• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məmməd Musayev: Görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-04-2024, 13:34

Məmməd Musayev: Görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir


"Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev - Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etdi. Hər bir bölgənin, ümumilikdə ölkənin inkişafına yönələn bu addımlar davamlılığı ilə diqqətdədir. Ölkə Prezidentinin regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, yeni iş yerlərinin açılmasını, nəticədə əhalinin məşğulluğunun təmin olunmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyevin sözügedən təməlqoyma mərasimində qeyd etdiyi kimi, Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırıldı. Taxtakörpü su anbarının tikintisi, Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi.

Ölkə Prezidenti vurğuladı ki, Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək.

Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırıldı.

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq. “Bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk” söyləyən cənab İlham Əliyev onu da qeyd etdi ki, eyni zamanda, Qarabağ kanalının da inşası ilə əlaqədar Sərəncam imzalandı: “Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.”

Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir. Çünki qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər gördüyümüz işlərdə əks olunur.

Dövlət başçısı çıxışında bu məqama da diqqət yönəltdi ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq var: “ Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir.”

Göründüyü kimi, hər dövrün tələbinə uyğun olaraq yeni hədəflər müəyyənləşdirilir və onlara nail olmağın yolları göstərilir. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir layihəni uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır.

Son üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər iqtisadi imkanlarımızın təqdimatında öz sözünü deyir. Dövlət başçısı keçilən yolun qısa təhlili əsasında böyük əminliklə qeyd etdi ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək: “Biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.”

Oxunub: 150
Paylaş:
Digər xəbərlər

---

18-04-2024, 10:55

Rəşad Cəbrayılov: Azərbaycan öz gücünə, imkanlarına arxalanan dövlətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

16-04-2024, 14:22

İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

16-04-2024, 11:27

Prezident Şirvan suvarma kanalının təməlini qoyub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-08-2023, 14:19

Hafiz Kərimov: Ölkəmizin dayanıqlı inkişafında regionların payının artırılması əsas hədəflərdəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-06-2023, 10:25

AHİK sədri Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının 111-ci sessiyasında iştirak edir -Foto [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir qrup diplomata diplomatik rütbələr verilib
Bir qrup diplomata diplomatik rütbələr verilib
HHQ və XTQ komandanları təltif olunub
HHQ və XTQ komandanları təltif olunub
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Hadisə
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
25-06-2026, 09:54
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
Son xəbərlər
  • Bugün, 18:24
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • Bugün, 18:24
    Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
  • Bugün, 17:17
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • Bugün, 17:17
    Türkiyə-NATO münasibəti: Alyansın qalxanı olan Cümhuriyyət - ŞƏRH
  • Bugün, 15:57
    Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
  • Bugün, 15:57
    Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
  • Bugün, 15:45
    Bir qrup diplomata diplomatik rütbələr verilib
  • Bugün, 15:45
    Bir qrup diplomata diplomatik rütbələr verilib
  • Bugün, 15:06
    HHQ və XTQ komandanları təltif olunub
  • Bugün, 15:06
    HHQ və XTQ komandanları təltif olunub
  • Bugün, 14:38
    Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
  • Bugün, 13:04
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
  • Bugün, 12:42
    DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib
  • Bugün, 12:18
    Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
  • Bugün, 11:52
    İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək
  • Bugün, 10:59
    Azərbaycanda evliliyə mane olan səbəb tapıldı: bahalı cehizlər
  • Bugün, 10:30
    NATO toplantısının bugünkü PROQRAMI
  • Bugün, 09:57
    Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Bugün, 09:35
    Qurbanqulu Berdiməhəmmədov "Dostlug" tankerinə görə Azərbaycana təşəkkür edib
  • Bugün, 09:07
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
  • Dün, 16:20
    Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
  • Dün, 16:06
    Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
  • Dün, 15:33
    Generala yüksək vəzifə verildi
  • Dün, 15:07
    “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
  • Dün, 14:44
    Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı
  • Dün, 13:40
    34° isti, yağış, dolu... - Sabahın havası
  • Dün, 13:00
    Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi
  • Dün, 12:31
    Bağçalara elektron qəbul başlayıb
  • Dün, 12:08
    Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib
  • Dün, 11:40
    Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
  • Dün, 10:58
    Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb
  • Dün, 10:32
    Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək
  • Dün, 10:12
    Səhiyyə nazirinə yeni müavin təyin edilib
  • Dün, 09:38
    Ankarada diplomatiya tıxacı - Ərdoğan onlarla görüşəcək
  • Dün, 09:11
    Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə