• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

31-01-2025, 16:37

Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb.

Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.

TTYX bu məbləğə aşağıdakı malları almağı planlaşdırır:
Xəstəbaşı monitor – 64 ədəd
Şırınqa pompası – 64 ədəd
İnfuziya pompası – 64 ədəd
Venadaxili infuziyalar üçün ştativ – 64 ədəd
4 motorlu çarpayı – 32 ədəd
3 motorlu çarpayı – 32 ədəd
Larinqoskop seti – 32 ədəd
Defibrilyator / monitor – 32 ədəd
Xəstəbaşı panel – 64 ədəd
Təcili yardım arabası (Crash cart) – 32 ədəd
Xəstədaşıma xərəyi – 32 ədəd
Xəstədaşıma kreslosu – 32 ədəd
Oksigen terapiya dəsti – 32 ədəd
Oksigen konsentratoru 10L – 32 ədəd
Portativ aspirator (sorucu) – 32 ədəd
Divarüstü diaqnostik dəst oftalmoskop – otoskop – tonometr – 32 dəst.

“Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir. Bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.

Şirkətin deputat Kamaləddin Qafarova məxsus olması barədə iddialar var. Şirkətlə bağlı məlumatları təhlil etdikdə bu iddiaların əsassız olmadığı qənaəti yaranır.

“Azəri Med” QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Şəmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.
Bundan başqa, reyster məlumatlarında şirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhəllə 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir.

Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. “Azəri Med” QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bununla əlaqələndirilir.

Azərbaycan qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Qaynarinfo

Oxunub: 67
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-11-2024, 15:21

İcra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

29-11-2024, 11:20

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

2-11-2024, 11:00

8 müqavilə, 24,5 milyon manat - Tender kralı "ZN Trade" MMC kimindir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

19-09-2024, 13:38

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

22-08-2024, 15:21

Naxçıvan Səhiyyə Nazirliyindən Qafarova böyük jest - 4.7 milyonluq anlaşma [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Bugün, 12:00
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
Bugün, 10:30
Sumqayıtda piyadanı maşın vurub öldürdü
Bugün, 09:00
Nemət Pənahov vəfat etdi
Bugün, 08:31
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
3-10-2026, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Son xəbərlər
  • Bugün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Bugün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Bugün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Bugün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Bugün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Bugün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Bugün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Bugün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Bugün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Bugün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Bugün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Bugün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Bugün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Bugün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Dün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • 3-10-2026, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • 3-10-2026, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • 3-10-2026, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • 3-10-2026, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • 3-10-2026, 19:15
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • 3-10-2026, 14:06
    Kaşpirovski vəfat etdi
  • 3-10-2026, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • 3-10-2026, 14:04
    Sabah da yağış yağacaq
  • 3-10-2026, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • 3-10-2026, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə