• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lentsovun “sürgün” edildiyi deyilir - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-08-2023, 15:30

Lentsovun “sürgün” edildiyi deyilir - AKTUAL


Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentinin komandanı, general-polkovnik Aleksandr Lentsovun geri çağırıldığı iddia edilir. Məlumatı erməni mənbələri yayıblar.

Məlumat hələlik nə rəsmi Kreml, nə də Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub. Amma maraqlıdır ki, bundan əvvəl də “sülhməramlıların” komandanı dəyişən zaman hər dəfə bu barədə ilk olaraq Ermənistan KİV-i xəbər yayıb, daha sonra bu xəbər təsdiqini tapıb. Və üç ilə yaxın müddətdə bir dəfə də olsun erməni mənbələrinin bu barədə məlumatı səhv çıxmayıb.

Qeyd edək ki, Lentsov Rusiya silahlı qüvvələrinin ən təcrübəli generallarından biridir, müxtəlif vaxtlarda Əfqanıstan, Çeçenistan, Gürcüstan və Suriyadakı qaynar nöqtələrdə xidmət edib. 2009-2013-cü illərdə Rusiya Hava-desant qoşunlarının komandan müavini, 2013-2020-ci illərdə Rusiya Quru qoşunları baş komandanının müavini postlarını tutub. 2020-ci ildə Rusiya prezidentinin sərəncamı ilə bu postundan azad edilərək, Rusiya Müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilib. Və bu günə qədər də Müdafiə nazirinin müşaviri postunu tutur.

Lentsov Rusiya “sülhməramlılarının” komandanı vəzifəsinə bu il aprelin 25-də, Azərbaycan Laçında keçid-buraxılış məntəqəsini qurduqdan cəmi iki gün sonra təyin edilib. O zaman Rusiya Müdafiə nazirinin müşaviri ranqlı, general-polkovnik rütbəli (Lentsovun növbəti rütbəsi ordu generalı olmalıdır), yuxarıda sadalanan hərbi təcrübəsi olan şəxsin Qarabağa göndərilməsi suallar yaratmışdı. Ermənilər bunu Rusiya hərbçilərinin Azərbaycana qarşı ən sərt addım atmağa hazırlaşmasının göstəricisi kimi qələmə verməyə cəhd edirdilər. Elə Azərbaycan tərəfində də Lentsovun təyinatından narahat olanlar vardı. Rusiya isə bölgədə çevik qərar qəbul edə biləcək generalının olmasının marağında idi.

Amma Lentsovun Qarabağda xidmət etdiyi müddət ərzində xüsusi heç bir hadisə baş vermədi. Azərbaycan tərəfi (o cümlədən hərbçilərimiz) mövqelərini gücləndirməkdə davam etdi. Ermənilər isə hələ də Rusiyanın timsalında mifik “hərbi müttəfiq”ə ümid etməkdə davam edirlər.

Əgər məlumat doğrudursa və Lentsov həqiqətən də Qarabağdan geri çağırılırsa, ortaya “niyə” sualı çıxır. Öncə qeyd edək ki, Rusiya hərbi kontingentinin rəhbərliyinin (elə hərbçilərinin də) rotasiyası öncədən nəzərdə tutulub. Qaydaya görə, sülhməramlı qüvvələrin tərkibindəki hərbçilər və komandanlar altı aydan bir dəyişilməlidir. Bu səbəbdən də Lentsovun 2 ay sonra – oktyabrın sonlarında geri çağırılması heç bir sual doğurmazdı. Amma komandanlıq müddətinin başa çatmasına 2 ay qalmış dəyişməsi maraq doğurur.

General-polkovnikin geri çağırılması bir neçə səbəbdən ola bilər. Əvvəla, Lentsov Qarabağda xidmət etdiyi dövrdə xüsusi olaraq “parlamasa” da, həm azərbaycanlılar, həm də ermənilərlə münasibətlərini pozmağa müvəffəq olub. Onun Laçın yolunda keçid-buraxılış məntəqəsinin götürülməsi ilə bağlı Azərbaycana tələb irəli sürməsi, sərhəddəki bayraq olayı zamanı tutduğu mövqe Azərbaycan tərəfinin narazılığına səbəb olmuşdu. Öz növbəsində ermənilər rus generalı Azərbaycanın maraqlarını müdafiə etməkdə və Laçın keçid-buraxılış məntəqəsi ilə bağlı passivlikdə ittiham edirdilər. Buna görə də, ehtimal etmək olar ki, ortaq mövqe tapmağa çalışan Rusiya hərbi rəhbərliyi onu dəyişmək qərarına gəlib.

Digər tərəfdən, Rusiyanın Ukraynada apardığı müharibədə işləri o qədər də yaxşı getmir. Artıq bir neçə general hərbi əməliyyatlardan və komandanlıqdan uzaqlaşdırılıb. Onların arasında ordu generalı Sergey Surovikin və Rusiya “sülhməramlılarının” Qarabağdakı ilk komandanı general-polkovnik Rüstəm Muradov da var. Yəni, Rusiyaya Ukraynada müharibəni davam etdirmək üçün yeni və təcrübəli komandan lazımdır. İstisna deyil ki, Əfqanıstandan tutmuş Suriyaya kimi hərbi yol keçən Lentsov növbəti mərhələdə Ukraynaya göndəriləcək.

Lentsov başqa məqsəd üçün də hazırlana bilər. Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı döyüşlərin gedişatından və “Vaqner” hərbi qruplaşması ilə baş verən olaylardan sonra Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərliyindən narazıdır. Bəzi mənbələr Sergey Şoyqu və Valeri Gerasimovun, eləcə də bir çox yüksək rütbəli hərbçilərin istefaya göndərilməsinin vaxt məsələsi olduğunu iddia edirlər. Lentsov da boşalacaq yerlərdən birinə hazırlana bilər.

Press Klub

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Siyasət

28-08-2023, 12:19

Qarabağdakı rus sülhməramlılarının yeni komandiri - general-mayor Kulakov (DOSYE) [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-07-2023, 13:18

Vilayət Eyvazov Türkiyə Jandarm Baş Komandanının müavini ilə görüşüb - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

3-07-2023, 14:11

Müdafiə Nazirliyi məlumat yaydı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

8-06-2023, 10:08

Müdafiə Nazirliyi məlumat yayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

16-05-2023, 14:22

Lentsovun separatçıların `bayrağı` altında NƏ ÖLÜMÜ VAR? - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 10:08
55 minlik dələduzluq edən "vəkil" TUTULDU
Dün, 18:13
55 minlik dələduzluq edən "vəkil" TUTULDU
Dün, 18:12
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
Dün, 17:37
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
21-10-2026, 20:31
Tanınmış aktyor vəfat etdi
20-10-2026, 17:08
Çindən şok açıqlama: Kim Çen öldü
Son xəbərlər
  • Bugün, 15:01
    Noyabrın ilk gününə olan hava proqnozu
  • Bugün, 13:22
    Məryəm Üzərli Azərbaycana gələcək
  • Bugün, 12:20
    Azərbaycanlı alim vəfat etdi
  • Bugün, 12:20
    Azərbaycanlı alim vəfat etdi
  • Bugün, 12:15
    Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
  • Bugün, 12:10
    Mərhum musiqiçinin ailəsi üçün 10000 manat yardım toplanıldı, avtomobil hədiyyə edildi
  • Bugün, 12:10
    "Nursema"nın ayağı "Kızılcık şerbeti"nə düşmədi
  • Bugün, 10:09
    "Nursema"nın ayağı "Kızılcık şerbeti"nə düşmədi
  • Bugün, 10:08
    55 minlik dələduzluq edən "vəkil" TUTULDU
  • Dün, 18:13
    55 minlik dələduzluq edən "vəkil" TUTULDU
  • Dün, 18:12
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
  • Dün, 17:37
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    Qızından şübhələnən rusiyalı aparıcı onu polisə verdi
  • Dün, 17:26
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • Dün, 06:11
    İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəldi
  • 28-10-2026, 10:00
    Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
  • 24-10-2026, 15:03
    Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
  • 24-10-2026, 15:03
    Sürücülərə xəbərdarlıq!
  • 24-10-2026, 11:22
    Sürücülərə xəbərdarlıq!
  • 23-10-2026, 12:16
    Azərbaycanda vəzifəli şəxs həbs edildi
  • 22-10-2026, 09:48
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 22-10-2026, 09:48
    Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
  • 22-10-2026, 09:47
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 20:32
    Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili
  • 21-10-2026, 20:31
    Tanınmış aktyor vəfat etdi
  • 20-10-2026, 17:08
    Çindən şok açıqlama: Kim Çen öldü
  • 20-10-2026, 15:21
    Nəvai sərbəst buraxıldı
  • 20-10-2026, 15:20
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 20-10-2026, 13:15
    Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
  • 19-10-2026, 14:22
    Sabah yağış yağacaq
  • 19-10-2026, 14:18
    “Devin Media”ya cinayət işi açıldı
  • 19-10-2026, 14:18
    Nizami rayonunda iki gün su olmayacaq
  • 19-10-2026, 08:03
    Nizami rayonunda iki gün su olmayacaq
  • 15-10-2026, 10:51
    Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə