• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyanın qorxduğu savaş ssenarisi: Qarabağda başlasa, Ermənistanda bitəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

21-08-2023, 10:00

Paşinyanın qorxduğu savaş ssenarisi: Qarabağda başlasa, Ermənistanda bitəcək


Paşinyan hakimiyyəti artıq anlayır ki, əgər, rəsmi Bakı hətta Qarabağda antiterror əməliyyatlarına başlayarsa, bu, genişmiqyaslı savaşa çevrilərək, Ermənistan ərazisinə də sıçraya bilər... Belə olacağı təqdirdə isə erməni separatçı-terrorçularla yanaşı, yeni savaş üçün yetərli hərbi və maliyyə-iqtisadi resursları olmayan Ermənistanın da sonunun gələcəyi şübhə doğurmur...
Cənubi Qafqazın gələcək taleyi həll edilir. Onilliklər boyu bu regionda mövcud olmuş erməni terrorizmi üçün sonun başlanğıcı qaçılmaz görünür. Elə erməni separatçı-terrorçular da bu reallığı görürlər və anlayırlar. Vərdiş etdikləri cinayətə indeksləşmiş həyat tərzinin bundan sonra davam etməsinin mümkün olmadığını baş düşürlər. Və bütün bunlar erməni toplumunda isterik durum yaradır.

Məsələ ondadır ki, erməni toplumu fərqli həyat tərzinə keçid mərhələsinə hələlik hazır deyil. Ona görə də, müqavimət göstərməyə çalışır, cinayətə indeksli mövcudluq sisteminin ömrünü uzada biləcəyinə ümid bəsləyir. Halbuki, zaman faktoru erməni terrorizmi üçün təhlükəli mərhələnin başlanğıcına hökm verib.

BMT-nin Təhlükəsizlik Şurasında erməni siyasi düşüncə sisteminin aldığı sarsıdıcı zərbə hər şeyin bitdiyini göstərir. Daha erməni separatçı-terrorçular vərdiş etdikləri beynəlxalq himayəyə güvənə bilməyəcəklər. Beynəlxalq ermənipərəstlər daha əvvəlki kimi, effektiv manevrlər etmək üçün geniş məkana sahib deyillər. Və böyük sürətlə aid olduqları siyasi cinayət sisteminin demontaj prosesinə yaxınlaşırlar.

Maraqlıdır ki, erməni separatizminin və terrorizminin əsas bazası hesab olunan Qarabağ bölgəsində baş verən hadisələr də yeni mərhələnin başlandığını sezdirir. Rəsmi Bakı erməni terror bataqlığını tamamilə və həmişəlik qurutmaq qərarını artıq verib. Yəni, bu prosesin geriyə dönüş ehtimalı yoxdur. Və Azərbaycanın milli təhlükəsizlik maraqları bunu tələb edir.

Paşinyanın qorxduğu savaş ssenarisi: Qarabağda başlasa, Ermənistanda bitəcək


Rəsmi Bakı Azərbaycan ərazisində erməni separatçı-terrorçuların qapalı cinayət zonasına malik olmasına heç bir halda, imkan verə bilməz. Birincisi, Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. İkincisi, rəsmi Bakı işğaldan azad edilmiş Qarabağın yaşayış məntəqələrinə böyük qayıdış layihəsinin icrasına başlayıb. Üçüncüsü, Azərbaycanın suveren hüquqlarının ölkənin digər regionlarında olduğu kimi, Qarabağda da bərqərar olması qaçılmaz prosesdir.

Azərbaycan ərazisində mərkəzi hakimiyyətə qarşı silahlı qiyam qaldırmış erməni terrorçuların ayrıca sığınacaq zonası ola bilməz. Qarabağa yeni köçürülən minlərlə Azərbaycan vətəndaşına silahlı təhlükə mənbəyinə tolerantlıq yanaşılma ehtimalı yoxdur. Və bütün Azərbaycan ərazisində ölkə Konstitusiyasının hökmünün təmin edilməsi dövlətin təməl mövcudluq prinsipidir.

BMT-nin Təhlükəsizlik Şurasının son toplantısının nəticələri Azərbaycana ən radikal addımlar atmaq məkanı açır. Həmin toplantıda rəsmi Bakının beynəlxalq hüquqla legitim olan hədəfləri sıradan çıxartmaq haqqı birmənalı şəkildə etiraf edilib. Və bundan sonra erməni separatçı-terrorçuların gələcək taleyinin həll edilməsi üçün prinsipial qərarların özünü çox gözlətməyəcəyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, erməni separatçı-terrorçular da artıq Azərbaycanın həlledici zərbəsinin hədəfinə çevrilmək üzrə olduqlarını anlayırlar. Bu baxımdan, hazırda Xankəndi və ətraf bölgədə olan separatçılar arasında panik durumun dərinləşməsi, kəskin ziddiyyətlərin böhranlı həddə çatması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, erməni separatçı-terrorçular arasında ciddi parçalanma meyillərinin olduğu müşahidə edilir. Bəzi separatçılar beynəlxalq dairələrin "artsaxı" Azərbaycanın önünə atdığını düşünürlər. Onların fikrincə, belə vəziyyətdə etibarlı təhlükəsizlik sisteminə ümid bəsləmək tamamilə mənasızdır. Və bu situasiyadan hər hansı çıxış yolu demək olar ki, yoxdur.

Paşinyanın qorxduğu savaş ssenarisi: Qarabağda başlasa, Ermənistanda bitəcək


Erməni separatçı-terrorçuların təmsilçisi Davud Babayan hesab edir ki, indi seçim variantları o qədər də çox deyil. Onun fikrincə, erməni separatçılar ən qısa zamanda qərar vermək məcburiyyətindədirlər. Yəni, ya rəsmi Bakının bütün şərtləri və tələblərini qəbul edərək, təslim olmalıdırlar. Ya da hər şeyi buraxıb, Qarabağı tərk etməlidirlər. Üçüncü variant isə sona qədər müqavimət göstərmək və hətta silahlanaraq, savaşmaqdır.

Onu da qeyd etmək lazımdır ki, Davud Babayan üçüncü variantın tərəfdarıdır. Çünki o, Xankəndi və ətraf bölgədə yaşayan bütün erməniləri silahlanmağa və savaşmağa çağırıb. Əks halda, ermənilərin öz "ideyalar"ına xəyanət etmiş olacağını bildirib. Yəni, bu erməni terrorçu dinc dialoqa qarşı çıxır, yeni silahlı toqquşmaların baş verməsini istəyir.

Halbuki, mövcud situasiyanı daha realist dəyərləndirən erməni separatçılar da var. Onlar Azərbaycan ordusu ilə silahlı toqquşmalara səbəb verə biləcək addımların atılmasının böyük fəlakətlərə yol aça biləcəyini vurğulayırlar. Xüsusilə də, hərbi cinayətkar Samvel Babayan rəsmi Bakı ilə siyasi dialoqa çağırır. Onun fikrincə, Azərbaycanın öz hərbi-siyasi hədəflərinə çatmasının qarşısında artıq elə bir ciddi əngəl yoxdur. Bu səbəbdən də, rəsmi Bakının şərt-tələblərini qəbul etməkdən başqa çıxış yolu qalmayıb. Silahlı toqquşmalara səbəb olacaq addımların atılması isə yolverilməzdir.

Bəzi məlumatlara görə, Samvel Babayan bu fikirlərinə görə Xankəndi və ətraf bölgədə xain hesab edilsə də, onun mövqeyini bölüşənlərin sayı da kifayət qədərdir. Erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan tərəfindən "siyasi qüvvələr" arasında aparılan müzakirələrin nəticələri barədə məlumatlar da bunu təsdiqləyir. Çünki həmin müzakirələrdə Araik Arutyunyan ümumi mövqeyi silahlı müqavimət variantı üzərində toplamağa nail olmayıb. Və məhz bu səbəbdən "istefa" verəcəyini bildirib.

Ancaq Araik Arutyunyanın "istefa" mesajı da birmənalı qarşılanmayıb. Bəzi erməni separatçılar hesab edirlər ki, Araik Arutyunyan hər şeyi buraxıb, Qarabağı tərk etmək üçün bəhanə qazanmağa çalışır. Çünki o, öz gələcək taleyindən ciddi şəkildə narahatdır. Və ona görə də, nə qədər gec deyil, qaçmağa çalışır.

Paşinyanın qorxduğu savaş ssenarisi: Qarabağda başlasa, Ermənistanda bitəcək


Buna baxmayaraq, Araik Arutyunyanın "istefa" mesajı hələ də reallığa çevrilməyib. Ermənistan mətbuatının məlumatına görə, Paşinyan hakimiyyəti ona "istefa" verməyi qadağan edib. Əsas səbəb kimi isə Kremlin "təxribat emissarı" Ruben Vardanyanın Xankəndidə önə çıxa biləcəyi göstərilir. Və bu, Paşinyan hakimiyyətinə kifayət qədər ciddi problemlər törədə bilər.

Ona görə də, erməni mətbuatı iddia edir ki, Araik Arutyunyan Paşinyan hakimiyyətinin təlimatları ilə hərəkət edir. Hər iki tərəfin əsas məqsədi Azərbaycanla siyasi dialoq və reinteqrasiya prosesinin reallaşdırılmasıdır. Əgər, bu hədəflər reallaşsa, Paşinyan hakimiyyəti rəsmi Bakı ilə yekun sülh sazişinin imzalanmasına nail olacaq. Bu halda, problem siyasi müstəvidə həll edilmiş olacağından Ermənistan hakimiyyəti öz ömrünü uzatmaq şansı qazanacaq. Və həm Rusiya faktorunun, həm də "beşinci kalon"un təsiri zəifləmiş olacaq.

Araik Arutyunyan isə Ermənistanda Paşinyan hakimiyyətinin himayəsinə sığınacaq. Bir müddət Ermənistanda yerləşdikdən sonra xarici ölkələrdən birinə getmək imkanı qazanacaq. Yəni, erməni mətbuatı Paşinyan hakimiyyətinin Araik Arutyunyanı təhlükəsizlik təminatı ilə öz nəzarətində saxladığını iddia edir. Araik Arutyunyanın ailəsinin Qarabağdan artıq çıxarılması barədə məlumatlar isə verilmiş vədlərə hələlik riayət olunduğunu göstərir.

Göründüyü kimi, erməni siyasi sistemində kifayət qədər ciddi oyunlara start verilib. Böyük ehtimalla bu oyunlar yaxın bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Paşinyan hakimiyyətinin indi əsas hədəfi Azərbaycan ilə genişmiqyaslı savaş təhlükəsindən yayınmaqdan ibarətdir.

Çünki baş nazir Nikol Paşinyan anlayır ki, əgər, rəsmi Bakı hətta Qarabağda antiterror əməliyyatlarına başlayarsa, bunun qısa müddətdə genişmiqyaslı savaşa çevrilərək, Ermənistan ərazisinə də sıçrama ehtimalı var. Və bu variant erməni separatçı-terrorçularla yanaşı, Ermənistanın da sonunu gətirə bilər.

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

Siyasət

10-08-2023, 09:00

Erməni terrorçular Laçın postuna “səlib yürüşü” planlaşdırır: İrəvanın təxribatı hərbi toqquşmalara səbəb olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-07-2023, 09:30

Araik “vur” deyir: Bakı eşitdi, “yat” komandası ilə reaksiya veriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-07-2023, 09:00

ABŞ səfiri İrəvanda Ermənistanı “vurdu”: Bakının şərtləri icra edilməsə, dialoq olmayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 09:30

Xankəndi əməliyyatının detalları açıqlandı: İrəvan erməni terrorçuların tərksilah olunması ilə barışıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 10:00

İrəvan Bakının sülh şərtlərini qəbul edib: Paşinyan əsas sirləri açdı, erməni toplumunda şok effekti yaratdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti müqavilə bağlaya bilər - 630 min manatlıq
Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
Sərxoş halda 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu - TƏFƏRRÜAT
Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
“Rahat” marketin bu filialı alıcıları aldadır
Hadisə
Dün, 16:14
Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
Son xəbərlər
  • Dün, 16:14
    Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb
  • Dün, 15:47
    ABŞ kəşfiyyatı: Çin yeni nəsil nüvə silahını sınaqdan keçirir
  • Dün, 15:18
    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti müqavilə bağlaya bilər - 630 min manatlıq
  • Dün, 14:58
    Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
  • Dün, 14:31
    Sərxoş halda 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu - TƏFƏRRÜAT
  • Dün, 13:04
    Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
  • Dün, 12:27
    Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
  • Dün, 11:57
    “Rahat” marketin bu filialı alıcıları aldadır
  • Dün, 11:25
    FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
  • Dün, 10:41
    Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
  • Dün, 10:14
    Bu gün Beynəlxalq Ana Dili Günüdür
  • Dün, 09:59
    “CS Construction” şirkətindən şikayət-Video
  • Dün, 09:29
    “Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?-Video
  • 20-02-2026, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • 20-02-2026, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • 20-02-2026, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • 20-02-2026, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • 20-02-2026, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • 20-02-2026, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • 20-02-2026, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • 20-02-2026, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • 20-02-2026, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • 20-02-2026, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • 20-02-2026, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • 20-02-2026, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • 20-02-2026, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • 20-02-2026, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • 20-02-2026, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • 20-02-2026, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • 20-02-2026, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • 20-02-2026, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • 20-02-2026, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • 20-02-2026, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə