• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

11-09-2025, 17:19

Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?

Mingəçevirdə sakinlərin yarısı məişət tullantılarının daşınmasına görə üzərinə düşən müqavilə qiymətini ödəməkdən yayınır. Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu açıqlama ilə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni və müasir yük maşınlarına ictimai baxış zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib.
Onun sözlərinə görə, məişət tullantıları üzrə xidməti ödəniş haqları adam sayına düşən müqavilə əsasında müəyyən olunur. Amma Mingəçevirdə 50 minə yaxın istifadəçi bu müqavilələrdən yayınır, yaxud kənarda qalır. "Şəhər təsərrüfatı tullantıların müasir qaydada daşınmasını həyata keçirmək üçün iki yük maşını ilə təmin olundu. Həmin ödəmələr və onlara tətbiq olunan qənaət sahəsində yeni texnikalar almağa nail olduq. Çalışaq müqavilədən yayınmaların qarşısını alaq. Müqavilə haqları ödənsə, Mingəçevirin müasir xidmət texnikası ilə təmin olunması davam edəcək" - deyə icra başçısı yerli əhaliyə müraciət edib.
Zibil məsələsi də ”zibilə” dönüb. Mingəcevir təmiz, səliqəli şəhərdir, buna sözümüz yox. Bu şəhərə kim ayaq basırsa təmizlikdən, səliqə-sahmandan razı qalır. Əhalinin bir qisminin nədən məişət tullantılarının daşınmasına görə ödəniş etmədiyini bilmirik, icra başçısı da bunun səbəbini açıqlamayıb. Ola bilər, bəzi sakinlərin məişət tullantıları Təmizlik İdarəsi tərəfindən daşınmır. Bəlkə, hansısa ərazidə zibil yeşikləri heç yoxdur. Müxtəlif səbəblər ola bilər. Məişət tullantıları ilə bağlı paytaxtda vəziyyət ürəkaçan deyil. Bir sıra ərazilər var ki, tullantılar üçün yeşiklər qoyulmayıb. Sakinlər zibilləri daşıyıb ətraf yaxın ərazilərdəki zibil yeşiklərinə, çox zaman da yaxınlıqdakı marketlərin zibil yeşiklərinə gətirib atırlar. Harda ki sakinlərin məişət tullantıları daşınmır, niyə zibil pulu ödəsinlər ki? Digər tərəfdən, icra hakimiyyətinin vətəndaşlardan toplanan kommunal ödəmələr hesabına tullantı daşıyan maşınlar, texnika alması da bir az qəribə səslənir. Məgər dövlət büdcəsindən icra hakimiyyətlərinə vəsait ayrılmır, icra hakimiyyətləri özəl qurumdur ki, vətəndaşların hesabına texnika almalı olurlar? Təmizlik vacibdir, mədəniyyət, sivilizasiya göstəricisidir, bu, bəlli. Amma paytaxtda da, Bakıətrafı qəsəbələrdə də, regionlarda da məişət tullantılarının daşınması, emal edilməsiylə bağlı ciddi problemlər var. Elə ərazilər var ki, məişət tullantıları elə qalaqlanır ki, “Himalay zirvəsi”nə bənzəyir.
Xatırladaq ki, ötən il Tarif Şurasının qərarıyla bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə yeni tariflər müəyyən edildi. Bakı şəhərində əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat, qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat, digər regionlarda isə əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat, qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat təyin edilib. Bu dəyişiklikdən əvvəlsə zibil pulu 30 qəpik imiş. Tarif Şurasının açıqlamasında bu da deyilir ki, Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Tariflərin aşağı səviyyədə olması isə bu sahəyə özəl sektorun marağını azaldır. Deməli, məişət tullantılarının daşınması üçün dövlət tərəfindən subsidiya ayrılır, yəni dövlət bu xidmətə görə aidiyyəti quruma dəyəcək ziyanı qarşılayır. Bir tərəfdən də ölkəyə məişət tullantılarının daşınması üçün yeni, müasir texnikalar alınır.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında qeyd etdi ki, əhalidən kommunal xidmətlər üçün toplanan ödənişlər Mənzil istismar idarələrinin balansında olan binaların məişət tullantılarının atılması və müəyyən istismar xərcləri ilə bağlı olan məsələnin həllinə yönəldilir. MMC-lərin balansında olan binaların sakinlərindən toplanan kommunal ödənişlər də, deyilənə görə binanın, həyətin təmizliyinə, müxtəlif zəruri hallarda, xadimələrin əməkhaqqının ödənməsinə sərf olunur. Lakin burada əksər hallarda nağd ödənişlər dövriyyə edir, ona görə də vəsaitin hara, necə xərcləndiyini sakinlər bilmir. Halbuki bunu bilmək sakinlərin hüququdur:
- Bu məsələdə kifayət qədər maliyyə vəsaiti toplanılır. Bu maliyyə vəsaitinin toplanması ilə yanaşı bildiyimiz kimi dövlət büdcəsindən də vəsait ayrılır. Təsəvvür edin ki, həm dövlət tərəfindən kifayət qədər vəsait ayrılır, həm də əhalidən də “zibil pulu” adı altında vəsait toplanır. Amma problem ondandır ki, əldə olunan vəsaitlə bağlı hər hansı şəffaflıq təmin edilmir. Yəni vətəndaşın xəbəri olmur ki, onun ödədiyi vəsait hara gedir, necə gedir, kimə verilir. Yaşayış binalarında, idarələrdə bununla bağlı hər hansı bir məlumata rast gəlinmir. Yığılan o vəsait haqqında vətəndaşın heç bir bilgisi yoxdur. Bu səbəbdən də, əlaqədar struktur qarşısında belə bir tələb qoyulmalıdır. Belə bir addımın atılması istənilən halda vətəndaşın məmnunluğuna xidmət etmiş olacaq.
V. Tofiqli kommunal xidmətlərin yerli bələdiyyələrin öhdəsinə keçirilməsinin həm vətəndaşlar üçün, həm də bələdiyyələr üçün müsbət nəticə verəcəyini bildirdi:

- Kommunal xidmətlərin icrası, vəsaitlərin toplanması, xərclənməsi bələdiyyələrə həvalə edilməlidir. Hansı ölkədə, şəhərdə ki bələdiyyələr lazımi səviyyədə işləyir, orada sakinlər həmişə razı qalırlar. Bu məsələlər mütləq həllini tapmalıdır. Bələdiyyələrin büdcəsinin formalaşması mütləq olmalıdır. Hazırda da bələdiyyələr fəaliyyətləri ilə bağlı hesabatlar təqdim edirlər. Kommunal xidmətlər bələdiyyələrin öhdəsinə verilsə, onlardan bununla bağlı da hesabat tələb olunmalıdır. Onlar da hesabat verəcəklər, hara xərcləndi, nəyə xərcləndi toplanan vəsait. Mərkəzi icra orqanlarına inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu, strukturun təkmilləşdirilməsinə, yeniliklərin bu istiqamətə gətirilməsinə, ödənişlərin onlayn şəkildə həyata keçirilməsinə görə çox vacibdir. Kommunal ödənişlər mütləq onlayn qaydada olmalıdır ki, vəsaitin hara toplandığı bilinsin, vergidən yayınma, gəlirlərdən sui-istifadə halları azalsın. Bələdiyyələr vətəndaşla birbaşa işləyən qurumdur. Problemləri öyrənirlər, bilirlər. Çatışmazlıqları həll etməyə çalışırlar. Amma maliyyə vəsaiti olmadığından və mərkəzi icra aparatının təsiri altında olduqlarından fəaliyyətlərini lazımi şəkildə həyata keçirə bilmirlər.( Teleqraf)

Oxunub: 40
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-07-2025, 08:43

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Cəmiyyət

7-11-2024, 10:18

Sumqayıtda antisanitar VƏZİYYƏT – Məişət tullantıları niyə vaxtında DAŞINMIR? - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Dünya

30-10-2024, 18:22

Nərimanovda ətrafa səpələnən ZİBİLLƏR – Məişət tullantıları günlərdir niyə DAŞINMIR? – FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Araşdırma

30-10-2024, 18:21

Nərimanovda ətrafa səpələnən ZİBİLLƏR – Məişət tullantıları günlərdir niyə DAŞINMIR? – FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

27-11-2023, 09:45

Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın - Şəhər qatı tüstüyə büründü - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
Hadisə
Bugün, 10:04
33 yaşlı kişi Qarabağ kanalında batıb
25-07-2026, 11:39
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
6-07-2026, 10:32
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 15:52
21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü
4-07-2026, 12:26
Yasamalda evdə partlayış olub, 16 yaşlı gənc ölüb, üç nəfər xəsarət alıb
Son xəbərlər
  • Bugün, 17:59
    Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
  • Bugün, 17:10
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • Bugün, 16:30
    Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub
  • Bugün, 15:53
    Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib
  • Bugün, 15:03
    Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
  • Bugün, 14:26
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Bugün, 13:42
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Bugün, 13:12
    Küləkli havaya görə dənizdə dalğa artacaq
  • Bugün, 12:39
    Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib
  • Bugün, 11:48
    UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub
  • Bugün, 11:15
    Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək
  • Bugün, 10:41
    Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
  • Bugün, 10:04
    33 yaşlı kişi Qarabağ kanalında batıb
  • Bugün, 09:45
    KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib
  • Bugün, 09:18
    "Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb
  • Bugün, 09:04
    Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
  • 25-07-2026, 12:44
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • 25-07-2026, 12:24
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • 25-07-2026, 12:03
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • 25-07-2026, 11:39
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:15
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:58
    AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:22
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:05
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:41
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:07
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:49
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:18
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:58
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə