“Tamstore” marketlər şəbəkəsi istehlakçıları çəkidə, qiymətdə aldatdığı üçün barəsində cərimə protokolu imzalanıb.
“Tamstore” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Tamstore”la bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 5 fevral tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Tamstore” MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu “Avrora Qrup”a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.(Xalq.online)
Qarşı tərəfi dinləməyə hazırıq.