• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müstəqillik günündə Laçına qayıdış çox mühüm əhəmiyyət kəsb edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

4-06-2023, 12:09

Müstəqillik günündə Laçına qayıdış çox mühüm əhəmiyyət kəsb edir


Prezident İlham Əliyevin bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.
Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda bərpa quruculuq işləri həyata keçirilir. Cənab Prezident İlham Əliyev o ərazilərin bərpa olunması, infrastrukturun yaraılması, məcburi köçkünlərin tezliklə öz ata-baba torpaqlarına, doğma yurd yuvalarına qayıtması üçün ciddi işlər həyata keçirir. Bu ciddi fəaliyyətin nəticələrindən biri də mayın 28-də Azərbaycanın Müstəqillik günündə 20 ailənin Laçın şəhərinə qayıtması oldu. Cənab Prezident İlham Əliyev bu möhtəşəm günü də məhz öz doğma ocaqlarına qayıdan laçınlılarla birlikdə qeyd edərək həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi.
Ölkə başçısı 30 il bundan əvvəl baş verən hadisələrin mahiyyətindən danışmış, bu günkü reallıqların başqa istiqamtədə cərəyan etdiyini diqqətə açtdırmışdır. Cənab prezident qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.”
Bəli, erməni revanşistləri də, onların havadarları da anlamalıdırlar ki. Bu gün regionda Azərbaycanın sözü keçərlidir. Azərbaycanın razılığı olmadan hər hansı layihənin həyata keçirilməsi mümkün deyildir. Nəinki Azərbaycan torpaqlarında hansısa qondarma qurumun varlığı arzu olaraq qalamqdan o tərəfə keçə bilməz. əksinə, bu arzu yolunda ermənilər olan-qalan dövlətlərini də itirə bilərlər. Çünki hazırda yaşadıqları torpaqların kimə məxsus olduğunu özləri də yaxşı bilirlər.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın”-deyə müraciətində bildirən cənab İlham Əliyev hazırkı vəziyyətin dəyişməyəcəyini, əksinə daha da irəli addımlar atacağımızın anonsunu verdi.
Bu gün bizi ən çox düşündürən işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası, 30 ildən artıq işğaldan əziyyət çəkən vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır. Biz sülh istəyirik, qurub yaradır, bu torpaqların kimə məxsus olduğunu işimizlə, əməlimizlə sübut edirik.
Cənab Prezident də bu kontekstdən çıxış edərək fikrini belə ifadə etmişdir: “İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”
Azərbaycanın hər qarış torpağında şəhid qanı var, igid oğullarımızın addım izləri var. Bu torpaqlar müqəddəsdir və toxunulmazdır. Ölkə başçısı bu müqəddəsliyə bundan sonra kimsələrin toxuna bilməyəcəyini bir daha diqqətə çatdırdı: “Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir.”
Rəsmi Bakı müharibə, savaş tərəfdarı deyil və bölgənin yenidən hərbi poliqona çevrilməməsi üçün əlindən gələni edir. Azərbaycan sülh təşəbbüsündəki səmimiyyətini istər Vaşinqton, istər son Brüssel görüşündə də aydın şəkildə nümayiş etdirdi. Hətta Avrasiya İqtisadi İttifaqının (Aİİ) Moskvada keçirilən sammitinə də qonaq qismində qatılan Azərbaycanın məqsədi məhz Ermənistan baş naziri ilə növbəti dəfə burada üçtərəfli formatda görüşüb, sülh istiqamətində həlledici addımlar atılması ilə bağlı idi. Amma gördük ki, Ermənistan tərəfi yekun sülhün imzalanmaması üçün bu dəfə də həm həm diplomatik masada, həm də şərti sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi ilə təxribatyönlü qərarları ilə diqqət çəkdilər.
Cənab Prezident bu məslənin fərqindədir. Onun həyata keçirdiyi diplomatiya bu revanşizmin də beşikdəcə boğulmasını təmin etmişdir. Ona görə də bu məsləyə toxunaraq qəti şəkildə bildirdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.”
Reallıq budur. Bu reallıqla barışmamaq isə separatçıların biryolluq məhvinə aparan yoldur. Hər halda ikinci dəfə seçim haqqı verilməyəcəkdir. Xalqından güc alan, öz daxili və xarici siyasəti ilə dünya güclərinin razılaşmasını təmin edən cənab İlham Əliyevin humanist mövqeyindən vaxtında yararlanmayan hər kəs sonrakı peşimançılığı özü yaşayacaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Oxunub: 209
Paylaş:
Digər xəbərlər

Siyasət

1-06-2023, 11:31

Azərbaycan-İsrail münasibətlərinin inkişafı Qafqaz bölgəsinə nə vəd edir? - RƏY [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2023, 10:20

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-05-2023, 10:19

Eltun Süleymanov: Azərbaycan Şərqin öz taleyini özü yazan dövlətlərindən biridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-05-2023, 15:26

Tahir Rzayev: Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyaları [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-05-2023, 10:09

Bağışlamaq böyük qəlbli insanlara xasdır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Hadisə
Dün, 14:51
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
24-08-2026, 09:22
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 12:12
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:01
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
20-08-2026, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
Son xəbərlər
  • Dün, 18:42
    Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
  • Dün, 18:12
    Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
  • Dün, 17:57
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 17:03
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Dün, 16:47
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Dün, 16:08
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dün, 15:54
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Dün, 15:23
    Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
  • Dün, 14:51
    Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Dün, 14:06
    Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
  • Dün, 13:16
    Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq
  • Dün, 12:49
    DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
  • Dün, 12:14
    İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
  • Dün, 11:14
    Azərbaycan XİN Uruqvayı təbrik edib
  • Dün, 10:24
    Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
  • Dün, 09:44
    Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
  • 24-08-2026, 18:57
    Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
  • 24-08-2026, 18:14
    Ukrayna Hikmət Hacıyevi təltif etdi
  • 24-08-2026, 17:39
    Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
  • 24-08-2026, 16:24
    Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
  • 24-08-2026, 15:25
    "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
  • 24-08-2026, 14:49
    UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
  • 24-08-2026, 13:45
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • 24-08-2026, 12:55
    Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
  • 24-08-2026, 12:04
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
  • 24-08-2026, 11:29
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • 24-08-2026, 10:56
    Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
  • 24-08-2026, 09:22
    Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
  • 22-08-2026, 16:35
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 15:57
    Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
  • 22-08-2026, 15:14
    Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
  • 22-08-2026, 14:21
    Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
  • 22-08-2026, 13:38
    Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
  • 22-08-2026, 12:57
    M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
  • 22-08-2026, 12:12
    Bakıda oğurluq edən şəxslər saxlanılıblar
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə