Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.
“Gundelikxeber.org” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.
Əmrə əsasən, Elnur Abbasquliyev teatrda direktor müavini vəzifəsinə təyinat alıb.
E.Abbasquliyev 2021-ci ilin oktyabrından bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Kukla Teatrının bəzi aktyorları ilə direktor Rəşad Əhmədzadə və onun keçmiş həyat yoldaşı, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva arasında çəkişmələr baş verib. Rejissorun iddiasına görə, teatrda ailəsinə qarşı təzyiq edənlər olub. Hadisələr fonunda Səidə Haqverdiyeva Rəşad Əhmədzadə ilə boşanıb.