• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“HALAL” YALANI... – Rəsmi qurum “halal işarəsi yalandır” deyir, amma... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

10-10-2024, 10:36

“HALAL” YALANI... – Rəsmi qurum “halal işarəsi yalandır” deyir, amma...

Azərbaycanda marketlərdə satılan məhsulların üzərindəki “Halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur.
Bunu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib: “Bu günə kimi əsas sertifikatlaşdırma predmeti ət və süd məhsulları olub. Bu gün marketlərdə halal adı ilə satılan ət və süd məhsullarının üzərindəki “halal” işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur. Məhsulların üzərinə halal işarəsi qoymaq o demək deyil ki, bu məhsul İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya təşkilatının (SMIIC) standartlarına cavab verir”.
TEREF yazır ki, bunu deyən Azərbaycanın rəsmi dövlət orqanı tərəfindən yaradılmış publik orqanın başında duran şəxsdir. Yəni, bir növ dövlət özü etiraf edir ki, mağazada “halal” adı ilə satılan məhsullar heç də halal-filan deyil! Bəs, əgər belədirsə, bu məhsullar mağazalara necə yol tapır və onların üzərinə “halal” yazılmasına niyə icazə verilir? Bu qurum kimdən kimə şikayət edir?
“HALAL” YALANI... – Rəsmi qurum “halal işarəsi yalandır” deyir, amma...

Rəsmən Azərbaycanda "halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - "AzeSERT Halal” MMC həyata keçrir. Yəni, “halal” adı ilə məhsul buraxanlar bu təşkilatdan “halallıq” almalıdır. Bu da həmin müssisədə monitorinq, yoxlama aparılması, məhsulların “halal” standartına uyğunlaşdırılmasının təmin edilməsi və s. kimi uzun prosedurdan sonra mümkündür. Bəs reallıqda necədir? Kim təminat verir ki, həmin “halal” setrtifikatı halal yolla alınır? Yaxud, hətta sertifikat verilən an hər şey standrata uyğundursa, sonrakı dövrdə bu standartlar qorunurmu? Kim bunu yoxlayır və gündəlik monitorinq aparır? Axı bunlar gündəlik istehsal olunan ərzaq məhsullarıdır və kimsə bu müəssisələrə kamera yerləşdirib, bütün istehsal prosesinə onlayn qaydada nəzarət etmir.
Bir sözlə, bir halda ki, hətta rəsmən “halal qida” sertifikatı almış müəssisələrin belə məhsulunun “halal” standartlarına tam uyğun olmasını təmin etmək praktiki olaraq mümkünsüzdür, o zaman bu “halal-haram” məsələsini məhsulların üzərindən birdəfəlik yığışdırmaq doğru olmazdımı? Zatən buna tam nəzarət mexanizmi demək olar yoxdur və təcrübə göstərir ki, min dəfələrlə “halal” adı altında nəinki dini, hətta adi gigiyenik qaydalara uyğun gəlməyən zir-zibil satılır. O zaman bu cür etiketləri, eləcə də satış nöqtələrinə belə malları qəbul etməyi və satmağı qadağan etmək olmazmı?
Azərbaycan da daxil olmaqla, əksər müsəlman ölkələrində tarix boyu dinin siyasi alətə, biznes, gəlir mənbəyinə çevrildiyini xüsusi qeyd etməyə ehtiyac yoxdur. Təəssüf ki, dini din xadimlərindən tutmuş siyasətçilərə qədər imkanı çatan hər kəs istismar etməklə məşğuldur və bu sırada adını “biznesmen” qoyan işbazlar da öz “layiqli” yerlərini tutur.
Azərbaycan kimi ölkələrdə isə həm də nisbətən orta və iri müəssisələrin böyük əksəriyyətinin kökü haram pullarla qoyulub. Onların çoxunun əsl sahibi hansısa məmur, nazir və digər vəzifə sahibləridir. Bunların nəinki istehsal etdikləri məhsul, buraya yatırdıqları pul, kapital da halal deyil. Hər halda, belələrindən halallıq gözləmək yüksək ağılın göstəricisi sayıla bilməz.
Nəhayət, üzərində “halal” yazılsa da, halal olmadığını bilə-bilə bu məhsulu alan və “günahı satanın boynuna” deyən azərbaycanlı müsəlmanın düşüncəsi, zehniyyəti də heyrət, təəssüf doğurmaya bilməz. Hər an, hər gün, hər ay, hər il aldadıldığı, saysız-hesabsız yalanlarla, saxtakarlıqlarla, haramçılıqla dolu, buna baxmayaraq, hətta yol polisi işçisinin belə rüşvət alarkən “halallıq” istədiyi “əyri-üyrü” bir cəmiyyətdə yaşayan həmvətənimizin bir də saxta “halal-haram” axtarışına çıxmaqla özünün özünü aldatması isə izahı müşkül olan daha bir bəlamızdır...
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

Oxunub: 138
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-08-2024, 13:56

28 ildir çatmayan mənzil növbəsi... - Agentlik şəhid anasını niyə gözlədir ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

23-08-2024, 12:49

"Siyəzən Broyler”in bitməyən problemləri - araşdırılmayan şikayətlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

29-07-2024, 12:26

"Halal Dad"ın servelatlarında zərərli maddələr var - BU DA FAKT!!! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

26-07-2024, 11:26

“Sevimli Dad” ağzımızın dadını BELƏ KORLAYIR... - Heç də SEVİMLİ DEYİLMİŞ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

19-10-2023, 11:10

Bu dəfə "!" işarəsi şifrə kimi diqqət çəkdi: maraqlı detal - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 10:08
55 minlik dələduzluq edən "vəkil" TUTULDU
Dün, 18:13
55 minlik dələduzluq edən "vəkil" TUTULDU
Dün, 18:12
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
Dün, 17:37
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
Son xəbərlər
  • Bugün, 15:01
    Noyabrın ilk gününə olan hava proqnozu
  • Bugün, 13:22
    Məryəm Üzərli Azərbaycana gələcək
  • Bugün, 12:20
    Azərbaycanlı alim vəfat etdi
  • Bugün, 12:20
    Azərbaycanlı alim vəfat etdi
  • Bugün, 12:15
    Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
  • Bugün, 12:10
    Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
  • Bugün, 12:10
    "Nursema"nın ayağı "Kızılcık şerbeti"nə düşmədi
  • Bugün, 10:09
    "Nursema"nın ayağı "Kızılcık şerbeti"nə düşmədi
  • Bugün, 10:08
    55 minlik dələduzluq edən "vəkil" TUTULDU
  • Dün, 18:13
    55 minlik dələduzluq edən "vəkil" TUTULDU
  • Dün, 18:12
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • Dün, 06:11
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • 28-10-2026, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə