• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

3-02-2026, 17:49

Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH


Azərbaycan dövlətinin son illər apardığı uğurlu xarici siyasət kursu və Prezident İlham Əliyevin müntəzəm olaraq həyata keçirdiyi xarici səfərlər ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu yerin möhkəmləndirilməsi və yeni strateji tərəfdaşlıqların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Xarici siyasəti çoxvektorlu olan rəsmi Bakı üçün İslam dünyası ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın xarici siyasət gündəmində xüsusi çəkisi olan hadisə sayılır. Çünki ötən ilin dekabr ayından bu yana ölkə başçısı 3 dəfə Əbu-Dabiyə səfər edib və keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycan-BƏƏ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi, enerji, investisiya və iqtisadi əməkdaşlıq sahələrində konkret razılaşmaların imzalanmasına, həmçinin regionda etibarlı diplomatik və maliyyə əlaqələrinin möhkəmlənməsinə imkan yaratdı.

Fevralın ilk günlərində reallaşdırılan səfər isə ənənəvi diplomatik təmasların davamı çərçivəsindən kənara çıxaraq, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşmış strateji tərəfdaşlığın real məzmununu və dərinliyini nümayiş etdirdi. Bu səfərlər və qarşılıqlı müzakirələr həm də sübut edir ki, BƏƏ Azərbaycanın Yaxın Şərq və İslam dünyasında ən yaxın, ən etibarlı və ən perspektivli tərəfdaşlarından birinə çevrilib. Qeyd etmək lazımdır ki, bu tərəfdaşlıq qarşılıqlı siyasi etimad, uzunmüddətli iqtisadi maraqlar (bu sırada enerji layihələri xüsusi yer tutur), regional məsələlərə ortaq baxış əsasında yaranıb. Azərbaycan üçün BƏƏ artıq qlobal enerji, maliyyə və təhlükəsizlik arxitekturasında strateji çəkisi olan tərəfdaşa çevrilib. Məhz bu baxımdan Prezident İlham Əliyevin səfəri Azərbaycanın xarici siyasət kursunun çoxşaxəli xarakterini, balanslı tərəfdaşlıq modelini və BƏƏ ilə münasibətləri strateji səviyyədə saxlamaq niyyətini açıq şəkildə ortaya qoyur.
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH

Vurğulamaq lazımdır ki, İlham Əliyevin BƏƏ səfərləri ardıcıl və sistemli diplomatik xəttin tərkib hissəsinə çevrilib. Enerji, bərpaolunan enerji, investisiya və iqtisadi əməkdaşlıq sahələrində əldə olunan razılaşmalar, Masdar şirkəti ilə imzalanan sənədlər Azərbaycanın yaşıl enerji strategiyasını praktik müstəviyə keçirdi (2023-cü il). Eyni zamanda qeyd etmək lazımdır ki, BƏƏ Prezidentinin Bakıya və xüsusilə Şuşaya səfəri iki ölkə arasında münasibətlərin siyasi-simvolik dəyərini daha da artırıb. Bu səfər yalnız rəsmi protokol xarakteri daşımır, eyni zamanda BƏƏ-nin Azərbaycanın suverenliyinə və postmünaqişə reallıqlarına açıq siyasi dəstəyinin bariz nümunəsidir. Şuşa səfəri Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə təsdiqləməklə yanaşı, bölgədə sabitlik və inkişaf strategiyasına dəstək mesajı da verir.

Ölkə başçısının səfər çərçivəsində Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü də diplomatik sferada böyük əhəmiyyətin göstəricisidir. Yəni, Azərbaycan-BƏƏ münasibətləri artıq klassik dostluq çərçivəsindən çıxaraq tamhüquqlu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. BƏƏ Yaxın Şərqdə siyasi sabitliyi, güclü maliyyə resurslarını, enerji sektorunda qlobal mövqeləri və post-neft dövrünə keçid strategiyasını özündə birləşdirən nadir ölkələrdəndir. Azərbaycan isə Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas təminatçısı, Avropa ilə Asiyanı birləşdirən tranzit mərkəzi və regional güc balansını formalaşdıran aparıcı aktordur. Bu iki modelin üst-üstə düşməsi tərəfdaşlığın dərinləşməsini obyektiv zərurətə çevirir.
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH

Prezidentin Əbu-Dabiyə səfəri zamanı xüsusilə diqqət ayrılmalı məqamlardan biri Cənub Qaz Dəhlizi" QSC-də dövlətə məxsus qeyri-nəzarət payının bir hissəsinin ADNOC-un investisiya qolu olan XRG şirkətinə satılması ilə bağlı sənədin imzalanması oldu. Bu addım Azərbaycanın "Cənub Qaz Dəhlizi"ni artıq təkcə regional layihə kimi deyil, qlobal enerji təhlükəsizliyinin mühüm elementi kimi təqdim etdiyini göstərir. BƏƏ kimi böyük enerji oyunçusunun layihəyə qoşulması maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, layihənin beynəlxalq siyasi çəkisini də artırır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında həyata keçirilən birgə hərbi təlimlər strateji baxımdan xüsusi önəm daşıyır. Əminliklə söyləmək olar ki, bu təlimlər iki ölkə arasındakı yüksək səviyyəli etimadın konkret göstəricisi kimi qiymətləndirilə bilər. Xüsusilə diqqət çəkir ki, Əbu-Dabidə keçirilən "Sülh Qalxanı- 2026" əməliyyat‑taktiki təlimində Azərbaycan Ordusu ilə BƏƏ Silahlı Qüvvələrinin hərbi qulluqçuları birgə iştirak ediblər və hər iki ölkə başçısı bu təlimləri izləyib. Təlimlərin yaşayış məntəqəsi, dağlıq və dəniz mühitində aparılması tərəflərin müxtəlif əməliyyat şəraitlərinə hazırlığını və müasir döyüş ssenarilərinə uyğun çevik bacarıqlarını birgə sınadığını göstərir. Təlim planına uyğun olaraq isə hərbçilər bir çox tapşırıqları icra etdilər. Bu təcrübə Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin inkişafına və komanda səviyyəsində koordinasiyanın güclənməsinə mühüm töhfə verir. Qeyd etmək lazımdır ki, Azərbaycan indiyədək bu dərinlikdə və miqyasda birgə təlimləri əsasən Türkiyə ilə keçirirdi və BƏƏ-nin bu strateji əməkdaşlıq dairəsinə daxil olması Əbu-Dabinin Bakı üçün etibarlı və yaxın tərəfdaş olduğunu açıq şəkildə göstərir.
Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı - Yeni dövrün başlanğıcı – ŞƏRH

Ehtimal etmək olar ki, müdafiə sahəsində əməkdaşlıq gələcəkdə daha sistemli və planlı xarakter alacaq. Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində müasir silah sistemləri, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və hərbi sənaye məhsullarının əldə olunması önəmli istiqamətlərdəndir və BƏƏ bu sahədə ciddi texnoloji imkanlara malik tərəfdaşdır. Birgə istehsal, texnologiya transferi və müdafiə sənayesi sahəsində əməkdaşlıq hər iki ölkəyə strateji və iqtisadi faydalar gətirə bilər. Bununla yanaşı, Azərbaycanın BƏƏ və digər ərəb ölkələri ilə hərbi əməkdaşlığını əhəmiyyətli edən digər bir amil terrorizm, ekstremizm və transmilli təhlükələrə qarşı ortaq maraqların mövcudluğudur.

Yaxın Şərqdə uzun müddət davam edən münaqişələr regionda təhlükəsizlik risklərini artırıb və Azərbaycan bu risklərin yayılmasının qarşısını almaq üçün ərəb ölkələri ilə informasiya mübadiləsi və kəşfiyyat əməkdaşlığına xüsusi önəm verir. Beləliklə, keçirilən birgə təlimlər yalnız hərbi hazırlıq baxımından deyil, həm də qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin real və davamlı nümunəsi kimi dəyərləndirilə bilər.

Nəticə etibarilə, Azərbaycan-BƏƏ münasibətləri yalnız diplomatik protokollar və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, strateji tərəfdaşlıq, qarşılıqlı etimad və real hərbi koordinasiya ilə zənginləşən çoxşaxəli əməkdaşlıq modelidir. Hər iki ölkənin güclü tərəflərinin birləşməsi enerji, təhlükəsizlik və regiondakı stabillik baxımından qarşılıqlı fayda yaradır. Belə bir əməkdaşlıq həm Azərbaycan üçün, həm də BƏƏ üçün uzunmüddətli strateji perspektivlər və yeni imkanlar açır.(Report)

Oxunub: 48
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-02-2026, 16:07

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

13-11-2024, 15:53

Azərbaycanın daha bir beynəlxalq uğuru – davam edən COP29 - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-10-2024, 15:01

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Bölgə

2-12-2023, 15:09

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Ulu Öndərin müdrik siyasəti uğurlu inkişafa aparan yol” mövzusunda Salyan RİH-də konfrans keçirilmişdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır
Sabah çimərlik havası olacaq?
Pensiya alanlara şad xəbər
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Hadisə
Bugün, 13:27
“Sovetski”də meyit aşkarlandı
Bugün, 13:24
Toyda zəhərlənənlərin sayı 30-a çatdı
28-09-2026, 15:06
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:32
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
28-09-2026, 14:29
Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
25-09-2026, 09:46
Meyiti ot tayalarının arasından tapıldı
Son xəbərlər
  • Bugün, 21:45
    Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
  • Bugün, 17:21
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bugün, 16:07
    BTV Xəbər yeni mərhələyə keçir – Rəqəmsal media bazarında böyük dönüş
  • Bugün, 13:27
    “Sovetski”də meyit aşkarlandı
  • Bugün, 13:26
    Azərbaycan millisi növbəti matçına çıxır
  • Bugün, 13:25
    "Mədəniyyətiniz olsun, buna pul xərcləmişəm"
  • Bugün, 13:24
    Spotify və TikTok Azərbaycanda vergi uçotuna alındı
  • Bugün, 13:24
    Toyda zəhərlənənlərin sayı 30-a çatdı
  • Bugün, 13:23
    8 Noyabr prospektinə giriş bağlandı
  • Bugün, 07:45
    Əsgərliyə çağırış sistemi dəyişdirilir
  • Bugün, 07:44
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Həyat yoldaşına ad günündə maşın hədiyyə etdi
  • 28-09-2026, 15:22
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
  • 28-09-2026, 15:06
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:32
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 28-09-2026, 14:29
    Tanınmış jurnalist Əvəz Zeynallı VƏFAT ETDİ
  • 28-09-2026, 14:29
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq
  • 28-09-2026, 13:38
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:35
    Mikayıl Oyta: “Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”
  • 26-09-2026, 14:34
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 11:30
    Ağ dərili cütlüyün qaradərili uşağı doğuldu, ailədə böhran yarandı
  • 25-09-2026, 09:50
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 25-09-2026, 09:49
    Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
  • 25-09-2026, 09:48
    Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
  • 25-09-2026, 09:47
    Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib
  • 25-09-2026, 09:46
    Meyiti ot tayalarının arasından tapıldı
  • 25-09-2026, 09:46
    Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
  • 25-09-2026, 09:45
    Bank kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı RƏSMİ AÇIQLAMA
  • 25-09-2026, 09:30
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-09-2026, 09:29
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Sayt rəhbərlərini təhqir edən qadın həbs olundu
  • 24-09-2026, 19:09
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
  • 24-09-2026, 14:30
    Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
Daha çox
  • Baş redaktor: Çingiz Məmmədov
  • Telefon: (+99450) 344 66 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Gundelikxeber.org-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə