• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

23-05-2023, 09:51

Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir”


“Bütün sahələrdə davamlı olaraq inkişaf edən Azərbaycanın qüdrəti beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyindən daha aydın görünür. Yaxın keçmişə nəzər salsaq, görərik ki, dünyada ard-arda baş verən iqtisadi böhranların ölkəmizə ya təsiri olmayıb, ya da bu böhranlardan ən az fəsadlarla çıxmağı bacarıb. Bu, Azərbaycanın təkcə iqtisadi yox, həm də digər sahələrdə dayanıqlı inkişafını bir daha ortaya qoyur. Təkcə pandemiya dövrünü xatırlamaq kifayətdir ki, bu reallığı dərk edəsən. Eləcə də həmin dövrdə ölkəmiz parlaq Qələbə ilə nəticələnən ağır müharibədən keçdi. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yalnız inkişaf yolu ilə getdi, heç bir sahədə durğunluq, geriləmə yaşanmadı. Gəlin, hazırda dünyada baş verən prosesləri nəzərdən keçirək və Azərbaycanın bu proseslər fonunda roluna baxaq: ən ağır fazada davam edən Rusiya ilə Ukrayna arasında müharibə dünyada, ən çox da Avropada ağır enerji böhranına yol açıb. Avropa dövlətləri bu böhrandan çıxış yolunu Azərbaycanda görür, ölkəmizin əhəmiyyətini anlayır və əməkdaşlığa üstünlük verirlər. Qeyd etdiyim bütün bu uğurlara dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların, reallaşdırdığı nəhəng layihələrin effektli nəticələri, həmçinin onun müdrik idarəçiliyi, diplomatik bacarığı sayəsində nail olmuşuq”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri Azərbaycanın Avropa ölkələri ilə genişlənən əlaqələrinin, ölkəmizə olan marağın daha bir bariz nümunəsidir: “Hesab edirəm ki, bu səfər hər iki ölkə üçün xüsusi önəm daşıyır, əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan əhəmiyyətlidir. Yeri gəlmişkən, bildirim ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Bu səfər zamanı da Vilnüsdə dövlət başçılarının iştirakı ilə ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Azərbaycan-Litva sənədləri imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Əminik ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək”.
“Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forumu bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq. Qeyd edim ki, statistikaya əsasən, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları təşkil edib. Ölkəmizdə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litvanın 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə isə Azərbaycandan Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub”, - Milli Məclisin deputatı bildirib.

Oxunub: 238
Paylaş:
Digər xəbərlər

Siyasət

20-05-2023, 09:00

Bayden: "ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-05-2023, 15:04

Seçki öncəsi Bakıya qarşı xəritə nə oyun idi? - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-05-2023, 15:30

Fransa silahları Azərbaycana təhlükə törədərsə.... - NƏ ETMƏLİ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-05-2023, 16:12

Fərmayıl Qasımov: Bütün uğurlarımızın əsasında Ulu Öndərin gücü, müdrikliyi dayanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-05-2023, 11:07

Səttar Möhbalıyev: “Brüssel görüşü Azərbaycanın siyasi iradəsini əks etdirdi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
Dün, 19:20
“Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
Dün, 19:16
Metroda halı pisləşən kişi öldü
Dün, 19:15
Kaşpirovski vəfat etdi
Dün, 14:30
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
Dün, 14:06
Kaşpirovski vəfat etdi
2-10-2026, 14:30
Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
Son xəbərlər
  • Dün, 19:30
    Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
  • Dün, 19:20
    “Xaricdə oxudacam” deyib 12 min aldı - Saxlanıldı
  • Dün, 19:19
    Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb
  • Dün, 19:17
    Paytaxtın bu ərazilərində qaz olmayacaq
  • Dün, 19:16
    Metroda halı pisləşən kişi öldü
  • Dün, 19:15
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:30
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Dün, 14:10
    Elzanın gəlinlərə arzusu: “İki il qayınananızla qalın”
  • Dün, 14:06
    Kaşpirovski vəfat etdi
  • Dün, 14:05
    Bakının bu hissəsində maşınların hərəkəti tam qadağan olunur
  • Dün, 14:04
    Sabah da yağış yağacaq
  • Dün, 14:04
    Yenidən eyni layihədə rol alacaqlar
  • Dün, 14:03
    DTX-dən süni intellektlə bağlı kiberhücum xəbərdarlığı
  • 2-10-2026, 15:00
    Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
  • 2-10-2026, 14:30
    Toyda 92 nəfərin zəhərləndiyi restoran bağlandı
  • 2-10-2026, 13:30
    Dilan Polat saxlanıldı
  • 2-10-2026, 13:30
    Bakı–Tbilisi qatarına onlayn bilet alışında yeni qayda
  • 2-10-2026, 12:30
    Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
  • 2-10-2026, 12:00
    Bakıda DƏHŞƏTLİ QƏTL: Sürücünün boğazı kəsildi
  • 2-10-2026, 11:00
    Azərbaycanda bu tarixdə Günəş tutulacaq
  • 2-10-2026, 10:52
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 10:49
    Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
  • 2-10-2026, 10:47
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-10-2026, 10:30
    "Anamı bir gün daha yaşatmaq üçün nələr etdim"
  • 2-10-2026, 10:00
    Kişi özünü çardaqda ASDI
  • 2-10-2026, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • 2-10-2026, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • 2-10-2026, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 2-10-2026, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 1-10-2026, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • 1-10-2026, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 1-10-2026, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • 1-10-2026, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • 1-10-2026, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə