• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hikmət Hacıyev: Ermənistan və Azərbaycan dünyanı təəccübləndirməyi bacarıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-12-2023, 09:35

Hikmət Hacıyev: Ermənistan və Azərbaycan dünyanı təəccübləndirməyi bacarıb


"Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib.

"Hərbi qarşıdurma başa çatıb. Həqiqətən də Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi, həmçinin Azərbaycan öz ərazilərinin 30 ildir davam edən hərbi işğalına son qoydu. Azərbaycan hələ 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Buna görə də Azərbaycan sülh müqaviləsinin fundamental prinsiplərini və mətnini təklif edib. Hazırda tərəflər - Ermənistanla Azərbaycan arasında da diplomatik danışıqlar aparılır. Bunlar birbaşa danışıqlardır".

Prezidentin köməkçisi bildirib ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi, dünyanı heyrətləndirməyi bacarıb:

"Bu yaxınlarda, dekabrın 7-də, iki ölkə - Prezident Administrasiyası və Baş nazirin Aparatı vasitəsilə - sülh gündəmini irəli aparmaq niyyəti, həmçinin etimad quruculuğu tədbirləri haqqında birgə bəyanat verib. Bu arada, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər. Müharibə yoxdur, vəhşiliklər yoxdur, qarşıdurma yoxdur və əsgərlər kazarmalarına qayıdıblar. Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir".

H.Hacıyev xatırladıb ki, Ermənistan işğal illərində azərbaycanlılara qarşı bədnam etnik təmizləmə aparıb: "Humanitar məsələlərdə ayrı-seçkilik olmamalıdır. Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünü öz evlərinə qaytarmaq prosesindədir. Onlar 30 ildən artıqdır ki, bu hüquqdan məhrum ediliblər. Amma bu arada Qarabağda ermənilər yaşayırdı. Onlara qalmaq çağırışı etsək də, bəziləri Ermənistan Respublikasına getməyə qərar verdilər. Amma Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, həmçinin təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq müraciəti üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazasını müəyyən etməliyik. Burada əsas ilkin şərtlərdən biri Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycanın qanun və qaydalarına uyğun yaşamaqdır. Bu xüsusda, biz müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə hazırıq".

"Ermənistan özü azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, bu, real faktdır. Ermənistan 30 ildən artıq işğalçı ölkə olub. Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini dağıdıb. Bu, bir reallıqdır. Ermənistan Azərbaycanın suveren ərazilərində separatçı quruma dəstək verib. Azərbaycan separatçı qurumun mövcudluğuna və onun hərbi komponentinə son qoymağa məcbur idi. Amma indi buna son qoyulub. İndi regionun sülh haqqında haqqında düşünməsinin vaxtıdır. Azərbaycan birbaşa sülh danışıqlarının tərəfdarıdır. Bu arada biz digər vasitəçilik səylərindən və ya təklif edilən müsbət konsepsiyalardan qaçmırıq. Amma vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır. Sülh əldə edildikdən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər", - Prezidentin köməkçisi qeyd edib.

Oxunub: 151
Paylaş:
Digər xəbərlər

Siyasət

21-11-2023, 11:04

Hikmət Hacıyev: "Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-09-2023, 14:54

Hikmət Hacıyev: “Azərbaycanla İsrail arasında möhkəm dostluq əlaqələri var” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-09-2023, 09:04

Hikmət Hacıyev NATO-nun keçmiş baş katibinin İrəvandan pul almasını ifşa edib və BBC-ni sərt tənqid edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-08-2023, 13:35

Hikmət Hacıyev: Qarabağdakı qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-08-2023, 13:09

Hikmət Hacıyev: “Qarabağın erməni sakinlərinin hansısa təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 13:29
Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
6-10-2026, 18:04
Sumqayıtda güclü yanğın oldu
6-10-2026, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
6-10-2026, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
6-10-2026, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
5-10-2026, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Son xəbərlər
  • Bugün, 16:56
    "Uşağı danlayan kimi bütün nəsil müəllimin üstünə gedir"
  • Bugün, 13:30
    Prezident Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edib
  • Bugün, 13:29
    Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
  • Bugün, 13:28
    Bakıda 3 marşrutun hərəkət sxemi dəyişdirildi
  • Bugün, 13:28
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • Bugün, 11:43
    Bakıda bu küçə BAĞLANDI - Avtobuslar başqa yolla gedəcək
  • Dün, 17:11
    Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
  • Dün, 11:20
    Neftin qiyməti düşüb
  • Dün, 11:10
    Bu şəxslər dövlət hesabına pulsuz mənzil ala bilər - Siyahı
  • Dün, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • Dün, 10:40
    İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
  • Dün, 10:30
    Azərbaycan Kubokunun 2026/2027 mövsümünə iki oyunla start veriləcək
  • Dün, 10:10
    Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
  • Dün, 09:59
    Azərbaycanda yağıntılı hava müşahidə olunur
  • Dün, 09:58
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dün, 09:27
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 6-10-2026, 18:10
    Əli Əsədov Dima Əl Yəhya ilə görüşdü
  • 6-10-2026, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • 6-10-2026, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • 6-10-2026, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • 6-10-2026, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • 6-10-2026, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • 6-10-2026, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • 6-10-2026, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • 6-10-2026, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • 5-10-2026, 15:30
    Əhməd dünya çempionu oldu!
  • 5-10-2026, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • 5-10-2026, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • 5-10-2026, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • 5-10-2026, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • 5-10-2026, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • 5-10-2026, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • 5-10-2026, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə