• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml yenə “erməni faktoru”na yönəlib: Rusiya Azərbaycanın daxili işlərinə niyə qarışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-12-2023, 10:00

Kreml yenə “erməni faktoru”na yönəlib: Rusiya Azərbaycanın daxili işlərinə niyə qarışır


Kremlin Cənubi Qafqazla bağlı yeni məkrli planları mövcuddur, Rusiya öz geopolitik maraqlarını qorumaq üçün növbəti dəfə təxribatçı ssenariləri işə salmağa cəhd göstərir... Halbuki, bu, Azərbaycan-Rusiya münasibətlərinin pozitiv istiqamətdə inkişaf etdiyi bir dövrdə yolverilməzdir və iki ölkə arasındakı tərəfdaşlığa sarsıdıcı zərbə vura bilər...
Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil. Son vaxtlar isə Kreml bu mövqeyini daha qabarıq şəkildə nümayiş etdirmək cəhdləri ilə diqqəti çəkir. Halbuki, Ukrayna savaşında başı qarışıq olan Rusiya Cənubi Qafqaza münasibətdə daha təmkili davranırdı. Kreml daha çox ABŞ və Qərbin Rusiyaya qarşı regional planlarından şikayətlənməklə, kifayətlənirdi. Və bu, Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi kimi də dəyərləndirilirdi.

Ancaq indi Rusiya öz davranışlarını və ritorikasını yenidən dəyişməyə başlayıb. Hazırda Kreml rəsmiləri Rusiyanın Cənubi Qafqazdan çıxmayacağını açıq mətnlə bəyan edirlər. Böyük ehtimalla ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin zəifləməsi Rusiyanın nisbətən “rahat nəfəs” almasına da imkan yaradıb. Ona görə də, Kreml indi bu regionda daha qətiyyətli və prinsipial davranacağını qabartmağa üstünlük verir. Və bu, son günlər bütün region üçün yeni təhlükələr yarada biləcək məzmun alıb.

Maraqlıdır ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmağa hazırlaşdığı barədə də məlumatlar yayılmaqdadır. Həmin məlumatlara görə, Kreml rəsmi İrəvanla hərbi-texniki əməkdaşlıq barədə müqavilələr imzalamağa hazırlaşır. Bəzi iddialarda bu müqavilələrin Ermənistana silah-sursat və hərbi texnika satışını nəzərdə tutduğu vurğulanır. Üstəlik, Kremlin Rusiya-Hindistan ortaq istehsalı olan raket sistemlərinin Ermənistana satılmasına razılıq verdiyi də bildirilir. Və bu, Kremlin Cənubi Qafqaz siyasətində Ermənistanın yenə də əsas geopolitik istinad hədəfi olacağını sezdirir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Rusiyaya xəyanəti də Kremli Ermənistanla belə əməkdaşlıqdan çəkindirmir. Bəzi ehtimallara görə, Rusiya Cənubi Qafqazın lider dövləti olan Azərbaycana qarşı təzyiq mexanizmlərinə ehtiyac duymaqdadır. Çünki son illərdə ərazi bütövlüyünü də bərpa edərək, NATO ölkəsi Türkiyə ilə hərbi müttəfqilik sazişi imzalamış Azərbaycan Rusiyanın təsir dairəsindən kənardadır. Kreml belə vəziyyətdə Azərbaycan-Türkiyə İttifaqına qarşı Ermənistanın gücləndirilməsi ilə regional balansı bərpa etməyə cəhd göstərir.

Belə anlaşılır ki, Rusiya Cənubi Qafqazda ABŞ və Qərbə qarşı həlledici qarşıdurmaya hazırlaşır. Kreml Rusiyanın geopolitik maraqlarını təmin etmək üçün isə məhz Azərbaycanın regional düşmənini silahlandırmaq niyyətinə düşüb. Rəsmi Bakının buna müqavimət göstərəcəyi qətiyyən şübhə doğurmur. Yəqin ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz etirazlarını Rusiya rəsmi dairələrinin diqqətinə çatdıracaq. Və Kreml bu davranışlarında israrlı olarsa, Azərbaycan-Rusiya münasibətlərində müəyyən problemlərin yaranma ehtimalı da qətiyyən istisna deyil.

Ancaq bu azmış kimi, Rusiyanın hərbi-siyasi dairələrindən də Azərbaycanı narahat edə biləcək qalmaqallı aşıqlamalar verilməyı başlayıb. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus qoşun birləşmələrinin Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olduğunu bildirib. Üstəlik, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov da öz şefinin dediklərini təxminən təkrar edib.

Rus general bildirib ki, Rusiya hərbi kontingenti Cənubi Qafqazda dinc həyat quruculuğunun və sakinlərin geri dönüşünün əsas təminatçısıdır: “Cənubi Qafqazda situasiya gərgin olaraq, qalmaqdadır. Ancaq normallaşma meyilləri də mövcuddur. Bu ilin sentyabr ayında rus sülhməramlıların fəaliyyəti sayəsində bir sutka ərzində atəşkəsə nail olundu”.

Göründüyü kimi, Rusiyanın hərbi rəhbərliyinə daxil olan bu iki şəxsin açıqlamaları birmənalı şəkildə qalmaqallı xarakter daşıyır. Birincisi, Rusiya müdafiə nazirinin hansı əsasla Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı Suriya ilə eyniləşdirdiyi anlaşılmazdır. Suriya xaosun hökm sürdüyü beynəlxalq terrorizm məkanıdır. Bəşər Əsəd hakimiyyəti ölkənin bütün regionlarına nəzarət etmək imkanlarına malik deyil.

Rəsmi Bakı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa nəzarəti tam bərpa edib. Azərbaycan ordusu Rusiyanın himayə etdiyi erməni separatizmini və terrorizmini birdəfəlik sıradan çıxarıb. Ən əsasısa, rus sülhməramlılar Qarabağda sülhün təminatçısı deyildilər. Əksinə, rus sülhməramlılar bu ilin sentyabr ayına qədər Qarabağda silahlı erməni terrorçularına döyüş istehkamları qurulmasında iştirak edirdilər. Yəni, Rusiya müdafiə naziri Sergey Şoyqunun dediklərinin əksinə olaraq, Qarabağda silahlı erməni terrorçuları himayə edən rus sülhməramlılar sülhün deyil, məhz savaşın təminatçısı rolunda çıxış edirdilər. Və məhz Azərbaycan ordusu erməni terrorizmini sıradan çıxartmaqla, Qarabağda sülhün bərqərar olmasını təmin edib.

Digər tərəfdən, Rusiya baş qərargah rəisi öz açıqlaması ilə Cənubi Qafqazda baş verənlərdən ümumiyyətlə, xəbərsiz olduğunu, ya da sadəcə, yalan danşdığını göstərib. Belə ki, onun “bu ilin sentyabr ayında rus sülhməramlıların fəaliyyəti sayəsində bir sutka ərzində atəşkəsə nail olunması” barədə iddiası ən yaxşı halda, yalnız təəccüb doğura bilər. Çünki həmin vaxt “atəşkəs” rus sülhməramlıların fəaliyyəti sayəsində deyil, məhz Azərbaycan ordusunun cəmisi bir sutka ərzində Rusiyanın himayə etdiyi silahlı erməni terrorçuları məğlub edərək, təslim olmağa məcbur buraxması nəticəsində mümkün olmuşdu. Və bu baxımdan, rus sülhməramlıların Qarabağda Rusiyadan başqa heç kimə faydası yoxdur.

Nəhayət, rus general nə qədər qəribə də olsa, Rusiya hərbi kontingentinin Cənubi Qafqazda sakinlərin geri dönüşünün qarantı olduğunu da iddia edib. Üstəlik, rus general “sakinlər” dedikdə kimləri nəzərdə tutduğuna da aydınlıq gətirməyib. Əgər, rus general Qarabağdan könüllü gedən erməniləri nəzərdə tutursa, onların geri dönüşü Rusiyanın səlahiyyətlərinə daxil deyil.

Bu, Azərbaycanın daxili işidir, rəsmi Bakı onların qayıdışının yalnız ölkə Konstituisiyasına bağlı hüquqi prosedurlar çərçivəsində mümkün sayır. Həmin məsələnin Rusiyaya heç bir aidiyyatı yoxdur. Yəni Kreml indi daha çox rus sülhməramlıların Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağdan dərhal çıxarılması barədə düşünməlidir.

Belə anlaşılır ki, Kremlin Cənubi Qafqazla bağlı yeni planları mövcuddur. Rusiya öz geopolitik maraqlarını qorumaq üçün yenə də “erməni kartı”na yönəlib. Hətta belə görünür ki, Kreml növbəti dəfə təxribatçı ssenariləri işə salmağa can atır. Halbuki, Azərbaycanla münasibətlərin kifayət qədər pozitiv istiqamətdə inkişaf etdiyi bir dövrdə bu, yolverilməzdir. Və Azərbaycan-Rusiya münasibətlərinə sarsıdıcı zərbə vura bilər.(Yeni Müsavat)

Oxunub: 100
Paylaş:
Digər xəbərlər

Siyasət

11-12-2023, 09:18

Ərdoğan Makrona "dəmir yumruq" göstərdi: Türkiyə Fransanı Qafqazdan da qovur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-11-2023, 09:00

Bakı "geopolitik bomba"nı Ağ Evin əlində "partladıb" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-11-2023, 09:30

İrəvan Kremllə müttəfiqliyi pozdu: Ermənistan Rusiya və KTMT-nın legitim hərbi hədəfinə çevrilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-09-2023, 09:00

İrəvanda aciz qalan Kreml Bakıya “hücum” edir: Rusiya Azərbaycanla “müttəfiqliyi” pozur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-05-2023, 10:00

Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Bugün, 18:04
Sumqayıtda güclü yanğın oldu
Bugün, 12:08
Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
Bugün, 12:07
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Bugün, 10:21
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Dün, 14:20
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
Dün, 12:30
“Fast food” yeyən yeniyetmələr zəhərləndi
Son xəbərlər
  • Bugün, 18:05
    Boş qalan dövlət sifarişli yerlərlə bağlı - Açıqlama
  • Bugün, 18:04
    Sumqayıtda güclü yanğın oldu
  • Bugün, 18:03
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 16:45
    Oqtay Gözəlova yüksək vəzifə verildi
  • Bugün, 12:08
    Sabirabadda 14 yaşlı qız evlənmək üçün qaçırıldı
  • Bugün, 12:07
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
  • Bugün, 10:21
    Azərbaycan nefti bahalaşıb
  • Bugün, 10:20
    Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
  • Bugün, 09:48
    "Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?"
  • Dün, 15:30
    Əhməd dünya çempionu oldu!
  • Dün, 15:00
    "Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
  • Dün, 14:30
    Danla Bilic yenidən əməliyyat olundu
  • Dün, 14:20
    Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı
  • Dün, 14:00
    “Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”
  • Dün, 13:00
    Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
  • Dün, 12:33
    Ramil Usubovun kürəkəni qəfil vəfat etdi
  • Dün, 12:32
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 12:30
    “Fast food” yeyən yeniyetmələr zəhərləndi
  • Dün, 12:00
    Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
  • Dün, 11:42
    "Belə kişidən boşanmaq lazımdır"
  • Dün, 11:42
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
  • Dün, 11:23
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 11:00
    Efirdə robotlarla davaya çıxdı
  • Dün, 10:50
    Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
  • Dün, 10:50
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 10:30
    Sumqayıtda piyadanı maşın vurub öldürdü
  • Dün, 10:00
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dün, 09:00
    Nemət Pənahov vəfat etdi
  • Dün, 08:46
    "Kadir" "Eşref"i tək qoymayacaq
  • Dün, 08:31
    Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
  • Dün, 08:31
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • 4-10-2026, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə