• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cənab Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

23-06-2023, 11:34

Cənab Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq


Azərbaycana qardaş və dost ölkələrdən olan Pakistan hər zaman ölkəmizin yanında olub. Bu münasibətlər qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları daim Pakistan xalqı, dövləti tərəfindən pislənilmişdi. İyunun 15-də ölkəmizə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin yüksək səviyyədə qarşılanması bu münasibətlərin davamlığını təsdiqləyir.
Geniş tərkibli görüşdən sonra hər iki ölkə başçısı mətbuata bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə edərək 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu vurğulayıb. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir.
Qeyd edək ki, 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib. Vurğulamaq yerinə düşər ki. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib.
Qardaş ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini hər zaman ifadə edib. Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Eyni zamanda cənab Prezident bildirmişdir ki, “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.”
Ölkəmizin başçısı bildirb ki, görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb:” Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.
Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.
Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır.
Təhsil və müdafiə sənayesi sahəsində əmkdaşlıq da iki ölkə üçün prioritet məslələrdəndir. Hər iki dövlət başçısının bu yöndə həyata keçirdiyi siyasət xalqlarımız tərəfindən də müsbət arşılanır və gələcəkdə müttəfiqlik əlaqələrinin inkişafında mühüm rol oynayacağı şübhəsizdir.
Qloballaşmanın indiki dövründə sabitliyə nail olmaq. Təhlükəsizliyi təmin edə bilmək bir qədər çətinləşçmişdir. Çünki indi beynəlxalq hüquq cənab Prezidentin dediyi kimi işləmir, güc amili önə çıxıb. Belə bir şəraitdə nüvə ölkəsi olan Pakistanla qardaşlıq münasibətlərinin davamlı olması vacibdir. Cənab ilham Əliyevin həyata keçirdiyi bu siyasət ölkəmizdə əmin-amanlığın davamlı olmasına və təcavüzkar qonşuların əl-qolunu bağlamağa hesablanıb və nəticə də kifayət qədər sevindiricidir.
Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq aləmdə, həmçinin regional müstəvidə imkanlarının genişlənməsi deməkdir və təbiidir ki, ölkə başçısının bu siyasəti təqdir olunur.
İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri

Oxunub: 252
Paylaş:
Digər xəbərlər

---

16-06-2023, 13:27

Eltun Süleymanov: “Pakistanla əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-06-2023, 11:24

Aqiyə Naxçıvanlı: “Azərbaycan və Pakistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-06-2023, 10:57

Səttar Möhbalıyev: “Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-06-2023, 15:05

İlham Əliyevlə Pakistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-06-2023, 13:37

Ərdoğan Azərbaycana gələcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Dün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Dün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Bugün, 09:08
    Kubilayla Hafsanur ayrıldı
  • Bugün, 09:04
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:50
    Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlayacaq
  • Bugün, 08:49
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bugün, 08:24
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Dün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Dün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Dün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Dün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Dün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Dün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Dün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Dün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Dün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə