• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Respublika Xəstəxanasından rüşvət görüntüləri – XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”... /VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

5-12-2024, 18:53

Respublika Xəstəxanasından rüşvət görüntüləri – XƏSTƏLƏR VƏ XƏSTƏ YAXINLARI NECƏ “SOYULUR”... /VİDEO

Bu günlərdə M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının, təmirə dayandığı üçün, müvəqqəti olaraq Bilgəhə köçürüldüyü haqda məlumat verildi. Əlbəttə, vətəndaşların daha çox müraciət etdiyi dövlət xəstəxanalarının yüksək səviyyədə təmir olunması arzuolunan haldır. Lakin təəssüflə qeyd etməliyik ki, dövlət büdcəsindən bu məqsədlə ayrılan təmir xərcləri bəzi hallarda vətəndaşların cibindən çıxarılır. Söhbət ondan gedir ki, bu kimi xəstəxanalar təmir olunduqdan sonra “daha yüksək” xidmət adı altında “xidmət haqqı” və rüşvətin qiyməti dəfələrlə artırılır.

Çox güman ki, haqqında bəhs etdiyimiz Respublika Kliniki Xəstəxanasında da təmirdən sonra analoji vəziyyətlə qarşılaşacağıq. Çünki bu xəstəxanada pasiyentlərin “soyulması” halları yeni deyil.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, bugünlərdə yaxın qohumumun xəstəliyi ilə əlaqədar tez-tez Respublika Kliniki Xəstəxanasına getməli, demək olar ki, hər gün ona baş çəkməli oldum. Çox təəssüflə qeyd edirəm ki, bu xəstəxanaya getdiyim təxminən bir həftə ərzində demək olar, hər gün insanlara açıq-aşkar zülm edildiyinin canlı şahidiyəm. Belə ki, dövlət büdcəsindən maliyyələşən bu xəstəxanada istər müalicə, istər də əməliyyat olunan insanlar, eləcə də onların yaxınları açıq-aşkar “soyulur”, hər addımbaşı külli miqdarda rüşvət verməyə məcbur edilirlər.

Ən maraqlısı isə odur ki, bu xəstəxanada rüşvət vermədən nəinki xəstələrlə görüşmək mümkündür, hətta onlara ərzaq, geyim əşyaları belə, göndərmək pulludur. Xüsusilə də hansısa səbəbdən qeyri-görüş saatlarında xəstə yaxınına baş çəkməli olsan, səni onunla görüşdürmək bir yana, hətta ona gətirdiyin əşyaları, yeməyi belə, ünvanına çatdırmağa imkan vermirlər. Yaxud da həmin əşyalar vaxtında deyil, saatlar sonra xəstəyə çatdırılır. Yox, özün şəxsən aparıb vermək istəyirsənsə, mütləq ya mühafizəçiyə, ya da tibb bacısına 10 manat ödəniş etməlisən. Əgər vətəndaş öz xəstə yaxını ilə “növbədənkənar” görüşmək istəsə, bunun üçün mütləq əlavə 10 manat da ödəməlidir. Bu halda, ərzaq və digər əşyaların xəstəyə çatdırılması üçün də əlavə 5 manat tələb olunur.

Çox təəssüflə qeyd edirik ki, Respublika Kliniki Xəstəxanasında bu cür “rüşvəttoplama əməliyyatı” kimsədən çəkinmədən, hər kəsin gözü önündə, üstəlik də nəzarət kamerasının düz qarşısında aparılır. Hətta nağd pulu olmayan vətəndaşlar mühafizəçinin, yaxud tibb bacısının bank kartına köçürmə edə də bilirlər.

Əlbəttə, bu xərclər yalnız gün ərzində 1 dəfə daxil olmaq üçündür. Yəni gün ərzində ikinci dəfə içəri keçmək istəyərkən, daha 10 manat vermək məcburiyyətindəsən. Maddi imkanı, yaxud içəridə tanışı olmayanlar, heç bir halda öz yaxınları ilə görüşə bilməzlər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, günün müəyyən vaxtlarında xəstələrlə görüş saatı müəyyən olunsa da, bu, formal xarakter daşıyır. Çünki, fakiktiki olaraq 10 manat ödəniş etmədən içəri keçmək heç bir halda mümkün olmur.

Təbii ki, daha böyük biabırçılıq içəridə baş verir. Burada hətta sığorta ilə əməliyyat olunan vətəndaşlar belə, həkimə, tibb bacılarına, sanitar xidmətin əməkdaşına gündəlik pul ödəmək məcburiyyətindədir. Əks halda nə həkim, nə də tibb bacısı vaxtı- vaxtında xidmət göstərmir, iynə-dərmanlar belə vaxtında verilmir.

Dediklərimizin sübutu üçün burada baş verən bir faktı da dəyərli oxucuların diqqətinə çatdıraq. Xəstə yaxınımıza baş çəkən zaman onunla qonşu palatada müalicə alan bir şəxsin gecələr qışqırdığı haqqında məlumat əldə etdim. Aydın oldu ki, biçaqlandığı üçün xəstəxanaya müraciət bu şəxs ağır psixoloji sarsıntı keçirdiyindən, orada hər gün səs-küy salırmış. Halbuki, bu kimi xəstələrə vaxtı-vaxtında ağrıkəsici vurulmalıdır. Lakin onunla birgə olan anasının həkimlərə, tibb bacılarına pul vermək imkanı olmadığından, övladına ağrıkəsici vurulmurmuş. Anası həkimdən oğluna ağrıkəsici vurulmasını xahiş etdikdə, “bizdə iynələr sayla verilir, başqasının iynəsini sənin oğluna vura bilmərəm”, - deyə imtina edilib. Sonradan qadın pul verdiyi üçün xəstəyə yardım olunub və iynə ilə sakitləşdirilib.

Onu da qeyd edək ki, baş həkim zaman-zaman xəstələrə gəlib baş çəkdiyi zaman onlara həkim və tibb bacılarına rüşvət verdikləri haqqında heç yerdə heç nə deməmələri ilə bağlı xahiş edirmiş. Bütün bunlar isə onu deməyə əsas verir ki, Respublika Kliniki Xəstəxanasında aşağıdan yuxarıya hər kəs burada mövcud olan “rüşvət pramidası”nın içərisindədir. Bu sxem elə qurulub ki, hətta icbari sığorta ilə xəstəxanaya müraciət edən pasiyentlər belə, gündəlik verəcəyi rüşvəti öncədən ayırıb kənara qoymalıdırlar. Əks halda heç bir tibbi xidmətdən söhbət gedə bilməz.

Göründüyü kimi, Respublika Kliniki Xəstəxanasının təmirə dayanması bir tərəfdən yaxşı hal olsa da, digər tərəfdən burada rüşvətin “taskı”sının qalxmayacağına kimsə zəmanət verə bilməz. Odur ki, vətəndaşlara layiqli tibbi xidmət göstərmək üçün bərbəzəkli xəstəxanalar tikmək əvəzinə, mövcüd olan potensialdan daha səmərəli faydalanmaq, ən əsası isə pasiyentlərə insan kimi yanaşmaq lazımdır. Bu olmayacağı təqdirdə, xəstəxanaların təmirinə, yenilərinin tikintisinə milyonlarla manat ayırmaq mənasızdır.

Jalə FAMİLQIZI, (Hurriyyet)
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 97
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

20-11-2024, 16:36

“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

10-01-2024, 09:42

"Semaşko"dakı gərginliklə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

19-07-2023, 13:27

"Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-07-2023, 13:50

Orxan Cəfərov: Möhkəm və sağlam siyasi sabitlik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət / Araşdırma / Video

22-06-2023, 10:01

Respublika Neyrocərrahiyyə Xəstəxanasında Biabırçılıq - Səhiyyə naziri və Təbib rəsmiləri hara baxır? Cənab Prezidentimizin nəzərinə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Bugün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Bugün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Bugün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Dün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Bugün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Bugün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Bugün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Bugün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Bugün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Bugün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Bugün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • Dün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Dün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Dün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Dün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Dün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Dün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Dün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Dün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Dün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Dün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Dün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Dün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Dün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Dün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə