• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Çingiz İbadullayev: Xalq və Cənab Prezidentimiz birlikdə bacardı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-04-2024, 13:38

Çingiz İbadullayev: Xalq və Cənab Prezidentimiz birlikdə bacardı


28 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev - Rusiya sülhməramlıları Qarabağa gələndə etirazlar iki istiqamətdə səslənirdi. Biri “Rusiya ordusu girdiyi yerdən çıxmır” deyənlər idi. Onların hamısı olmasa da, çoxu səmimi şəkildə ölkəni düşünənlər idi. Digəri “Əliyev Qarabağı ruslara satdı” deyənlər idi. Onlar 44 günlük müharibədən öncə “Qarabağı heç vaxt almayacağıq” deyirdilər və müharibənin olması ilə səhv çıxmalarını Xankəndinin alınmaması və rusların gəlişi ilə kompensasiya etməyə çalışırdılar. İndi əllərindəki bütün kartlar çıxdı: Xankəndi alındı, separatizm ləğv olundu, ermənilər getdi, ruslar tərk edir.
Etiraf etmək lazımdır: Əliyev daxildə siyasi opponentlərinin də, bu bölgədə maraqları olan və ermənilər üzərindən oyun quran güclərin də bütün “proqnozlarını”, gözləntilərini alt-üst etdi.

Bu gün Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır.

Məlum olduğu kimi, ölkəmizdəki radikal müxalifətin “lideri” - AXCP sədri Kərimov Əlinin dirijor çubuğu ilə “Milli Şura” aprelin 21-də mitinq keçirmək barədə qərar verib. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müraciətə cavabında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq planlaşdırılan mitinqin keçirilməsini məqbul saymayıb. Eyni zamanda şəhərin mərkəzi əraziləri əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşir və həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb ola bilər. Bu mitinq təklifinin qəbul olunmaması üçün daha bir obyektiv arqumentdir. Lakin “Milli Şura”nın mitinq üçün məhz bu yerlərin ayrılması ilə bağlı israrl tələbi onunla əlaqəlidir ki, artıq olan-qalan elektoratının da dəstəyindən məhrum olmuş radikal müxalifət insanları şəhərin kənarına cəlb edə bilməyəcəyini anlayır və ictimaiyyətin gözünə “kül üfürməklə” şəhərin mərkəzindəki çoxsaylı seyrçi insan kütləsini öz tərəfdarları kimi qələmə verərək “saylarını artırmağa” nail olmaq istəyir.

Tamamilə aydındır ki, hələ də ötən əsrin 80-90-cı illərinin küçə psixologiyasından və məkrli niyyətlərindən əl çəkə bilməyən marginalların yeni mitinq qərarı təxribatdan başqa bir şey deyil. Heç kimə sirr deyil ki, bu qərarın arxasında heç də xoş niyyətə söykənməyən tamam başqa məqsədlər dayanır. Mitinqi guya siyasi mübarizə üsullarından biri və söz azadlığının forması kimi təqdim etməyə çalışan radikalların əsas hədəfi isə cəmiyyətdə qarşıdurma yaratmaqdır. Bunun antiazərbaycan dairələrin, erməni lobbisinə yaxınlığı ilə tanınan məkrli xarici qrant fondlarının sifarişi olduğunu hesablamaq heç də çətin deyil. Belə ki, xaricdəki antiazərbaycan qüvvələri regionla bağlı geosiyasi maraqlarını, məkrli niyyətlərini gerçəkləşdirmək, Azərbaycanı gözdən salmaq, ölkəmizi neqativ proseslərə cəlb etmək üçün radikal müxalifəti yenidən dövriyyəyə buraxmağa cəhd göstərirlər. Təsadüfi deyil ki, “cəbhəçilərin” ifasında ölkəmizin əleyhinə səslənən əsassız iddialar və hədyanlar məlum dairələrin tezisləri ilə həmahəngdir.

Artıq bu zümrə siyasi dialoqu inkar etməklə siyasətdə mövcudluğuna dair mənəvi haqqını itirib. 1988-ci ildə vüsət almış xalq hərəkatına yamaq kimi qoşulan AXC-nin məhz Qarabağ torpaqlarını ermənilərə peşkəş etməklə hakimiyyəti ələ keçirdikdən sonra cəmi bir il ərzində satqın mahiyyətinin faş olduğu yaxın dövrün reallığıdır. Onların Azərbaycan tarixində qoyduqları izlər həmişə qara rəngdə olub. Lakin hər dəfə xalqın qətiyyətli təpkisi ilə üzləşən “cəbhəçilər”, təəssüf ki, bu gün də öz xislətlərindən əl çəkə bilmirlər. Hətta ölkəmizin Zəfər salnaməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə, Qarabağın separatçılardan birdəfəlik təmizlənməsinə, möhtəşəm iqtisadi uğurlarımıza, Azərbaycanın getdikcə daha sürətlə artan beynəlxalq nüfuzuna qısqanclıqla yanaşmaqda davam edirlər. Tamamilə qanunauyğundur ki, ölkənin taleyüklü məsələlərində Prezident İlham Əliyevin birlik və həmrəylik çağırışlarına qoşulmaqdan imtina edən, əksinə, fürsət düşdükcə Azərbaycana qara yaxmaqdan çəkinməyən radikal müxalifətin ictimai və siyasi nüfuzu indi sıfırdan da aşağı səviyyəyə düşüb. Qarabağdakı müvəqqəti Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl ölkədən çıxması barədə ali rəhbərliklər səviyyəsində qəbul olunmuş qərar isə radikal müxalifətin guya Azərbaycanın Rusiyanın təsiri altına düşməsi barədə ictimai düşüncəyə sırımaq istədikləri tezisə və bu iki ölkə arasında getdikcə inkişaf edən strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək cəhdlərinə sarsıdıcı zərbə oldu.

Küçə iğtişaşları hər zaman olduğu kimi sağlam rəqabətə hazır olmayan bu marginalların yeganə ümididir. Yaşadığımız belə həssas geosiyasi məqamda, regionda və dünyada yaşanan hadisələr fonunda insanları bu yola səsləməyin isə xalqa və dövlətçiliyə xəyanətdən başqa adı yoxdur. Başlıca məntiqi nəticə ondan ibarətdir ki, qaragüruhçuların pozucu fəaliyyəti və yalançı vətənpərvərlik şüarları altında xalqa xəyanət xisləti ilə səciyyələnən yanlış “konsepsiya”sı bu gün tam iflasa uğrayıb.

Oxunub: 162
Paylaş:
Digər xəbərlər

---

18-04-2024, 13:23

Dövlətimizin siyasətində milli maraqlarımız ən başlıca amildir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-04-2024, 14:32

Ziyəddin Quliyev: Vaxtından əvvəl və zamanında... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-04-2024, 13:52

Rəşad Cəbrayılov: Azərbaycan güclü dövlətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-04-2024, 13:49

Ona etibar edilən bütün işlərdə Fərəc Fərəcov özünü doğruldub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

18-04-2024, 16:00

Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
Kəlbəcərə dolu düşüb
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Hadisə
Dün, 10:10
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
18-08-2026, 13:45
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
15-08-2026, 12:55
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14-08-2026, 09:36
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
12-08-2026, 11:04
Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb
11-08-2026, 12:14
Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb
Son xəbərlər
  • Bugün, 18:26
    CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
  • Bugün, 17:49
    Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
  • Bugün, 17:14
    "Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
  • Bugün, 14:32
    İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
  • Bugün, 14:20
    İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
  • Bugün, 13:40
    Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
  • Bugün, 12:38
    Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
  • Bugün, 11:42
    Kəlbəcərə dolu düşüb
  • Bugün, 11:00
    Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
  • Bugün, 10:18
    Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
  • Bugün, 09:35
    BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • Dün, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • Dün, 17:27
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • Dün, 17:15
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • Dün, 17:03
    Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
  • Dün, 16:19
    Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
  • Dün, 15:38
    Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
  • Dün, 14:53
    Rusiya başladığı müharibəni uduzur
  • Dün, 13:46
    Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
  • Dün, 12:50
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • Dün, 12:30
    ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
  • Dün, 10:42
    İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
  • Dün, 10:10
    DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
  • Dün, 09:44
    Azərbaycan neftinin qiyməti 95 dolları keçib
  • Dün, 09:09
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
  • 19-08-2026, 18:50
    Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB
  • 19-08-2026, 18:18
    DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib
  • 19-08-2026, 17:40
    "Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır
  • 19-08-2026, 17:10
    Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb
  • 19-08-2026, 16:32
    Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
  • 18-08-2026, 16:53
    Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik
  • 18-08-2026, 16:25
    Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
  • 18-08-2026, 15:43
    Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
  • 18-08-2026, 15:08
    Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
  • 18-08-2026, 14:27
    Sabah dörd şəhər və rayonda qaz olmayacaq
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə