, ya da şüurlu gizlətmə.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, səfər qrantı müsabiqəsi QHT-lərin Azərbaycan Respublikasının hüdudlarından kənarda milli maraqların müdafiəsi, xarici siyasət prioritetlərinin və təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirdikləri layihələrin maliyyələşdirilməsi üçün təşkil olunur. Yəni söhbət sıradan turistik səfərlərdən yox, dövlətin strateji maraqlarına xidmət edən fəaliyyətlərdən gedir. Bu halda daha yüksək hesabatlılıq standartı tətbiq olunmalıdır. Amma real vəziyyət bunun tam əksini göstərir.

Bu günə qədər cəmi bir neçə səfər barədə ümumi məlumat istisna olmaqla, digər səfər qrantları barədə ictimaiyyətə açıq, detallı informasiya tapmaq mümkün deyil. İllər üzrə siyahı yoxdur, məbləğlər göstərilmir, səfərlərin konkret nəticələri açıqlanmır. Hansı beynəlxalq platformada nə deyilib? Hansı təşəbbüs irəli sürülüb? Hansı sənəd qəbul olunub? Azərbaycanın maraqları hansı formada müdafiə edilib? Bu sualların heç birinə rəsmi və sistemli cavab verilmir.

İddialara görə, Nazirlər Kabinetinin müəyyən etdiyi istiqamətlərdən kənara çıxmaların çoxluğu səbəbindən Agentlik səfər qrantları barədə məlumatları geniş şəkildə açıqlaya bilmir. Çünki açıqlama olacağı təqdirdə ictimaiyyət bəzi faktlarla əyani tanış ola bilər. Əgər doğrudan da istiqamətdən kənaraçıxmalar varsa, bu artıq inzibati səhlənkarlıq yox, normativ aktların pozulmasıdır. Daha təhlükəlisi isə budur ki, bu pozuntulara görə hər hansı məsuliyyət mexanizmi işləmir.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumatlar isə daha qalmaqallıdır. Bildirilir ki, bəzi hallarda qrant layihələri dəstəklənməyən şəxslərin “könlünü almaq” üçün onlara səfər qrantı ayrılır. Əgər belə mexanizm mövcuddursa, bu, müsabiqə prinsipinin formal xarakter daşıdığını göstərir. O halda “milli maraqlar”, “xarici siyasət prioritetləri” kimi anlayışlar sadəcə vitrin rolunu oynayır, real qərarlar isə subyektiv münasibətlər əsasında verilir. Dövlət vəsaiti isə şəxsi balanslaşdırma alətinə çevrilir.

Cəmiyyətə ötürülən başqa bir mesaj isə budur ki, guya Agentlik yaradılana qədər QHT-lər beynəlxalq tədbirlərdə aktiv iştirak etmirdi və səfər qrantları məhz yeni mərhələnin başlanğıcıdır. Halbuki Agentlikdən əvvəl fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dövründə də çoxsaylı QHT-lər əhəmiyyətli beynəlxalq tədbirlərdə iştirak üçün səfər qrantları almışdı. Bu məlumatlar arxivlərdə açıq şəkildə mövcuddur. Deməli, məsələ “ilk dəfə kimisə xaricə göndərmək” deyil. Məsələ bu prosesin nə dərəcədə ədalətli və şəffaf təşkil olunmasında, habelə nəticəliyindədir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin "səfər qrantları"nın pərdəarxası -Müsabiqə, yoxsa münasibət?

Ən narahatedici məqamlardan biri də bəzi səfər qrantlarının faktiki olaraq turistik xarakter daşıması ilə bağlı iddialardır. Əgər səfərin nəticə hesabatı ictimaiyyətə təqdim olunmursa, konkret fəaliyyət və əldə olunan nəticələr göstərilmirsə, onun dövlət maraqlarına xidmət etdiyini necə müəyyən etmək olar? Şəffaflıq seçmə xarakter daşıya bilməz. Bir neçə nümunəvi tədbiri qabardıb digərlərini gizlətmək hesabatlılıq deyil.

Burada problem təkcə səfər qrantları ilə məhdudlaşmır. Bu məsələ dövlət vəsaitinin idarə olunmasında ümumi yanaşmanın göstəricisidir. Əgər hesabat bölməsi boşdursa, müsabiqə nəticələri detallı açıqlanmırsa, məbləğlər və meyarlar gizli saxlanılırsa, bu artıq sistemli qeyri-şəffaflıq deməkdir. İctimai etimad isə məhz belə məqamlarda sarsılır.

Səfər qrantı müsabiqəsi ilə bağlı illər üzrə tam siyahının, ayrılmış məbləğlərin, səfərin məqsəd və nəticələrinin açıqlanmaması ciddi suallar yaradır. Əgər hər şey qaydasındadırsa, bu məlumatları açıqlamaq niyə problemə çevrilir? Əgər qaydalar işləyirsə, niyə onların tətbiqi real sənədlərlə sübut olunmur? Əgər milli maraqlar müdafiə olunursa, niyə bu müdafiənin nəticələri ictimaiyyətlə bölüşülmür?

Şəffaflıq iddia ilə yox, faktla sübut olunur. Qanunçuluq isə selektiv tətbiq oluna bilməz. Dövlət vəsaiti hesabına həyata keçirilən hər bir səfər, hər bir layihə və hər bir qərar ictimai nəzarətə açıq olmalıdır. Əks halda “səfər qrantı” anlayışı milli maraqların müdafiəsi mexanizmi yox, qapalı dairədə bölüşdürülən imtiyaz təsiri bağışlamağa davam edəcək.(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Oxunub: 55
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-02-2026, 11:54

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-02-2026, 15:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-09-2025, 12:43

Bu şirkətin arxasında kim dayanır? – Qazaxda milyonluq tenderlərin "pərdəarxası" /Ümummilli liderin adını daşıyan parkda tikilən YDM-nin sahibi ilə nə əlaqəsi var? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

10-06-2025, 18:35

25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
14-10-2026, 08:49
Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
14-10-2026, 08:49
Bu yollar bağlı olacaq
12-10-2026, 13:24
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
12-10-2026, 12:50
Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi
Son xəbərlər
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
  • 15-10-2026, 10:50
    Azərbaycanla BMqT arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
  • 15-10-2026, 10:50
    FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
  • 15-10-2026, 10:49
    Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
  • 15-10-2026, 10:49
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:15
    Azərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
  • 14-10-2026, 12:14
    Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib
  • 14-10-2026, 08:49
    Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi
  • 14-10-2026, 08:49
    Bu yollar bağlı olacaq
  • 14-10-2026, 08:47
    “Bu qərarlara görə illər sonra təşəkkür edəcəksiniz”
  • 14-10-2026, 08:44
    “Mən bunu problem olaraq görmürəm” - Şeyxülislam
  • 14-10-2026, 08:44
    Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb
  • 14-10-2026, 08:43
    Bu ərazilərdə qaz olmayacaq
  • 12-10-2026, 13:24
    Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
  • 12-10-2026, 13:24
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
  • 12-10-2026, 13:23
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
  • 12-10-2026, 12:50
    Azərbaycan-Kamboca sənədləri mübadilə olundu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə