• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

16-01-2025, 18:12

Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..


“Rabitəbank” Acıq Səhmdar Cəmiyyətinin (ASC) müştərilərindən biri iddia edir ki, onun hesabındakı vəsaitlər silinərək, Türkiyədə obyektin hesabına köçürülüb. Müştəri baş verənlərə görə bankı günahlandırır. İddia edir ki, onun hesab kartının nömrəsini özündən və bankdan başqa kimsə bilməyib. Əgər özü Türkiyədə oteldə olmayıb və ödəniş etməyibsə, hesab edir ki, baş verənlər bankın günahı üzündən yaşanıb.
Bizimyol.info xəbər verir ki, “Rabitəbank”ın müştərisi Maksim Sandurskiy başına gələnlərə görə bankı məhkəməyə verib. İddia ərizəsində ona dəymiş həm maddi, həm də mənəvi ziyanın ödənilməsini tələb edib.

Şikayətçi bildirib ki, bir neçə ildir bu bankın müştərisidir. Günlərin birində kartına dörd dəfə müdaxil edilib və hissə-hissə olmaqla, 240 manat pul çıxılıb. Araşdıranda görüb ki, çıxılan pul Türkiyənin Çorum şəhərindəki bir otelin hesabına köçürülüb: “Halbuki, nə mən orada olmuşam, nə də mənim kart hesabımı bankdan başqası bilir. Bank haqqnda qaydalara görə, mənim kartıma müdaxilənin qarşısı alınmalı idi. Amma bunu etməyiblər”.

Şikayətçini narazı salan həm də bu olub ki, baş verənlərdən sonra o, banka zəng edib, məsələnin araşdırılmasını, günahkarların cəzalandırılmasını, kartından çıxan vəsaitin geri qaytarılmasını, bu işləri görən şəxslər haqqında hüquq-mühafizə orqanlarına məlumat çatdırılmasını istəyib: “Lakin bank əməkdaşları cinayət yolu ilə mənim bank kartımdan çıxarılmış pulun kim tərəfindən çıxarılması barədə araşdırma aparılmasını xahiş edəndə məndən xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb elədilər”. Onun sözlərinə görə, bankın səhlənkarlığı nəticəsində ziyan çəkməsinə, dəfələrlə müxtəlif instansiyalara, o cümlədən polis idarəsinə və banka gedib pulunun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, “Rabitəbank” dəymiş ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib:

“Sonradan dedilər ki, iş üzrə araşdırma aparılması üçün əlavə vəsait ödəməliyəm. Əks halda, mənə vurulmuş zərəri qaytarmayacaqlar. Mən də etiraz elədim. “Rabitəbank” rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı nəticəsində sarsıntı keçirmişəm”. O, məhkəmədə bankdan maddi ziyana görə 240 manat, mənəvi ziyan üçün 1000 manat təzminat istəyib.

“Rabitəbank” ASC müştərinin iddiası ilə razılaşmır. Bankın nümayəndəsi ehtimal edir ki, müştəri əvvəllər hansısa ödəniş əməliyyatları zamanı kart nömrəsini xarici saytda yazıb və beləliklə, üçüncü şəxs tərəfindən ələ keçirilib. Kartın nömrəsi əl ilə POS terminalda yazılıb və vəsait silinib:

“Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar edəndə dərhal tədbir görməliydi. Ən azı, Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (etiraz) sorğusu ilə banka müraciət etməli idi. Heç birini eləməyib. Müştəriyə 30 manat komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün banka hansı şəkildə müraciət edilməli olduğu bildirilsə də, kartını blok etməyib, etiraz sorğusu ilə banka müraciət etməyib”.

Nümayəndə əlavə edib ki, artıq uzun müddət keçdiyinə görə vəsaitin geri qaytarılması ilə bağlı bank heç bir tədbir görə bilməz.

“Rabitəbank”ın nümayəndəsi müştərinin nə maddi, nə də mənəvi ziyanla bağlı hissədə iddiasının təmin olunmamasını xahiş edib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, Maksim Sandurskiy ondan xəbərsiz kartından çıxılan pulu tələb etməkdə haqlıdır. Ona görə də maddi ziyanla bağlı hissədə iddianın təmin edilməsi və 240 manatın karta geri qaytarılması barədə qərar çıxarılıb. Lakin 1000 manatlıq mənəvi ziyan tələbi təmin olunmayıb. Buna baxmayaraq, hakim müştərinin məhkəməyə müraciətə görə ödədiyi 30 manat rüsumu da bankın üzərinə qoyub.(Bizimyol.info)

Oxunub: 85
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

3-12-2024, 15:31

“Rabitəbank” müştərisinin başına bu oyunu açdı - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-10-2024, 18:45

“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-10-2024, 18:45

“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

1-08-2024, 16:15

ABB müştərisi bankdan marazıdır – Şikayət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

12-07-2024, 14:33

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə