Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbərliyinə ödənilən illik ödənişlərin məbləği məlum olub.
FED.az xəbər verir ki, Agentliyin hesabatına əsasən 2021 və 2022-ci illərdə Agentliyin rəhbərlərinə ümumilikdə yarım milyon manatdan çox və ya daha dəqiqi 565 min manat ödəniş edilib.
Belə ki, 2021-ci ildə MİDA-nın rəhbər heyətinə 277 milyon manat, 2023-cü ildə isə 288 milyon manat ödəniş edilib. 2023-cü il üzrə bu məbləğ açıqlanmayıb.
Xatırladaq ki, MİDA-nın rəhbər heyəti 3 nəfərdən ibarətdir - İdarə Heyətinin sədri Sadiq Sadıqov, idarə heyəti sədrinin müavini Çingiz Qədimov və idarə heyətinin üzvü Elşad Məmmədov.