• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan və Ermənistan bir-birinə kompromisə gedəcək? - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

3-08-2023, 15:30

Azərbaycan və Ermənistan bir-birinə kompromisə gedəcək? - HƏQİQƏTƏN DƏ...


Vaşinqton Ermənistan və Azərbaycanı tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan kompromislərə getməyə çağırır.

Qeyd edək ki, bu sözləri ABŞ dövlət katibinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.

“Ermənistan və Azərbaycan liderləri ilə həm həmin departamentin ən yüksək, həm də alt kabinet səviyyəsində əməkdaşlığı davam etdiririk, onları tam sülh sazişinin əldə edilməsi üçün zəruri olan çətin kompromislərə getməyə çağırırıq”, – deyə Miller vurğulayıb.

Maraqlıdır, Vaşinqton Ermənistan və Azərbaycandan hansı məsələlər üzrə kompromisə getməsini istəyir?

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya şərhində ABŞ-ın dövlət rəsmisi Metyu Millerin bu bəyanatının arxasında duran əsas mahiyyətlə bağlı fikrini açıqlayıb:

“ABŞ deyəndə ki, Ermənistan kompromisə getməlidir, Ermənistanın dövlət kimi öz hüquqlarından imtinasını nəzərdə tutmur. Amma Vaşinqton erməni ictimaiyyətinin qonşularına qarşı yanlış düşüncələr və təsəvvürlərdən xilas olmasını istəyir. ABŞ-ın dövlət rəsmisi Ermənistanla bağlı ifadəsində məhz bunu nəzərdə tutub. Vaşinqton Ermənistan hakimiyyəti vasitəsilə erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq hüquqa və Ermənistanın daxili hüquqlarına zidd deyil.

Yəni beynəlxalq hüququn normalarına görə, hər hansı bir dövlət digər dövlətə öz ərazisindən yol verməyə məcburdur. Erməni ictimaiyyətində belə yanlış təsəvvür dolaşır ki, əgər onlar öz ərazilərindən Azərbaycana Naxçıvana çıxış əldə etmək üçün yol versələr, bu, Ermənistan dövlətini və xalqını fəlakətə aparacaq. Ermənistan hakimiyyətinin erməni ictimaiyyətinə bu kimi fikirlərin və təsəvvürlərin yanlış olduğunu başa salması kompromisdir.

O ki qaldı Azərbaycanın hər hansı məsələ üzrə kompromisə getməsinə, ölkəmizdə bir çoxları hesab edir ki, əgər Ermənistandan azərbaycanlılar məcburi şəkildə deportasiya olunublarsa və onlar öz torpaqlarına qayıda bilmirlərsə, onda ermənilər də Azərbaycanda yaşamamalıdır və ölkəni tərk etməlidir. Bu, çox yanlış düşüncədir”.

Z.Əlizadə hesab edir ki, ictimaiyyətimiz belə bir düşüncədən əl çəkməlidir:

“Belə bir düşüncə, belə bir təsəvvür Azərbaycan konstitusiyası və qanunları ilə ziddiyyət təşkil edir. İnsanları milliyyətinə, irqinə və dini mənsubiyyətinə görə qiymətləndirmək olmaz. Ona görə də Qarabağda məskunlaşan erməni əhalisinin hüquqları Azərbaycan konstitusiyasına və qanunlarına uyğun təmin edilməlidir.

Necə ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan digər etnik millətlər bu hüquqlardan azad və sərbəst istifadə edirlər. Azərbaycan ictimaiyyətində bu mövqeyin qarşısının alınması özü bir kompromis olacaq. Vaşinqton kompromis məsələsində Ermənistan və Azərbaycanı öz daxili suveren hüquqlarından imtina etməyə yox, hər iki ölkənin ictimaiyyətinin yanlış təsəvvürlərdən xilas olmağa çağırır”.

Oxunub: 133
Paylaş:
Digər xəbərlər

Dünya

1-08-2023, 10:21

İrəvan və Bakı sülh üçün ən çətin kompromislərə getməlidirlər - Miller [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-06-2023, 09:48

Blinken: Azərbaycan və Ermənistan danışıqlarında çətin məsələlər qalır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-06-2023, 09:19

ABŞ: Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları plan üzrə davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-06-2023, 09:50

Dövlət Departamentindən Azərbaycan - Ermənistan danışıqlarına dair AÇIQLAMA - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-05-2023, 13:49

Ağ Ev Əliyev-Putin-Paşinyan görüşünü şərh edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Dün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Dün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
5-10-2026, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Dün, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • Dün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Dün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Dün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Dün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Dün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Dün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Dün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Dün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • 5-10-2026, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • 5-10-2026, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • 5-10-2026, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • 5-10-2026, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • 5-10-2026, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • 5-10-2026, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • 5-10-2026, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 5-10-2026, 09:00
    Nemət Pənahov vəfat etdi
  • 5-10-2026, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • 5-10-2026, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • 5-10-2026, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə