• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elviz Qasımov: Yeni dövrün yeni hədəfləri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

13-01-2024, 13:58

Elviz Qasımov: Yeni dövrün yeni hədəfləri


TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov tərəfindən göstərdikləri xidmətlərə görə fərqlənən Pataloji-hamiləlik şöbəsinin həkim-neonatoloqları Mələk Məmmədova və Aytən İsmayılovaya “Təşəkkürnamə” təqdim edilib.

Elviz Qasımov: Yeni dövrün yeni hədəfləri
Elviz Qasımov: Yeni dövrün yeni hədəfləri


Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov - Prezident İlham Əliyev 10 yanvar tarixində yerli televiziya kanallarına geniş müsahibə vermişdir. Üç saata yaxın davam edən müsahibədə müxtəlif istiqamət üzrə sualları cavablandıran Prezidentin müsahibəsi hər şeydən öncə onun mediayaya verdiyi önəmin, mediya ilə sıx münasibətlərinin göstəricisidir. Müsahibə həm cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolunu, onun dövlət, xalq üçün gördüyü misilsiz xidmətləri bir daha gözlər önünə sərmiş, digər tərəfdən isə onun Azərbaycanın inkişafı, əhalinin rifahı, yeni hədəflər və yeni uğurlar istiqamətində gələcəkdə görəcəyi işlərin proqnozu kimi böyük əhəmiyyətə malikdir.
Müstəqilliyimizin ilk iki ili artıq bizi tam əmin edib ki, güclü lider, möhkəm siyasi iradəyə malik dövlət başçısı olmadan istənilən ölkə ciddi təhlükələrlə üzləşə bilər və biz 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bu təhlükəni sovuşduraraq müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə nail olmuşuq. 2003-cü il prezident seçkiləri bu mənada xalqımız üçün yeni qərar anı, dönüm nöqtəsi idi. Həmin vaxt səs çoxluğu ilə cənab İlham Əliyevi Prezident seçən xalqımız həm də müstəqil dövlətçiliyimizin tarixində növbəti parlaq səhifələrin təməlini qoymuşdur.
1993-2003-cü illərdə Azərbaycanda yaradılmış demokratik dövlətçilik ənənələri, vətəndaş cəmiyyəti, xalq-iqtidar birliyi cənab İlham Əliyevin dövründə daha da inkişaf etdirildi, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin bütün ölkə ərazisində tam təmin edilməsi isə bu inkişafı ən yüksək zirvəyə ucaltdı və bu gün ölkəmiz həm regionda, həm dünyada sözün əsl mənsında güclü dövlətdir.
Cənab Prezident çox gözəl vurğulamışdır ki, müasir tariximizin yeni dövrü sentyabrın 20-dən sonra başlayır. Çünki məhz həmin tarixdən, Qarabağda aparılmış antiterror əməliyyatları nəticəsində separatçıların təslim olması ilə ölkəmizin öz suverenliyini və konstitusiya quruluşunu bütün ölkə ərazisində tam bərpa etməsindən sonra hər bir Azərbaycan vətəndaşı əminliklə deyə bilər ki, o müstəqil, suveren və güclü bir dövlətin vətəndaşıdır.
Beynəlxalq hüququn işləmədiyi, ölkəmizə qarşı müxtəlif təzyiqlərin, ikili standartların tətbiq edildiyi, Azərbaycanın haqlı mövqeyini təsdiq edən beynləxalq təşkilatların qətnamələrinin kağız üzərində qaldığı, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmədiyi bir şəraitdə ölkənin işğal olunmuş ərazilərini azad edərək, onun suverenliyini tam təmin edərək regionun lider dövlətinə çevirmək heç də asan və hər kəsin nail ola biləcəyi bir uğur deyil. Buna yalnız, ədalətə böyük inamı olan və ədalətin qələbə çalması üçün var gücü ilə çalışan cənab İlham Əliyev kimi tarixi şəxsiyyət nail ola bilərdi. Bəli, artıq əminliklə deyə bilərik ki, İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış ən böyük tarixi şəxsiyyətlərdən biridir. İllər, əsrlər keçsə də Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olması həqiqəti dəyişməyəcəyi kimi, tariximizin bu müsair və şanlı dövrünün banisinin də məhz Prezident İlham Əliyev olması həqiqəti, 30 illik düşmən işğalına son qoyaraq torpaqlarımızı erməni təcavüzündən xilas edən dahi şəxsiyyətin Müzəffər Ali Baş Komandan İlham Əliyev olması həqiqəti heç vaxt dəyişməyəcək.
Qarabağ Zəfəri fonunda cənab İlham Əliyevin xalqımız, millətimiz və dövlətimiz üçün gördüyü digər xidmətlər də unudulmamalıdır. Enerji, xüsusən yaşıl enerji, eləcə də nəqliyyat-logistika sahəsində cənab Prezidentin xidmətləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci il iyulunda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Avropaya enerji ixracını artırmağımız, ölkəmizin enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazanması, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrliyimiz, ən yeni uğurlarımızdan biri olan dünya dövlətlərinin yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etməsi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız hər bir uğur bu gün Azərbaycanın öz inkişafının zirvəsində olduğunu təsdiq edir.
Prezident İlham Əliyev müsahibəsində çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından da bəhs eetmişdir. Doğurdan da, soydaşlarımızın 30 il sonra ata-baba yurduna qayıtması müasir tarixmizin ən əlamətdar hadisələrindən biridir.
Cənab Prezident Fransa-Azərbaycan münasibətləri ilə bağlı sualları da geniş cavablandırmış, Fransada Natəvanın heykəlinin təhqir edilməsini vandalizm aktı adlandırmış, Fransanın anti-Azərbaycan fəaliyyətini açıq şəkildə dilə gətirmişdir. Fransız imperializmini və müstəmləkə siyasitini açıq şəkildə ifşa etməklə və fransızların müstəmləkə ölkələrində törətdikləri cinayətləri sadalamaqla, ən əsası isə Bakı Təşəbbüs Qrupunun bundan sonra da fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyini bəyan etməklə cənab Prezident bir daha möhkəm siyasi iradə nümayiş etdirmiş və ədalətin yanında olduğunu göstərmişdir.
Cənab Prezident Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına da toxunaraq əminliklə bildirmişdir ki, bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsi olmalıdır. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və sülh müqaviləsi ikitərəfli formatda imzalanmalıdır. Bilirsiniz ki, Ermənistan və onun arxasında dayanan bəzi ölkələr Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini də sülh müqaviləsinə salmaq istəyirlər. Bu mövzuya Azərbaycan Prezidentinin cavabı dəqiq və birmənalıdır: “Əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir”. Bu məsələyə Azərbaycan xalqının və millətinin maraqları adından çıxış edərək daha gözəl cavab verilə bilməzdi. Bu cavab cənab Prezidentin tarixi həqiqətlərə, keçmişimizə çox gözəl bələd olduğunun, həmçinin hər zaman xalqı düşünərək qərar verdiyininin daha bir isbatıdır.
Qarşıdan ölkəmiz üçün xüsusi tarixi əhəmiyyətə malik olan və müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək prezident seçkiləri gəlir. Cənab Prezidentin də qeyd etdiyi kimi seçkilərlə bir dövrə yekun vurulur. Vətən Müharibəsi və Qarabağda uğurla həyata keçirilmiş antiterror tədbirlərindən sonra növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər həqiqətən də prezident seçkiləri olmalıdır. 20 il ərzində müəyyən olunmuş vəzifələri icra edən, qarşıya qoyulan hədəfləri reallaşdıran Prezident İlham Əliyev artıq yeni dövrün yeni hədəflərini də müəyyən etmişdir. İnanıram ki, 7 fevral 2024 –cü il tarixində Azərbaycan xalqı cənab İlham Əliyevə səs verməklə yeni hədəfləri birlikdə həyata keçirməyin ilk addımını atacaq.

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

---

10-01-2024, 13:46

Cabir Hüseynov: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

10-01-2024, 14:54

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

23-11-2023, 11:46

Bakıda taxta bazarındakı yanğında ölən kimdir? - YENİ DETALLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət / Araşdırma / Video

22-06-2023, 10:01

Respublika Neyrocərrahiyyə Xəstəxanasında Biabırçılıq - Səhiyyə naziri və Təbib rəsmiləri hara baxır? Cənab Prezidentimizin nəzərinə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-05-2023, 13:09

Elviz Qasımov: Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Məktəbdə şagirdlər zəhərləndi, bufet bağlandı
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Hadisə
19-11-2026, 18:05
Nərman Qocatürkün məktubu üzə çıxdı
19-11-2026, 18:04
BDU-nun tanınmış müəllimi evində ölü TAPILDI
17-11-2026, 14:50
Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
17-11-2026, 14:50
Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
17-11-2026, 14:41
Sükan arxasında meyiti tapıldı
9-11-2026, 10:18
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Son xəbərlər
  • Dün, 17:56
    Küləklə bağlı - Xəbərdarlıq
  • 19-11-2026, 18:05
    Küləklə bağlı - Xəbərdarlıq
  • 19-11-2026, 18:05
    Nərman Qocatürkün məktubu üzə çıxdı
  • 19-11-2026, 18:04
    BDU-nun tanınmış müəllimi evində ölü TAPILDI
  • 19-11-2026, 18:04
    Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
  • 17-11-2026, 17:11
    Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
  • 17-11-2026, 17:10
    "Xəyanət edirsə, onu bağışla"
  • 17-11-2026, 16:54
    "Xəyanət edirsə, onu bağışla"
  • 17-11-2026, 16:54
    Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı
  • 17-11-2026, 16:21
    Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı
  • 17-11-2026, 14:50
    Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
  • 17-11-2026, 14:50
    Neftçalada 11 min manatı quldurluqla almaqda təqsirləndirilən şəxslər həbs edilib
  • 17-11-2026, 14:46
    Şura: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib
  • 17-11-2026, 14:41
    Sükan arxasında meyiti tapıldı
  • 13-11-2026, 23:30
    Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
  • 13-11-2026, 23:23
    Aynur Elgünəş əməliyyat olundu
  • 13-11-2026, 23:22
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 19:27
    Bakının şimal girişində sıxlıq azalacaq - Yeni yol tikilir
  • 11-11-2026, 15:07
    Türkiyə Prezidenti COP31 Liderlər Sammitində iqlim dəyişikliyi ilə bağlı çağırış edib
  • 9-11-2026, 11:19
    Həmin tuneli yenə su basıb
  • 9-11-2026, 11:18
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:57
    Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:50
    Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
  • 9-11-2026, 10:30
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • 9-11-2026, 10:18
    40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
  • 9-11-2026, 10:18
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubad İcra Hakimiyyətindən Vənənd kəndində baş verən hadisə ilə bağlı AÇIQLAMA
  • 8-11-2026, 19:01
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:09
    Ordubadda sahibkarın başına gətirilənlər bitmir: İcra nümayəndəsinin davranışı ciddi suallar yaradır!
  • 6-11-2026, 23:08
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:07
    Evinizin sənədi köhnədirsə rüsum ödəyəcəksiniz
  • 6-11-2026, 10:06
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Ərdoğanın müavini həbs edildi
  • 6-11-2026, 09:47
    Qaytarıla bilməyən kreditlər bağlanacaq - AÇIQLAMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə