• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR -DE-FAKTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-02-2026, 15:58

İTS–TƏBİB KOORDİNASİYASI ƏTRAFINDA CİDDİ SUALLAR -DE-FAKTO

2025-ci il üzrə İcbari Tibbi Sığorta (İTS) Fondunun büdcə bölgüsü ətrafında səslənən iddialar səhiyyə sistemində şəffaflıq, rəqabət və etik idarəetmə ilə bağlı ciddi suallar doğurur. İddialara görə, İTS və TƏBİB-in iş birliyi nəticəsində büdcənin 50–60%-i müəyyən şəbəkəyə daxil olan klinikalar arasında bölüşdürülüb, digər 40% isə bazarın qalan iştirakçılarına çatıb. Bu bölgünün ədalətsiz olduğu və bəzi klinikaları maliyyə sıxıntısına saldığı bildirilir.Sistemin əsas icra qurumu olan TƏBİB və maliyyələşməni həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) arasında koordinasiya mexanizmləri illərdir müzakirə olunur. Lakin bu dəfə iddialar daha konkret adlar və ünvanlarla səslənir.
Yenixeber.org: Şəbəkənin əsas fiqurlarından biri kimi Yeni Klinikanın direktoru Barat Yusubov göstərilir. Yeni Klinika-ya daxil olan xəstələrin müəyyən özəl tibb mərkəzlərinə yönləndirildiyi iddia olunur. Bu mərkəzlər sırasında “EGE” hospital (Direktoru Baratın həyat yoldaşıdır), “Olimp” və “HP Güvən” klinikalarının adı çəkilir. Daxil olmuş məlumatlara görə,“EGE” hospital yaxın tarixlərə qədər digər klinikalarla müqayisədə 15–20 dəfə çox sığorta dövriyyəsi göstərib,yoxlamalar zamanı dövriyyənin süni şəkildə azaldıldığı bildirilir, yeni Klinikaya müraciət edən xəstələrin sistemli şəkildə “EGE” hospitala yönləndirilməsi baş verib.bütün xəstə kodlarının İTS tərəfindən təsdiqləndiyi və bunun üçün “münbit şərait” yaradıldığı iddia edilir.
Mediatv.az bildiri ki,əgər bu faktlar təsdiqini tapsa, burada maraq toqquşması, rəqabət mühitinin pozulması və bərabər çıxış imkanlarının məhdudlaşdırılması kimi ciddi hüquqi məsələlər ortaya çıxır.
Bu iki xətt arasında qeyri-formal koordinasiya mövcuddursa və qərarlar dar çevrədə formalaşırsa, sistemdə balans pozulmuşdur.Sadalanan məsələlər vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının, dövlət vəsaitlərinin məqsədli və şəffaf xərclənməməsi prinsipinin, rəqabət mühitinin qorunmasını mövzusunu aktuallaşdırır. Burada əsas məsələ şəxsi münasibətlərin olub-olmaması deyil — dövlət vəsaitinin bölgüsündə obyektivlik və şəffaflığın təmin olunmasıdır.Cavab gözləyən suallar cəmiyyət üçün maraqlıdır.Belə ki,2025-ci il üzrə İTS bölgüsünün klinikalar üzrə detallı statistikası niyə açıqlanmır,yeni Klinikadan yönləndirilən xəstələrin sayı və ünvanları barədə rəsmi hesabat varmı,audit və daxili nəzarət mexanizmləri hansı nəticələri göstərib?
Əgər sistem təmiz və qanunauyğundursa, bu sualların cavabı açıq şəkildə ictimaiyyətə təqdim olunmalıdır. Əks halda, sadalananlar sadəcə əməkdaşlıq modeli deyil, qapalı qərarvermə mexanizmi kimi qəbul ediləcək.
Araşdırma xarakterli iddiaların dəqiqləşdirilməsi üçün adları çəkilən şəxslərin və qurumların mövqeyi də dinlənilməlidir. Şəffaflıq isə yalnız açıqlama ilə deyil, sənədlə sübut olunmalıdır.

“İTS çətiri” və şəbəkə idarəçiliyi

İddialarda İTS ilə müqaviləli olan bir sıra özəl tibb müəssisələrinin də adı çəkilir. Məsələn:Yasamal Hospital, Avropa Beynəlxalq Hospital ,Gəncə Beynəlxalq Xəstəxanası
Bu müəssisələrin biznesmen Famil Musayevin nəzarətində olduğu, görünüşdə dolayı mexanizmlərlə Tibbi Planlama Departamentində vəzifə tutan şəxslərin gəlir mənbəyinə çevrildiyi iddia edilir. Adı çəkilənlər arasında Hikmət İbrahimlinin də olduğu bildirilir.
Ən ağır ittiham isə budur: bəzi böyük dövriyyəli özəl klinikaların əvvəlcədən razılaşma əsasında onlara ayrılan İTS dövriyyəsinin 10 faizini rüşvət kimi geri qaytarması barədə məlumatlar dolaşır.

Hüquqi prizma: hansı normalar pozula bilər?

Əgər səslənən iddialar sübuta yetirilərsə, aşağıdakı hüquqi çərçivələr gündəmə gələ bilər: Vəzifəli şəxslərin xidməti mövqedən şəxsi maraq üçün istifadə etməsi,Cinayət Məcəlləsinin 308 və 311-ci maddələri – vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma,Rəqabət Məcəlləsi – bazarda üstün mövqedən sui-istifadə və ayrı-seçkilik,dövlət vəsaitlərinin xərclənməsində bərabərlik və şəffaflıq prinsiplərinin pozulması.İTS mexanizmi sığorta hadisələrinin kodlaşdırılması, tibbi xidmətlərin təsnifatı və ödənişlərin təsdiqi üzərindən işləyir. Əgər kod təsdiqləri selektiv qaydada aparılıbsa və yönləndirmələr inzibati təsirlə formalaşıbsa, bu artıq sistemli müdaxilə deməkdir.
2025-ci il üzrə İTS büdcəsinin klinikalar arasında bölgüsü hansı meyarlara əsaslanıb,eyni profil üzrə xidmət göstərən müəssisələr arasında dövriyyə fərqi niyə 15–20 dəfədir,xəstə yönləndirmə mexanizminə kim və hansı əsasla nəzarət edir,İTS müqavilələrinin monitorinqi və audit nəticələri niyə ictimaiyyətə açıqlanmır? İcbari tibbi sığorta sistemi sosial ədalət və bərabər tibbi çıxış prinsipi üzərində qurulmalıdır. Əgər dövlət vəsaiti müəyyən qrup klinikaların xeyrinə yönləndirilirsə və bazarda qeyri-bərabər rəqabət formalaşırsa, bu artıq təkcə maliyyə məsələsi deyil — ictimai etimad böhranıdır.(mediatv.az)
Araşdırma davam edir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Oxunub: 45
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-04-2025, 18:57

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

29-03-2025, 15:53

“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı -“Səhiyyə makleri” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

27-03-2025, 15:39

Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

8-01-2025, 11:38

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-10-2024, 09:52

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Dün, 19:16
Metroda halı pisləşən kişi öldü
Dün, 19:15
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Dün, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Bugün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Bugün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Dün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Dün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Dün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Dün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Dün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Dün, 14:04
    Sabah da yağış yağacaq
  • Dün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Dün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə