• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ruslara “meydan oxudular”: Gözlənilməz Zəngəzur dəhlizi həmləsi - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-06-2023, 15:30

Ruslara “meydan oxudular”: Gözlənilməz Zəngəzur dəhlizi həmləsi - NƏ BAŞ VERİR?


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edir:

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ardınca Milli Təhlükəsizlik Xidmətinin katibi Armen Qriqoryan danışıqlarda “Qarabağın statusu”nu müzakirə və heç buna cəhd etmədiklərini, eləcə də onlara belə bir mandatın verilmədiyini dedi. Sizcə, İrəvanın bu mesajlarından nə anlamalıyıq?

- Artıq Ermənistan rəsmilərindən etiraflar var ki, Azərbaycanla mümkün sülh müqaviləsində Qarabağ erməniləri ilə bağlı məsələlər olmayacaq. Azərbaycan 44 günlük müharibədən sonra birmənalı şəkildə bildirdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri ilə əlaqəli məsələlər onun daxili işidir və heç kimlə müzakirə etməyəcək. Rəsmi Bakının birmənalı mövqeyi var, bu da həm beynəlxalq vasitəçilər, həm də Ermənistan tərəfindən qəbul olunur. Azərbaycan prezidenti ötən ilin oktyabrında Soçidə Putinin vasitəçiliyi ilə keçirilən görüşdə bunu açıq və birmənalı şəkildə bir daha bildirdi. O dedi ki, qarabağlı ermənilərlə bağlı məsələlər Azərbaycanın daxili işidir və bunu heç bir formatda müzakirə etməyəcək. Bu mövqe də qəbul edilməyə başlayıb.

İndi bunun Ermənistan rəsmiləri tərəfindən etiraf olunması həm də erməni cəmiyyətinə bir mesajdır. Onlar demək istəyirlər ki, Ermənistanın bu məsələyə müdaxilə etmək və ya təsir etmək imkanları minimumdur, bunu edə bilməyəcəklər. Erməni cəmiyyəti də buna hazırlanır.

- Bəs Ermənistan cəmiyyəti yeni reallığı qəbul etməyə hazırdırmı? İstər bu iki şəxsin, istərsə də Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etməsinə kütləvi etirazları da görmədik.

- Getdikcə Ermənistan cəmiyyətində də reallıq anlaşılmağa başlayır. Əlbəttə, orada hələ revanşist duyğular, xəstə faşist meyllər nə qədər güclü olsa da, reallığı qəbul etmək məcburiyyətindədirlər. O cümlədən revanşistlər, yaxud “Qarabağ klanı” – Köçəryan və Sərkisyanın dəstələri. Revanşist bəyanatlar verənlərin özləri də daxilən qəbul edirlər ki, Ermənistan prosesə təsir imkanlarını tamamilə itirib. Bu durumda Ermənistan cəmiyyəti də reallığı qəbul etmək məcburiyyətindədir.

Ermənistanın bugünkü davranışları da göstərir ki, müstəqil dövlət kimi siyasət yürüdə bilmir, daha çox kənar qüvvələrin təsiri və təşviqi nəticəsində hansısa addımlar atır. Bu baxımdan Ermənistan cəmiyyətinin insanları da şüurən onu yaşasalar da, amma real şəkildə prosesə təsir edə bilməyəcəklərini də anlayırlar. Digər yandan, revanşistlər hakimiyyətdə olduqları 20 il ərzində erməni cəmiyyətinin nifrətini qazanıblar. Məhz onların durumu indiki yerə gətirib çıxardığını anlayırlar. Bu səbəbdən də insanlar onların mövcud hakimiyyətə qarşı çağırışlarına belə etinasız münasibət göstərirlər. Yəni Ermənistan cəmiyyətində üz vurulmasa da, daxilən reallıqlar qəbul edilir.

- Xankəndidəki separatçılar da fəaldır. Araik Arutyunyan, Ruben Vardanyan və digər separatçılar fəal şəkildə “Azərbaycanın bir hissəsi olmayacaqlarını”, “müstəqillik uğrunda mübarizəni davam etdirəcəklərini” deyirlər. Belə olan halda bu məsələ necə çözüləcək?

- Əvvəla, separatçılar haqda çox danışıb onları “tərəf” kimi göstərmək fikrindən uzağam. Hazırda orada fəaliyyət göstərən separatçı-terrorçu qruplaşma hansısa bir qüvvəni təmsil etmir. Uzun müddət Moskva və İrəvandan idarə edilən şəxslər olublar. Bu gün də Rusiyanın təlimatları əsasında fəaliyyət göstərirlər. Onların nə demələrindən asılı olmayaraq, Azərbaycan öz siyasətini yeridəcək və orada öz suveren hüquqlarını tam bərpa edəcək. Bunun başqa yolu yoxdur. Azərbaycan bu məqsədlərinə doğru irəliləyəcək. Separatçıların nədən danışmalarının, nə demələrinin bizm üçün “qara qəpik” qədər də dəyəri yoxdur.

Azərbaycan prezidenti mayın 28-də Laçında onlara çağırış etdi, bildirdi ki, iki yolları var: ya silahları buraxıb qanunlarımıza tabe olacaqlar, ya da başqa tədbirlər görüləcək. Bu tədbirlərin də nə olduğunu hər kəs bilir. Əgər reinteqrasiya prosesinə müsbət töhfə verəcəklərsə, müvəqqəti olaraq danışıqlar aparacağıq, yox, əgər hay-küyçü, isterik və düşmən fəaliyyətləri davam etdirəcəklərsə, bunun da nəticələri bəllidir. Bu durumda onlara qarşı lazımi addımlar atılacaq. Sadəcə Azərbaycan hələlik onlara şans verir, dialoq qapısını açıq qoyur. Əgər imtinalar və sərsəm bəyanatlar davam edəcəksə, əlbəttə, bunun acı nəticələrinə qatlanmalı olacaqlar. Bu düşmən münasibətin və avantüranın 2020-ci ildə hansı yerə ghətirib çıxardığını xatırlamalıdırlar.

Dediyim kimi, onların nə demələrinin bizim üçün “qara qəpik” dəyəri yoxdur. Azərbaycan bütün ərazilərində öz suveren hüquqlarını tam şəkildə bərpa edəcək. Azərbaycan qanunlarını qəbul edənlərin hamısının hüquq və təhlükəsizlikləri ən yüksək səviyyədə - Konstitusiyamıza uyğun şəkildə təmin olunacaq. Azərbaycan qanunlarına və dövlətinə qarşı çıxanlar da, bunun cəzasını alacaq. Ya bölgəni tərk edəcəklər, ya da Azərbaycanın ədalət məhkəməsinin qarşısında duracaqlar.

- Qriqoryanın bir açıqlaması da diqqət çəkir. O deyir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq nəqliyyat xətlərinə (Zəngəzur dəhlizi) nəzarət Ermənistanda olmalıdır. 10 noyabr anlaşmasının 9-cu bəndinə görə, həmin xətlərə Rusiya sərhədçiləri nəzarət etməlidir. Sizcə, bu nəzarət məsələsi necə həllini tapacaq?

- Nəzartin kimdə olacağını gələcək göstərəcək. Əlbəttə, artıq Ermənistan öz iddialarını ortaya qoyur və hesab edir ki, həmin dəhlizə nəzarət onda olmalıdır. Xatırlayırsınıza, liderlərin Brüsseldəki son görüşündə Şarl Mişel bu dəhliz üzərində beynəlxalq gömrük qaydalarının və ölkələrin suveren hüquqlarının tanındığını bildirdi. Eyni fikir təxminən Lavrov tərəfindən də dəsləndirilmişdi. O baxımdan, bu, Rusiya və Ermənistan arasında olan məsələdir. Əslində, məsələnin bu yerə gəlib çıxmasında Rusiyanın günahı çoxdur. Çünki Rusiya 10 noyabr anlaşmasının şərtlərini və bu əsasda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini təmin etməliydi, amma bunu etmir. Bu gün də artıq Ermənistan açıq formada Rusiyanın maraqlarına qarşı çıxır.

Bizim üçün böyük ölçüdə əhəmiyyəti yoxdur. Bizim üçün əsas bölgədə təhlükəsiz və sərbəst hərəkətin təmin olunmasıdır. Əlbəttə, beynəlxalq mexanizmlər olsa, daha yaxşı olar ki, sonradan bir anlaşılmazlıq yaranmasın. Yəqin ki, proses buna doğru gedəcək. Böyük ehtimalla Avropa Birliyi, ümumən kollektiv Qərb bu kommunikasiya xətlərinin Rusiyanın nəzarətində olmasını istəmir, Ermənistanı da bu yöndə addımlar atmağa təşviq edir.

İndi Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur, buna görə istəyir ki, tərəflərə təzyiq imkanlarını saxlamaq üçün kommunikasiyalara nəzarət də onda olsun. Bunu zaman göstərəcək.

- Rusiya Ermənistanda yenidən təlimlərə başlayıb. Əvvəl xüsusi təyinatlılarının döyüş qabiliyyətini yoxlayan Rusiya bu dəfə hərbi aviasiya təlimləri keçirir. Eyni zamanda, bu dəfə diqqətçəkən bir məqam da hərbi tibbi personalın təlimlərə cəlb olunmasıdır. Sizcə, Rusiyanın bu “əzələ nümayişi” kimi ünvanlanıb?

- Rusiyanın Ermənistanda hərbi bazalarının olduğu hər kəsə məlumdur. Bu təlimlər də sovetdən qalma təlim mərkəzlərində keçirilir. Xüsusən də dağ desant qüvvələrinin Alagöz dağındakı təlim mərkəzində. Məncə, bu təlimlər daha çox Ermənistan cəmiyyətinə ünvanlanmış mesajdır. Rusiya Ermənistandakı hərbi varlığı bir daha xatırladır. Ermənistan cəmiyyətinə mesaj verməyə çalışır ki, onun təhlükəsizliyini təmin edəcək əsas qüvvə Rusiyadır və o da bölgədədir, burada döyüşə hazır kontingenti var Yəni bu, daha çox ermənilərin özlərinə mesajdır. Düşünmürəm ki, bizə və ya Türkiyəyə ünvanlanıb.

Oxunub: 89
Paylaş:
Digər xəbərlər

Siyasət

15-11-2023, 09:00

Armen Qriqoryan: Ermənistan-Azərbaycan danışıqları Brüssel və ya Vaşinqtonda baş tuta bilər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-08-2023, 16:00

Qosqoca Afrikada uduzan Fransanın absurd Güney Qafqaz TRİUMUF - AKTUAL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-08-2023, 11:15

Ya Qarabağ erməniləri kütləvi köçəcək, ya da… - Tevanyan [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-07-2023, 15:30

Paşinyanın mesajlarının şifrələri və ya İrəvanın “Bakı-Xankəndi formatı” oyunu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-06-2023, 15:00

İrəvanın “ötür-ötür oyunu”: Sülh müqaviləsi dalana dirənir - Görünəni odur ki... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
“Rahat” marketin bu filialı alıcıları aldadır
FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
Bu gün Beynəlxalq Ana Dili Günüdür
Hadisə
18-02-2026, 18:18
Kəmaləddin Heydərov Prezidentin "Vahid Rəqəmsal Vitrin" tapşırığına qarşı çıxır? - İLGİNC
14-02-2026, 13:11
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
6-02-2026, 10:47
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
4-02-2026, 10:34
Azərbaycanda bütün limanlar bağlandı
4-02-2026, 10:08
Nərimanov rayonunda qumbara tapılıb
Son xəbərlər
  • Bugün, 13:04
    Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərov haqqında məhkəmə qərar verdi
  • Bugün, 12:27
    Məlhəm Hospitalından pasiyentin şikayəti: Analizi məhv etdilər…
  • Bugün, 11:57
    “Rahat” marketin bu filialı alıcıları aldadır
  • Bugün, 11:25
    FHN-nin şöbə rəisi Anar Pirməmmədovun adı qalmaqalda….
  • Bugün, 10:41
    Güloğlan müəllim siz kimin mənafeyini qoruyursunuz - əhalinin ya əsasən məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
  • Bugün, 10:14
    Bu gün Beynəlxalq Ana Dili Günüdür
  • Bugün, 09:59
    “CS Construction” şirkətindən şikayət-Video
  • Bugün, 09:29
    “Fidan” adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir?-Video
  • Dün, 22:42
    DOSENT VƏFA MƏMMƏDOVAYA TƏZYİQLƏR SƏNGİMİR – PREZİDENTƏ İKİNCİ MÜRACİƏTDƏN SONRA TƏZYİQLƏR DAHA DA ARTDI
  • Dün, 18:52
    Model Çelsi Baxşıyeva: FHN-nin şöbə müdiri Anar Pirməmmədov mənimlə münasibət qurdu….
  • Dün, 18:19
    Təcili Tibbi Yardımın özünə TƏCİLİ AMBULANS lazımdır - İLGİNC FAKTLAR AÇIQLANDI...
  • Dün, 17:49
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • Dün, 17:35
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • Dün, 17:22
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • Dün, 17:09
    Lukaşenko rəqibinin evə qayıtmasına icazə verdi
  • Dün, 16:40
    "Dominos Pizza"da 5500 manatlıq oğurluq
  • Dün, 16:14
    Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - ŞOK FAKTLAR
  • Dün, 15:52
    Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı – Video
  • Dün, 15:15
    Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."
  • Dün, 13:36
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Dün, 13:00
    AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto
  • Dün, 12:24
    İşdən çıxan işçini belə 'zibilə salırlar' - GİLEY
  • Dün, 11:52
    İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA
  • Dün, 11:26
    Fəhlə "Preso" şirkətini məhkəməyə verdi,rəhbər şəxs ölkədən qaçıb? — YENİ DETALLAR /VİDEO
  • Dün, 10:49
    Üzeyir Yusifov “Azərenerji”də “kor xəlifə kimi” -Balababa Rzayevin susqunluğu isə,...
  • Dün, 10:25
    QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
  • Dün, 09:35
    Vüsal Aslanov “Bakı Metropoliteni”ni idarə edə bilmir? - Keyfiyyətsiz ehtiyyat hissələri və...
  • Dün, 09:14
    500 minlik şəhərin səhiyyəsinə rəhbərlik edən Səkinə Sadıxova: Korrupsiya iddiaları və təyinat qalmaqalı
  • 19-02-2026, 18:54
    Saleh Məmmədov mətbuata böyük pullar ayıraraq əməllərini ört-basdır edirmiş -ŞOK faktlar
  • 19-02-2026, 18:30
    ​1,1 Milyonluq "Təhlükə": MÜTDA-nın Sükutu və "Görünməz" Himayədarların Kölgəsi
  • 19-02-2026, 17:56
     Cəbrayılın Şükürbəyli kəndində bir evin tikintisi neçəyə hesablanıb: Lap tapmacadır... - ARAŞDIRMA
  • 19-02-2026, 17:27
    Günay Muradova rezidentura təhsili olmadığı halda, Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatını necə ala bilib?..
  • 19-02-2026, 16:43
    Prezident fərman verir – Xətaidə isə qanun işləmir?
  • 19-02-2026, 16:10
    “TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”
  • 19-02-2026, 15:36
    Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə