• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

4-12-2024, 16:46

Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI


Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin mərkəzində iğtişaşlara çevrilən etirazları ölkədə “maydan” təşkil etmək üçün uğursuz cəhd adlandırıb və əhalini vəziyyətin nəzarət altında olduğuna əmin edib.

Kobaxidze brifinqdə deyib:

“Görürsünüz ki, uğursuz “milli maydan”dan sonra müəyyən qüvvələr, zorakı qruplar ölkəmizin mənafeyinə, o cümlədən biznes fəaliyyətinin maraqlarına müəyyən zərər vurmaq üçün hərəkətə keçiblər, lakin bu cəhdlər uğursuzluğa məhkumdur”.

Gürcüstanda etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb.

Hər axşam Tbilisidə parlamentin yaxınlığında minlərlə etirazçı toplaşır, onlardan bəziləri infrastrukturu zədələyir, təhlükəsizlik qüvvələrinə daş, molotov kokteyli və pirotexniki vasitələr atır, polis isə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

Hakimiyyət baş verənlərdə ölkənin keçmiş hakim partiyası “Vahid Milli Hərəkat”ı suçlayır.

““Milli maydan” iflasa uğrayıb və ölkənin maraqları əvvəldən sona kimi qorunacaq”, - Kobaxidze bildirib.

Hakimiyyət dəfələrlə bildirib ki, “radikal müxalifət” xaricdəki ağalarının göstərişi ilə və xarici pullarla Gürcüstanın milli maraqlarına qarşı mübarizə aparır.

Gürcüstanın müxtəlif şəhərlərində davamlı olaraq etirazlar keçirilir, lakin Tbilisidə onlar sistematik və genişmiqyaslı xarakter alıb.

Noyabrın 29-dan dekabrın 4-dək aksiya iştirakçıları, jurnalistlər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 162 nəfər tibb müəssisələrinə aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 143 polis əməkdaşı ağır xəsarət alıb.

Bu vaxta qədər 300-ə yaxın şəxs saxlanılıb, onlardan yalnız 6 nəfəri cinayət törətdiklərinə görə saxlanılıb, qalanları isə polisə tabe olmadıqlarına və xırda xuliqanlığa görə inzibati qaydada həbs ediliblər.

Ölkənin ali rəhbərliyinin Avropaya inteqrasiyanın prioritet olması ilə bağlı çoxsaylı izahatlarına baxmayaraq etirazlar dayanmayıb.

Baş nazir bildirib ki, Avropa İttifaqı danışıqlara başlamaq qərarına gələrsə, o, istənilən vaxt müvafiq sənədi imzalamağa hazırdır.

Nə aparıcı müxalifət qüvvələrinin liderləri, nə prezident Salome Zurabişvili və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, nə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski, nə də ABŞ səfirliyi ölkə rəhbərliyinin arqumentlərini qəbul edir. Onların sözlərinə görə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiyadan imtina edib.

Prezident və müxalifət hakim “Gürcü arzusu”nun qərarını ölkənin xarici siyasət vektorunu Qərbdən Rusiyaya çevirdiklərinin son sübutu adlandırırlar. Eyni zamanda, onlar iddia edirlər ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri saxtalaşdırıldığı üçün Gürcüstana hazırda “qeyri-legitim hakimiyyət” rəhbərlik edir.

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

28-11-2024, 14:43

Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-05-2024, 13:46

Gürcüstanda müxalifət lideri döyülüb - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya / Video

11-03-2024, 10:14

Gürcüstanda müsəlmanlara qarşı zorakılıq rəsmiləri hərəkətə keçirib - Video [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-02-2024, 09:25

Rus ekspertdən xəbərdarlıq: Gürcüstanda inqilab başlaya bilər! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-10-2023, 13:16

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüşüblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə