• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cəsarət Əhmədov: Ədaləti özümüz bərpa etmişik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-01-2024, 17:25

Cəsarət Əhmədov: Ədaləti özümüz bərpa etmişik


Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov - “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.” Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından bəhs etdi. Artıq yeni dövrün hədəfləri açıqlanır. Bu hədəflərin təqdimatında Prezident İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri əhəmiyyətli rol oynayacaq.

Cənab İlham Əliyev bu addımı şərtləndirən amilləri diqqətə çatdırdı. Artıq torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz tam təmin olunub. Bütün ərazi üzrə ilk seçkilər keçiriləcək. Bu il ölkəmizdə bələdiyyə seçkiləri ili olsa da, prezident seçkilərinin əhəmiyyəti, önəmi nəzərə alınaraq ilk seçkilərin məhz prezident seçkiləri olması təqdirəlayiqdir. Qalib Azərbaycan çoxəsrlik tarixinin Zəfər seçkilərini keçirəcək.
Cəsarət Əhmədov: Ədaləti özümüz bərpa etmişik

Prezident seçkilərini şərtləndirən mühüm amillərdən biri də artıq verilən vədlərin 20 ildə yerinə yetirilməsidir. Yeni dövrə qədəm qoymuşuqsa, yeni hədəflər olmalıdır. Dövlət başçısı İlham Əliyev müsahibədə bildirmişdir: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.” Cənab İlham Əliyevin qeyd etdiyi kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.

Dövlət başçısı sözügedən müsahibədə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldarkən keçirdiyi hissləri də bölüşdü. Bildirdi ki, hisslərim Azərbaycan vətəndaşlarının hisslərindən heç də fərqlənmirdi. Qürur və sevinc hissi idi. Eyni zamanda, fikirləşirdim ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır: “Onu da biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik.”

Prezident İlham Əliyev, eyni zamanda, tarixi faktlar əsasında bu reallıqları da diqqətə çatdırdı ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb.

O da bildirildi ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır. XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada bütün Zəngəzur Azərbaycan ərazisidir. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə düşdü. Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri dayandı.

Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır. Ermənistan saxta tarix yazmaqla faktları inkar etmək, tarixi silmək iqtidarında olmadığının şahidinə çevrildi. 44 günlük İkinci Qarabağ müharibəsi sübut etdi ki, tarixi ədaləti arxa plana keçirmək, ört-basdır etmək mümkün deyil. Ermənilər işğal altında saxladığı torpaqlarımızı dağıdıb, tarixi və dini abidələriyerlə-yeksan etməklə Azərbaycan izlərini siləcəklərini düşünsələr də reallıqlar göz qabağındadır. Ədalət zəfər çaldı. Torpaqlarımız tarixi sahibinə qovuşdu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.

Oxunub: 72
Paylaş:
Digər xəbərlər

---

10-01-2024, 13:46

Cabir Hüseynov: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-01-2024, 10:17

İlham Əliyev COP29-un əhəmiyyətindən danışdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

10-01-2024, 14:54

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2023, 01:11

Fərhad Əhmədov: Qalib Azərbaycanın qalib Liderinə milyonların sevgisi şəksizdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-10-2023, 14:26

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun açıqlaması [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
 “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
Hadisə
Dün, 16:36
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
30-04-2026, 16:00
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
21-04-2026, 17:37
Həmin 15 yaşlı məktəbli saxlanıldı
21-04-2026, 12:18
Kənar dairəvi yolda qəza - Ölən və yaralananlar var - Foto
21-04-2026, 10:56
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 19:26
43 yaşlı kişi çardaqdan yıxılıb öldü
Son xəbərlər
  • Dün, 17:09
    Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
  • Dün, 16:36
    Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
  • Dün, 15:26
    Məşhur aktyor çəkildiyi serialdan qovuldu
  • Dün, 14:14
    AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
  • Dün, 12:01
    "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
  • Dün, 10:54
     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
  • Dün, 10:05
    Kasparov beynəlxalq axtarışa verildi
  • 22-05-2026, 18:26
    CHP həmin qərarla bağlı YSK-ya müraciət etdi
  • 22-05-2026, 17:51
    “Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
  • 22-05-2026, 17:10
    Mingəçevir təhsilində böhran - Protokol qaydası, yoxsa mənəvi korluq?
  • 22-05-2026, 16:35
    Ağstafa sakinləri icra başçısı haqda hansı fikirdədir? - Torpaq satışı və...
  • 22-05-2026, 16:00
    AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
  • 22-05-2026, 15:14
    Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
  • 22-05-2026, 13:18
    Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • 22-05-2026, 12:21
    "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
  • 22-05-2026, 11:47
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • 22-05-2026, 11:34
    Yuxusuz halda sükan arxasına əyləşməyin! - DYP-dən müraciət
  • 22-05-2026, 10:50
    Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi...
  • 22-05-2026, 10:09
    Leysan Məmmədovun himayədarlıq mexanizmi: 70 milyonluq Ərkəsöyün övlad hədiyyəsi
  • 22-05-2026, 09:23
    “Laser Beauty Clinic” - Nigar Rüfəti himayə edən kimdir?
  • 21-05-2026, 18:54
    Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti Kəlbəcərdə işçilərin maaşını vermir?
  • 21-05-2026, 18:24
    Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
  • 21-05-2026, 18:05
    Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
  • 21-05-2026, 17:44
    “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
  • 21-05-2026, 17:05
    Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
  • 21-05-2026, 16:23
    "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
  • 21-05-2026, 15:33
    Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
  • 21-05-2026, 13:41
    Azure Residencedə Böyük QALMAQAL: Məhkəmə Oyunları, Qanunsuzluq İddiaları və Sakinlərin Həyatını Təhlükəyə Atan Qərarlar!
  • 21-05-2026, 11:33
    Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
  • 21-05-2026, 10:19
    Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
  • 21-05-2026, 09:12
    “Azərişıq” Xocalıdakı tenderi icra başçısının qohumuna verib-ARAŞDIRMA
  • 20-05-2026, 18:23
    Bakı–Tbilisi qatar qiymətləri - 40 avro... - Avropada bu qiymətə neçə ölkəyə getmək olar?
  • 20-05-2026, 18:11
    KTN-nin Kürdəmir "sərgüzəştləri" - Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?
  • 20-05-2026, 17:40
    Suraxanıda ağa kimdir - Adil Əliyev sözünü tutmur, paytaxtda isə şəhərsalma forumu gedir
  • 20-05-2026, 17:10
    Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə