• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-07-2025, 16:30

Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Minlərlə insan illərlə çalışıb Həmkarlar İttifaqlarına pul ödəsələr də, göndəriş əasasında, istirahət mərkəzlərinə, sanatoriyalara gedə bilmirlər. Redaksiyamıza müraciət edən insanlar AHİK- in qaynar xəttinin belə işləmədiyini bildiriblər. Eyni zamanda “online” müraciətlərin heç birinin təsdiqlənmədiyini qeyd ediblər. AHİK- in rəhbərliyi dəyişdikdən sonra bu sahədə yeniliklər olacağına ümid edirdik. Ancaq heç bir nəticə yoxdur. İşlər əvvəlki qaydada davam etməkdədir. Həmkarlar İttifaqları il ərzində böyük məbləğdə pul toplayır, amma pullar insanların istirahəti üçün xərclənmir.
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, hələ 1998-1999-cu illər ərzində Təhsil Nazirliyi yanında tələbə şurasının sədri olduqda, bu məsələni qaldırıb:
“Bu məsələni hələ o zaman qaldırmışam. Nə haqla bizim tələbə təqaüdümüzdən Həmkarlar İttifaqına üzvlük haqqı tuturlar. Halbuki heç bir tələbə ora üzv olmaq haqqında ərizə verməyib. Həmkarlar İttifaqı haqqında qanun var. Hətta Konstitusiyada bu yazılıb ki, Həmkarlar İttifaqına üzvlük könüllüdür. Könüllü o deməkdir ki, mən gərək ərizə yazım ki, sən mənim maaşımdan, yaxud stipendiyamdan üzvlük haqqı tutasan və mən istənilən anda da ordan çıxa bilərəm. Amma təəssüf ki, dövlət qurumlarında tələbələri, müəllimləri zorla üzv ediblər. Zorla maaşlarından tuturlar. Bu özü qanunsuzdur. Kiminsə üzvlük haqqında ərizəsi yoxdursa, bu dəqiqə məhkəməyə versə, bütün illər ərzində ondan tutulan məbləği geri tələb edə bilər”.
Əkrəm Həsənovun sözlərinə görə, Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır:
“Qanuna görə Həmkarlar İttifaqı könüllü bir təşkilat olmalıdır. Amma bizdə bunu məcburi bir hala çeviriblər. Təbii siz soruşsanız, niyə məni yox, digərini sanatoriyaya göndərirsən? Deyəcəklər ki, bizim belə bir öhdəliyimiz yoxdur. Öhdəlikləri doğrudan yoxdur. Ona görə o, vətəndaşlar narazıdır. Burada yumşaq variant odur ki, ərizə yazsınlar ki, mənim maaşımdan, tələbə stipendiyamdan tutmayın, ümumiyyətlə çıxıram ittifaqdan. Ən sərt addım isə məhkəməyə müraciət edib pullarını geri istəməkdir”.
Gununsesi.info -ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı uzun illərdir təhsil sistemində fəaliyyət göstərən müəllimlərin, məktəb direktorlarının və digər pedaqoji heyətin maaşından aylıq tutulmalar həyata keçirərək yüz minlərlə manat vəsait toplayır:
“Bu vəsaitin istifadəsi ilə bağlı ictimai hesabatlılıq isə yoxdur. Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən, həmkarlar ittifaqına üzvlük könüllüdür. Lakin faktiki vəziyyət göstərir ki, xüsusən dövlət məktəblərində bu proses könüllü deyil, avtomatik və məcburidir. İşə yeni qəbul olunan müəllimlərin əksəriyyəti bu tutulmanın hansı əsasla aparıldığını belə bilmir. Onların maaşından aylıq olaraq təxminən 1% tutulur, bu isə illik hesabla təhsil işçilərinin cibindən milyonlarla manatın çıxması deməkdir.
Bu vəsaitlərin nəyə xərcləndiyi, hansı müəllimlərin hansı xidmətlərdən yararlandığı, hansı meyarla göndərişlərin və yardımların edildiyi haqda şəffaf məlumat yoxdur. AHİK və onun nəzdində fəaliyyət göstərən Təhsil Həmkarlar İttifaqı məktəblərdə fəaliyyətini daha çox kağız üzərində aparır. Müraciət edən müəllimlərin əksəriyyəti bildirir ki, onların “online” və ya fiziki müraciətləri cavabsız qalır, telefon xətti işləmədiyi üçün əlaqə qurmaq mümkün olmur. Sanatoriya, istirahət mərkəzi, maddi yardım və sosial dəstək yalnız müəyyən şəxslərə verilir, adətən bu siyahıların necə tərtib olunduğu açıqlanmır”.
Kamran Əsədov bildirir ki, Həmkarlar ittifaqı müəllimin deyil, rəhbərin marağını qoruyur:
“Əmək Məcəlləsinin 299-cu maddəsi açıq şəkildə bildirir ki, kollektiv müqavilələrin tərtibində həmkarlar ittifaqı əsas tərəf kimi çıxış etməlidir. Lakin Azərbaycanda məktəblərin böyük əksəriyyətində bu müqavilələr mövcud deyil, olanlar isə formal xarakter daşıyır. Nəticədə müəllim iş şəraiti, əmək mühiti, dərs yükü və hətta psixoloji təhlükəsizlik məsələlərində tək qalır. Həmkarlar ittifaqı nə onu müdafiə edir, nə də rəhbərlik qarşısında real təzyiq mexanizminə malikdir. Əksinə, məktəb rəhbərliyi ilə ittifaq bir mərkəzdən idarə olunur və çox zaman müəllimin deyil, rəhbərin marağını qoruyur”.
Təhsil eksperti 2023- cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğunu bildirib:
“Əməkhaqqı aşağı olan, sosial təminat yükü çox olan, sertifikasiya və digər imtahan təzyiqlərinə məruz qalan müəllimlərin gözləntisi isə konkret və şəffaf dəstəkdir. Lakin bu gözlənti uzun illərdir boşa çıxır. Məsələn, 2023-cü ildə Bakı və regionlarda 200 minə yaxın müəllimin həmkarlar ittifaqına üzv olduğu bildirilir. Bu rəqəmə əsasən, illik üzvlük haqlarından milyonlarla manat vəsait yığılır. Amma həmin vəsaitin neçə faizi müəllimlərin sosial ehtiyaclarına yönəlir, neçə faizi sanatoriyaya göndərişlərə xərclənir, neçə nəfər bu yardımlardan faydalanıb – bu suallar açıq qalır”.
Kamran Əsədov qeyd edir ki, dünyada həmkarlar ittifaqları müəllimin söz sahibinə çevrilməsinin əsas təminatçısıdır:
“Finlandiyada müəllim həmkarlar ittifaqlarının təsiri ilə dərs yükünü, kurikulum dəyişikliklərini, əmək şəraitini birbaşa müzakirə edir. İsveçdə müəllim həmkarlar ittifaqı maaş artımı və pensiya təminatında əsas tərəfdir. ABŞ-də müəllimlər həmkarlar ittifaqı vasitəsilə hüquqi yardım alır, tətil edir, məktəb rəhbərlərinin səlahiyyətləri ilə bağlı razılaşmalarda iştirak edir. Hətta bəzi ştatlarda məktəb direktorları müəllim ittifaqlarının razılığı olmadan struktur dəyişiklikləri edə bilməz.
Azərbaycanda isə həmkarlar ittifaqı müəllimə “bayramda konsertə bilet”, “Yeni ildə paket” prinsipi ilə yanaşır. Təhsil işçisinin real ehtiyacları – dərs yükü, psixoloji dəstək, əlavə işin qarşılığı, hüquqi yardım, sosial müdafiə – bu qurumların gündəmində yoxdur. Rəhbərlik isə uzun illərdir dəyişmir, yeni təfəkkürə malik şəxslərin bu sistemə daxil olması əngəllənir. Bu səbəbdən də müəllimlərin böyük əksəriyyəti həmkarlar ittifaqını formal qurum kimi qəbul edir və onun varlığını hiss etmir”.
Təhsil eksperti vurğulayır ki, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq:
“Əgər dəyişiklik baş verməzsə, müəllimlər öz hüquqlarını müdafiə etmək üçün alternativ yollar axtaracaq – müstəqil birliklər qurmaq, kütləvi şəkildə üzvlükdən imtina etmək və sosial şəbəkələrdə təşkilatlanmaq ehtimalı artacaq. Bu isə həm hüquqi, həm də sosial baxımdan böhrana səbəb ola bilər. Təhsil həmkarlar ittifaqı dərhal islahata başlamalı, şəffaf hesabatlılıq təmin olunmalı, idarəetməyə gənc müəllimlər cəlb olunmalı, üzvlük mexanizmi könüllü əsasda yenidən qurulmalıdır. Müəllim – bu ölkənin təməl sütunudur. O, maaşından tutulmuş vəsaitin qarşılığında susqunluq deyil, dəstək gözləyir. Əgər bu dəstək real şəkildə təmin olunmasa, həmkarlar ittifaqı təhsil sistemində etibarını tamamilə itirəcək

Gununsesi.info

Oxunub: 66
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

2-07-2025, 09:54

Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

28-05-2025, 11:05

Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

3-04-2025, 14:13

 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər - “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

14-10-2024, 13:46

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? - İTTİHAM VAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-06-2023, 10:25

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir -Foto [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Dün, 19:16
Metroda halı pisləşən kişi öldü
Dün, 19:15
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Dün, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Bugün, 19:55
    ARAŞDIRMA: Azərbaycan əleyhinə kampaniyanın arxasında kim dayanır?
  • Bugün, 19:53
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Dün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Dün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Dün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Dün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Dün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Dün, 14:04
    Sabah da yağış yağacaq
  • Dün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Dün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə